Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1287/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi və əsassız olaraq yazılmış cərimələrin qaz hesabından silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, X3 ərazisində yerləşən fərdi yaşayış evinə (kod: **********00490) hesablanmış 4611,60 manat məbləğində qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, X3 ərazisində yerləşən və iddiaçıya məxsus fərdi yaşayış evi vardır. Həmin ünvanda "Azəriqaz” İB-də istehlakçı kimi iddiaçı qeydiyyata alınmış və ünvana **********00490 saylı abonent kodu verilərək qaz sayğacı quraşdırılmışdır. İddiaçı 2010-2013-cü illər ərzində həmin sayğac vasitəsilə daim təbii qazdan istifadə etmiş və onun tərəfindən vaxtlıvaxtında ödənişlər aparılmışdır. Lakin təxminən 2013-cü ilin yay aylarından bugünədək həmin ünvanda yaşayış olmamışdır. Hazırda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evini təmir etmək istəyir. Bununla bağlı o, "Azəriqaz” İB-dən abonent hesabının aktiv olubolmaması ilə maraqlanan zaman ona guya təbii qazdan qeyri-qanuni istifadə edildiyi üçün həmin ünvan üzrə 2013-cü ilin may ayında 4611,60 manat cərimə yazılmışdır. O, bununla bağlı təsdiqedici sübutların ona təqdim edilməsini xahiş etsə də, lakin ona yalnız abonent saldosu təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, qeyd olunan ünvanda heç vaxt təbii qazdan qeyri-qanuni istifadə halı baş verməyib, hətta ona təqdim edilən abonent saldosuna nəzər yetirdikdə daim təbii qazdan istifadəyə görə tərəfindən artıqlaması ilə ödənişlər etdiyi məlum olur. Odur ki, "Azəriqaz” İB-də iddiaçıya bildirilənlər tamamilə əsassızdır. Əgər həqiqətən də qeyd olunan ünvanda onun tərəfindən təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olunmuş olsaydı, bununla bağlı təsdiqedici sübutlar mövcud olardı. Hazırki halda hər hansı bir təsdiqedici sübut təqdim edilmədiyi üçün ona cərimənin nəyə əsasən yazıldığını, hansı normativ hüquqi akta, qanuna istinad edildiyini müəyyən etmək mümkün deyil. Belə olan halda isə X2 Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan, eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. 15 aprel 2025-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, X3 ərazisində yerləşən fərdi yaşayış evinə (kod: **********00490) Cavabdeh tərəfindən akta əsasən qanunsuz olaraq hesablanmış 4611,60 manat məbləğində cərimə borcundan qalan 2823 manatın onun abonent kodundan silinməsini, eləcə də həmin cərimə məbləğinə görə ondan tutulmuş 1788,60 manat məbləğində pulun ona geri qaytarılmasını xahiş etmişdir. 07 may 2025-ci il tarixdə İddiaçı yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, X3 ərazisində yerləşən fərdi yaşayış evinə (kod: **********00490) əsassız hesablanmış 4611,60 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iclasında cavabdehin nümayəndəsi Nümayəndə etirazla məhkəməyə müraciət etmişdir. Həmin etirazda qeyd edilmişdir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir: Belə ki, iddiaçı uzun müddət təbii qazdan sayğacsız olaraq dəyərini ödəmədən istifadə etməklə "X1 dəyər məbləği ümumilikdə 4 974,60 manat həcmində borcu yaranmışdır. Cavabdehin abonent saldosuna nəzər yetirdikdə müəyyən etmək olur ki, hal-hazırda istehlakçının bu günə olan borc məbləği 4 611 manat 60 qəpik deyil, 2 823 manat təşkil edir. Belə çıxır iddiaçı borcundan əlavə (2 823 manatdan əlavə) mövcud olmayan 1788,60 manat əlavə silinmə tələb edir ki, bu faktiki real hallara müvafiq deyil. Bundan əlavə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifafadə nəticəsində 2011 və 2013-cü illərdə yaranmış ümumi həcmi 4 974,60 manat təşkil edən borc mablag 2011-ci ildə 465 manat və 2013-cü ildə 2000 manat ödəniş edilərək qismən azaldılmışdır. Göründüyü kimi iddiaçı yaranmış məbləğin bir hissəsini ödəməklə borcunu etiraf etmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Hazırda iddiaçının mövcud borcu etirafedici hərəkətlərdən sonra 2 823 manat təşkil edir. Üzərindən 15-16 il keçdiyi üçün tərtib edilmiş aktlar arxivləşdirildiyindən, həmin aktların Məhkəməyə təqdim edilməsi imkan xaricindədir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının son sayğac göstəricisi 2013-cü ilin may ayından etibarən 7176 m3 təşkil edir və bu günə kimi sayğacdan istifadəni təsdiq edən iddiaçının hər-hansı sübutu yoxdur. Bu da iddiaçının təbii qazdan uzun müddət sayğacsız istifadə etməsinin əsas arqumentidir. Bu səbəbdən ə məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və etirazda qeyd edilənləri çıxışı kimi qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE******** saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cü il tarixində Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Mahmudava kəndində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00580 sayla qeydiyyata alınmış abonent koduna akt əsasında 2022-ci ilin sentyabr ayına 4611,60 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4611,60 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 4611,60 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin etiraz ərizəsində tərtib edilmiş aktların üzərindən 15-16 il keçdiyi üçün arxivləşdirildiyini və məhkəməyə təqdim edilməsinin imkan xaricində olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının tələbi üzrə hər hansı bir sübut, yəni iddiaçının barəsində tərtib edimiş aktları təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı da cavabdehə aktlarla bağlı müraciət etsə də, lakin ona təqdim edilməmişdir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 4611,60 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 66,11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına olan **********00490 nömrəli abonent hesabına hesablanmış 4611,60 manat məbləğində borc silinsin. Cavabdehndən 66,11 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1287/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1287/2025
30.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver