Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1258/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını müdafiə etmiş və onunla əsaslandırmışdır ki, ünvan 1 X2nun adına qeydiyyatdan keçmişdir. Atası xx.xx.1998-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra vərəsəsi kimi o, həmin ünvanda yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Cavabdehlər onun bacılarıdır və onlar atasının ölümündən əvvəl, 1980-ci illərdə gəlin köçmüş və atasının vəfatından sonra mirs qalmış evi faktiki olaraq qəbul etməmişlər və notariat kontoruna hər hansı müraciət etməmişlər. Ona görə də bacılarının həmin evə heç bir vərəsəlik hüququ yoxdur. Miras ev faktiki olaraq yalnız onun tərəfindən qəbul edilmiş və hal-hazırda həmin evdə yaşamaqla sahiblik edir. Vərəsələrlə aralarında mübahisə olduğuna görə notariat kontoru şəhadətnamə verməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanda yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etmiş və əlavə etmişdir ki, miras əmlakda o, bacıları və xəstə qardaşı ilə birlikdə yaşamışdır. Sonradan bacısı Rübabə Amerikaya köçmüşdür, digər bacısı da ailə qurmuşdur. Ailəsi ilə birlikdə xəstə qardaşları ilə yaşamaq çətin olduğundan, onlar kirayə evə köçmüşlər. Sonradan atası ona 10 sot torpaq sahəsi bağışlamış, o da ailəsi ilə həmin torpaqda ev tikib yaşamışdır. Halhazırda miras evdə vəfat etmiş qardaşının oğlu ailəsi ilə birlikdə yaşayır. O özü qocalar evində yaşayır. Onun qardaşları ölmüş, bacıları da həmin evdə yaşamır. Evin tək oğlu və vərəsəsi odur. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanda yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh1 tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, R.İmanov küçəsi, ev 4 Mənzil 49 X2 tərəfindən müharibə əlili kimi alınmışdır. Mənzil 5 Otaqdan ibarətdir, kommunal şəraiti vardır. Hal-hazırda 25 nəfər həmin mənzildə pasport qevdiyyatındadır və həmin mənzildə ancaq iki nəfər yaşayır. Onlardan biri X1 oğludur, həyat yoldaşı Sənubər də vərəsədir. Lakin iddiaçı onu cavabdeh kimi göstərməmişdir. Onun bir qardaşı da olmuş, X9 onun ailəsi olmamışdır. İddiaçı ərizədə olanları düz qeyd etməmişdir, guya onlar yaşamırlar. Hamısı cox vaxt həmin mənzildə yaşayırlar. Lakın buna baxmayaraq, bağ mövsümündə başqa yerdə bir neçə ay yaşayırlar. İddiaçı onları mübahisəli mənzilə buraxmır, dava-dalaş salır, mənzilin ancaq özünə məxsus olmasını bildirir halbuki ki, iddiaçı özü orada yaşamır, atasına məxsus bağda vaşayır. Hamısının mənzildə əşyaları vardır, iddiaçının isə yoxdur. O, şəxsən X15 tərəfindən mənzili özəlləşdirən zaman 1991-ci ildə öz razılığını vermiş və onun orada payı vardır. X2 ilə anası Əliyeva rəsmi nikahda olmuşlar. X15 xx xxxxxx 1998-ci ildə, anası X6 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Əliyev Cəlil mübahisəli mənzili 1991-ci il tarixdə özəlləşdirmişdir və Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqları qeydiyyatı idarəsindən xx.xx.1991-ci ildə qeydiyyat vəsiqəsi almışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə surəti olan ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1998ci ildə vəfat etmişdir. İşdə surəti olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. İşdə surəti olan doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1958-ci il təvəllüdlü İddiaçı X2, anası X3r. İş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 X4 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri 07 saylı notariat kontorunun xx.xx.2020-ci il tarixli D/74 saylı məktubundan görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X8 xx.xx.1951-ci ildə X7 ilə nikaha daxil olmuş, bu nikahdan X9, İddiaçı, Cavabdeh2, Əliyeva Reyhan Cəlil qızı doğulmuş, G.Əliyevanın ölümü xx.xx.2016-cı ildə, V.Əliyev isə xx.xx.2016-cı ildə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı mübahisəli evin miras kimi tərəfindən faktiki qəbul edildiyini iddia etsə də, həmin əmlakda yaşamır, orada qardaş və bacıları ilə birlikdə bir müddət yaşadıqdan sonra özünə məxsus ayrıca evə köçmüş, miras əmlakda hal-hazırda iddiaçının mərhum qardaşının oğlu yaşayır. İddiaçı atasının ölümündən sonra miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsinə dair hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, qeyd olunan hallar məhkəmə iclasında müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri-formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyriformal əldə edilməsi dedikdə isə mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, X8 1998-ci ildə vəfat etdikdən sonra onun mirasını heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. X4 mirasının qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin miras əmlakın İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. X8 1998-ci ildə vəfat edərkən qanun üzrə vərəsə olan İddiaçı miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1258/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1258/2021
25.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver