Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1264/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçı Cavabdehn nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış ünvan 1 ünvanında yerləşən evinə (abonent kodu **********01671) hesablanmış 8501,76 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Ev onun adınadır. Abonent kodu **********01671-dir. Qeyd olunan ev təbii qazla təchiz edilmişdir. xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib olunmuşdur. Cavabdeh İB-nin əməkdaşları yaşadığı fərdi yaşayış evinin qaz xəttinin, yəni sayğacın göstəricilərinin geri çəkildiyi aşkar olunması səbəbindən onun qaz sərfiyyatına görə 8501,76 manat borcu yaranmışdır. Həmin borcun haradan yaranmasını araşdırmaq üçün rayon yerli qaz idarəsinə şifahi olaraq müraciət etmiş və bildirmişdir ki, onun yaşadığı evə 8501,76 manat cərimə yazılıb, onun faktiki olaraq borcu yoxdur. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış ünvan 1 ünvanında yerləşən evinə (abonent kodu **********01671) hesablanmış 11093,7 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının hesabına yenidən əlavə olaraq 2592,0 manat əsassız cərimə yazılmışdır. Ona görə məhkəməyə tələbin artırılması barədə ərizə vermişlər. xx.xx.2023-cü il tarixli ******* saylı aktla bağlı bildirdi ki, ayğacda olan göstərici fərqinin nədən yaranması onlara məlum deyil. Sayğac evən kənarda küçədə quraşdırılıb. Omnlartərəfindən sayğaca hər-hansı qayda da müdaxilə olunmayıb. O, tərtib olunmuş aktlarla razı deyil. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh işçisi olaraq mübahisəli aktın tərtib olunmasında iştirak edib. Belə ki, xx.xx.2023-cü il tarixdə ünvana baxış keçirilərkən sayğac göstəricisi 13445 olduğu halda, xx.xx.2023-cü il tarixli baxış zamanı 12082 kub metr göstərmişdir, yəni göstərici geri çəkilmişdir. Bu barədə abonentə müvafiq akt tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan və “Gasrep” proqram təminatı çıxarışından görünür ki, abonent İddiaçı verilən qaz xətti **********01671 saylı kodla qeydiyyata alınmışdır. İşdə olan fotoşəkillərdən görünür ki, 28024351 saylı sayğac üzrə 1göstərici 6.01.2023-cü il tarixdə 13445 kub metr, xx.xx.2023-cü il tarixdə 12082 kub metr olmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktın surətindən görünür ki, abonentin sayğacına baxış keçirilmiş və sayğacının göstəricisinin 1363 kub metr geri çəkildiyi aşkar olunmuşdur. İşdə olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Azəriqaz İB-nin rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. İşdə olan izahatdan görünür ki, X1 xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Prokurorluğunda izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi ev 167A ünvanında olan mənzildə sayğac göstəriciləri götürülən zaman həmin evdə olan qaz avadanlıqları ilə müqayisədə qaz sərfinin az olması şübhə yaratmışdır. Bu səbəbdən 2023-cü ilin yanvar ayında ayrı-ayrı vaxtlarda həmin ünvanda sayğac göstəricisinin şəkli çəkilmişdir. Göstəricilərdən məlum olmuşdur ki, sayğac göstəriciləri geri çəkilib. İşdə olan izahatdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Prokurorluğunda izahat verərək bildirmişdir ki, o, ünvan 2 ünvanında yaşayır, ünvan 3i mülkiyyətindədir və təxminən 20-25 il əvvəl tikilmişdir. Həmin ünvanda qaz təminatının hesablanması üçün quraşdırılmış qaz sayğacı abonent kimi onun adınadır. Özü Binə qəsəbəsində yaşadığına görə Buzovna qəsəbəsində olan evinin nəzarətsiz qalmaması üçün yaxın adamları olan Şükür Səfərova tapşırmış və həmin evə aid bütün kommunal məsələləri Şükür həll edir. Bu ili fevral ayında Şükür zəng edib demişdir ki, küçədə yerləşən qaz sayğacını aparıblar. İş materiallarında abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə **********01671 sayla qeydiyyata alınmış abonent koduna aktlar üzrə 2023-cü ilin yanvar ayında 71031 kub metr zərərə görə 8501,76 manat, fevral ayında 21600 kub metr zərərə görə 2592,0 manat, cəmi 11093,7 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə bağlandıqdan sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğac göstəricilərinin geri çəkildiyi və sayğacın hesablama mexanizminin qapağının əzildiyi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 11093,7 manat məbləğində borc hesablanmışdır. Məhkəmə, ilk növbədə, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta münasibət q eyd edirki, həmin akt əsasında iddiaçıya hesablanmış2592,0 manat borc silinməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsassız olduğundan, onun əsasında hesablanmış 2592,0 manat borcun silinməsi hissəsində iddia təmin edilməlidir. Bununla yanaşı, işdən görünür ki, iddiaçı olan abonentin sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və sayğac göstəricisinin 1363 kub metr geri çəkildiyi aşkar olunmuşdur. Həmin tarixli ******* saylı akta əsasən 8501,76 manat cərimə hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçı tərəfindən sayğac göstəricisinin çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında İddiaçı 8501,76 manat ziyan hesablasa da, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdeh tərəf Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni iddiaçının məhz 8501,76 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, borcun hansı normativ hüquqi akta əsaslanmaqla, hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sayğac göstəricisinin çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı dəymiş ziyanın məhz 8501,76 manat olması sübut olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsaslanmaqla itirilmiş qazın bərpası üçün 8501,76 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Lakin işdə olan sübutlarla və işin araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunarkən sayğac göstəricisinin 1363 kub metr geri çəkildiyi aşkar olunmuşdur. Məhkəmə cavabdeh təşkilata itirilmiş təbii qaza görə dəymiş zərərin 1363 kub metr həcmində hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, araşdırılan akt üzrə 1363 kub metr x 0.12 manat olmaqla, 163,56 manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********01671 olan) hesablanmış 10930,14 (11093,7 – 163,56) manat məbləğində borc silinməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 122,79 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********01671 olan) hesablanmış 10930,14 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilməli olan 122,79 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1264/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1264/2023
06.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver