Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1239/2020 27.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı miras əmlakda payların müəyyən edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhun X7ndan miras qalmış Bakı şəhəri, XƏzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 33 saylı ev və torpaq sahəsinə dair onun və cavabdehlərin vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 33 saylı ev və evə aid torpaq sahəsi X7nun xüsusi mülkiyyətindədir. X7 xx.xx.2003-cü il tarixdə, anası X10 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin birgə ailə həyatından 5 uşaqları olmuş, onlardan ikisi vəfat etmişlər. X4 subay olmuş və xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Qardaşı subay olduğundan evlənmədiyindən onun vərəsəsi yoxdur. Digər qardaşı X17 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun arvadı Cavabdeh3 və iki uşağı Cavabdeh4 və Cavabdeh5dır. Lakin hal-hazıradək atasından miras qalmış yuxarıda göstərilən əmlak üzrə aralarında razılıq əldə edilməmiş və miras əmlakdan pay almamışlar. Bununla bağlı o, Bakı şəhir 7 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş, lakin tərəflər arasında razılıq olmadığından ona imtina edilərək məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 33 saylı ev və evə aid torpaq sahəsi vərəsələrin ataları X9 qalmışdır. Hazırda miras qalmış əmlakın bir hissəsi olan evdə Cavabdeh1 yaşayır və o, miras əmlak vərəsələr arasında bölündüyü zamanı daha artıq paya iddia etdiyindən tərəflər arasında mübahisə yaranmışdır. Hesab edir ki, miras əmlak vərəsələr arasında bərabər paylara uyğun bölünməlidir. Həmçinin onuda qeyd etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 8 sotdan çoxdur və həmin torpaq sahəsində iddiaçının və digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadələrində olan başqa tikililər mövcüddür. Cavabdeh1 anası tərəfindən verilmiş vəsiyyətnamə yalnız evə aiddir və torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, Cavabdeh1 iddiaçının bacısıdır. Mübahisə predmeti olan ev onların valideynləri tərəfindən birgə nikah dövründə əldə edilmişdir. Ataları öldükdən sonra anaları ona düşən payı qızı Esmiraya vəsiyyət etmişdir. Odur ki, Esmiraya düşən pay xaric qalan pay digər vərəsələr arasında bölünməlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh3 iddia tələbini etiraf etməklə izahatında bildirmişdir ki, qaynata və qaynanasına sağlığında o, qulluq etmişdir. Esmira isə valideynlərinə heçnə etməmişdir. Odur ki, miras qalmış əmlak bərabər paylara uyğun bölünməlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh eyni zamanda Cavabdeh4 nümayəndəsi Cavabdeh5 iddia tələbini etiraf etməklə izahatında miras qalmış əmlak bərabər paylara uyğun bölünməli olduğunu bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydad məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır təmin edilməlidir. İşə əlavə edilmiş 7 saylı xüsusi notariat ofisinin notariusunun məktubundan görünür ki, iddiaçıya pay bölgüsünə dair mübahisə yarandığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X11 xx.xx.1950-ci il tarixdə nikahlarını bağlamışlar. Arvada “İslamova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X12 xx.xx.1988-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X17, anası Cavabdeh3dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X17, anası Cavabdeh3dır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi ev 33-dən ona düşən payını X8 vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 33 saylı ev X14 adına əmlakın dövlət reyestrində xx.xx.2017ci il tarixdə qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin X14 adına rəsmişləşdirilməsinə əsas olmuş bütün sənədlərin məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğulara xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli cavab məktublarından və onlara əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid avqust 1963-cü il tarixli pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.08542 ha torpaq sahəsi həmin avqust 1963-cü il tarixli pasport əsasında X14 adına Dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi notariat ofsinin xüsusi notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 97 nömrəli məktubdan görünür ki, xx.xx.2003-cü il tarixdə ölmüş mərhum X9 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və mülkiyyətində olan 0.08542 ha torpaq sahəsinə dair mərhumun digər vərəsələri ilə arasında pay bölgüsünə dair mübahisə yarandığı üçün ona notarial qaydada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricində olduğu bildirilmişdir. Məhkəm hesab edir ki, iddia təmin edilməklə miras əmlak tərəflər arasında paylarına uyğun olaraq bölünmələdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-сü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmə iclasında araşdırılmış işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, X20 ilə X10 xx.xx.1950-ci il tarixdə nikah daxil olmuşlar, onların birgə nikahlarından İddiaçı, Cavabdeh1, Cavabdeh2, X19 və X17 doğulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 33 saylı ev və torpaq sahəsi, avqust 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasport əsasında birgə nikah dövründə əldə edilmişdir. X20 xx.xx.2003-cü il tarixdə, X10 isə xx.xx.2005-ci il tarixdə ölmüşlər. Övladlarından X19 xx xxxxxx 2000-ci ildə ölmüşdür. Həmçinin Övladlarından X17 isə xx.xx.2019-cu il tarixdə ölmüşdür. Mərhum X1 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi ev 33-dən ona düşən payını qızı X8 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə vərəsələr arasında mübahisələndirilməmiş və qüvvədədir. İş üzrə tərəflər arasında yaranmış mübahisə miras qalmış əmlakın bütün vərəsələr tərəfindən qəbul edilib-edilməməsi məsələsi deyil, məhz miras əmlakın bərabər paylara uyğun şəkildə bütün vərəsələr arasında bölünməsi ilə bağlıdır. Yuxarıda sadalanan qanunvericliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 33 saylı ev (fərdi yaşayış evi və 0.08542 ha torpaq sahəsi) vərəsələr Cavabdeh1, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında aşağıdakı qeyd olunan qaydada bölünməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, miras qalmış əmlak miras qoyanların birgə nikah dövründə əldə edilmiş əmlakı olduğundan onların birinin, yəni X15 xx.xx.2003-cü il tarixdə ölməsini nəzərə aldıqda miras əmlaka sağ olan arvadı X5 ½ payı hüququ yaranır. Digər ½ hissəsi isə qanun üzrə birinci növbədə həmin vaxtda sağ olan onun vərəsələri - arvadı X10, oğulları İddiaçı, Cavabdeh2 və X17 və qızı Cavabdeh1 arasında bərabər şəkildə bölünməli olması nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmçinin iş materiallarından müəyyən edilir ki, miras əmlakın birgə mülkiyyətçisi olmuş, eyni zamanda X15 vərəsələrindən biri olan X10 miras əmlak olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 33 saylı evdən (fərdi yaşayış evi və 0.08542 ha torpaq sahəsindən ibarət olan əmlakdan) ona düşən payı qızı Cavabdeh1 vəsiyyət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X10 ona düşən ½ payı qızı Cavabdeh1 vəsiyyət etdiyindən digər vərəslərin həmin paydan məcburi pay almaq hüquqları yaranır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Bunula yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, miras qoyanların övladlarından X17 xx.xx.2019-cu il tarixdə öldüyündən, yəni o, miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyündən mirasdan pay almaq hüququ irsi transmisiya qaydasında onun vərəsələrinə keçir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan əmlaklar üzrə mirasdan ona düşən pay onun vərəsələri - arvadı Cavabdeh3, qızları Cavabdeh5 və Cavabdeh4 arasında bərabər şəkildə bölünməlidir. Belə ki, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Bütün yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, miras əmlak olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 33 saylı ev 0.08542 ha torpaq sahəsinin yarısına (miras qoyan X15 1/2 payına münasibətdə) bütün vərəsələrin, digər yarısına isə (miras qoyan X5 ½ payına münasibətdə) məcburi pay almaq hüququna malik vərəsələri nəzərə almaqla ümumilikdə həmin miras əmlak olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 33 saylı evi (fərdi yaşayış evi və 0.08542 ha torpaq sahəsindən ibarət olan əmlak) miras qoyanlar X15 və X5 hər birinin payları (birgə nikah dövründə əldə edilən əmlaka dair payları nisbətində) 60/120 olduğu və X5 60/120 payına münasibətdə digər vərəsələrin məcburi pay hüquqları nəzərə alındığı halda, onların ölümündən sonra vərəsələri Cavabdeh1 payı 57/120 (ona atası X13 qalan mirasa əmlaka dair 12/120 hissədə və vəsiyyətnamə əsasında 45/120 hissədə), İddiaçı payı 21/120 (ona atası X13 qalan miras əmlaka dair 12/120 hissədə və anası X3 qalan miras əmlaka dair məcburi paydan 9/120 hissədə), Cavabdeh2 payı 21/120 (ona atası X13 qalan miras əmlaka dair 12/120 hissədə və anası X3 qalan miras əmlaka dair məcburi paydan 9/120 hissədə), Cavabdeh3 7/120 (əri X16 düşən 21/120 paydan 1/3 hissə), Cavabdeh5 7/120 (atası X16 düşən 21/120 paydan 1/3 hissə), Cavabdeh4 7/120 (atası X16 düşən 21/120 paydan 1/3 hissə) hissədə müəyyən edilməklə bütün vərəsələr arasında bölünməlidir. Beləliklə qeyd edilənlərə məcmu halda qiymət verməklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi ev 33 olan daşınmaz əmlakda (fərdi yaşayış evi və 0.08542 ha torpaq sahəsindən ibarət olan əmlakda) vərəsələr Cavabdeh1 57/120, İddiaçı 21/120, Cavabdeh2 21/120, Cavabdeh3 7/120, Cavabdeh5 7/120, Cavabdeh4 7/120 hissədə payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi ev 33 olan daşınmaz əmlakda (fərdi yaşayış evi və 0.08542 ha torpaq sahəsindən ibarət olan əmlakda) vərəsələr Cavabdeh1 57/120, İddiaçı 21/120, Cavabdeh2 21/120, Cavabdeh3 7/120, Cavabdeh5 7/120, Cavabdeh4 7/120 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1239/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1239/2020
27.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver