Məhkəmə qərarları › İş №2(003)-1325/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1325/2024

26.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1325/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı ildə anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun oğludur. Onun anadan olandan xəstəliyi var. Həmin xəstəliyə əsasən oğluna 1-ci qrup əlillik müəyyən olunmuşdur. Xəstəliyi ucbatından öz hərəkətlərinin ucbatından hərəkətlərinin mənasını dərk etmir. Ərizəçi qeyd edib ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK tərəfindən verilən arayışdan da görünür ki, oğlu X1 tetraplegiya əzələ gücü 0-1 bal ilə qiymətləndirilir. Davranış pozuntusunun olmamamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül kəmağıllıq İQ-50 diaqnozu qoyulmuşdur. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Ərizəçi onu da bildirmişdir ki, uşaq doğulandan bütün ehtiyaclarını özü ödəyir. Məhkəmənin iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, X4 orqanizmin funksiyalarının 85% pozulmasına görə birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 1460 nömrəli rəyindən görünür ki, X5 anadan olarkən doğuş travması ilə doğulmuşdur, ilkin psixofiziki inkişafı həmyaşıdlarına nisbətən xeyli qeri qalmışdır. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar var. Məhkəmə iclasında müəyyən edildi ki, X1 tetraplegiyadan əziyyət çəkir və X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam başa düşmək və öz hərəkətlərinə tam rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə hesab edir ki, X5 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun qızı olduğundan onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X5 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X5 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar