Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1338/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh X3, onun vəkili X8 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Mirzoyev (Mirzəyev) Vaqif Həsənağa oğluna qarşı çıxarışın və vərəsəlik işinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Mirzoyev (Mirzəyev) Vaqif Həsənağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına verilmiş çıxarışın ləğvi və vərəsəlik işinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadıqları ünvan 1 ünvan məhrum atalarından miras qalmış X7 tərəfindən özəlləşmiş 2005-ci ildə Bakı şəhər Daşınmaz Əmlak tərəfindən 2015-ci ildə Cavabdeh adına keçməsi onlara çox pis təsir etmişdir. Onların bu məsələdən xəbərləri olmadan bu qanunsuz hərəkəti rəhbər işçilərdən əlbir olub məhrum atalarından miras qalmış torpağ sahəsinin içərisində yəni, 472 kv metr və içərisində Daşınılmaz Əmlak 89 kv metr evidə tam şəkildə öz adına keçirmişdir. Bu hadisə xx.xx.2022-ci ildə Bakı şəhər Daşınılmaz Əmlakın xidmət məkanında aşkar olunmuşdur. Sənədləşmə aparılan zaman məhrum atanın 7 övladı olmuşdur, 3-ü qız 4-dü isə oğlan olmuşdur. Qardaşları Vasif 2010cu ildə vəfat etmiş, bacları isə Mətanət 2013-cü ildə ölmüşdür. Qalan 5 övlad sağsalamatdır. Əlavə onu bildirmək istəyirlər ki, Ceyhun ailəsi ilə birgə həmin ünvanda bu günə kimi yaşayır, bütün kommunal xərcləri özü ödəyir və bütün kommunal sənədlər onun adına rəsmiləşdirilmişdir. Əllərində heç bir sənəd olmadığı üçün heç bir vaxt heç bir yerə müraciət etməyə əsas olmamışdır. Prezidentin fərmanı ilə Bakı və Bakı ətrafı qəsəbələrdə 3 ilə yaxındır ki, 1963-cü ildə inşa olunmuş evlər və torpağlar texniki passportlar əsasında özəlləşdirilir. Məlum olmuşdur ki, artıq 2005-ci ildə Cavabdeh tərəfindən gizli yolla bu iş tamamlanmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində yerləşən 69 saylı ev onun atası X4 məxsus olmuşdur. Hazırda o, həmin evdən atasının vərəsəsi kimi payını tələb edir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində yerləşən 69 saylı ev onun atası X4 məxsus olmuşdur. Hazırda onların xəbəri olmadan cavabdeh atalarından qalmış həmin evə cavabdehin notariat orqanına müraciəti əsasında vərəsəlik işi açılmış və həmin evə dair cavabdehin adına çıxarış verilmişdir. Əlavə olaraq bildirmişdir ki, notariat işinin hansı notariat ofisində açılması barədə məlumatları yoxdur. Məhkəmə iclasında cavabdeh Mirz’yev Vaqif Həsənağa oğlu iddia tələbini etiraf etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində yerləşən 69 saylı ev hazırda da atasının adınadır və heç bir vərəsəlik işi açılmamışdır. Həmin evdə hazırda o, iddiaçı Ceyhunla birlikdə qalırlar və miras qalmış həmin əmlakdan iddiaçılara paylarının verilməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdehin vəkili X11 iddia tələbinin əsassız olduğunu bildərərək qeyd etmişdir ki, tərəflərin atalarından miras qalmış mübahisə predmetinə daxil olan evə dair cavabdehin adına çıxarış verilməmiş və həmin ev hazırda ölmüş atalarının adınadır. İş üzrə maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını diləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1969-cu il tarixdə doğulmuş, atası X6, anası X9r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X7, anası X10r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1978-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan və həmin məktuba əlavə edilmiş seriya FM 036316 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına qeydiyyata alınmış və hazırda da onun adınadır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlak Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 288 və 289 nömrəli məktublarının surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə ölmüş X1 vərəsəi, oğlu İddiaçı2 olması barədə məlumat verilmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair forma 1 arayışının və çıxaırşın verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhumun adına olan əmlakın hüquqmüəyyənedici sənə sayılan çıxarış notariat ofisinə təqdim edilmədiyi üçün ona qanun üzrə vərəsəlik hüququu haqqında şəhadətnamə vermək imkan xaricində olması bildirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Məhkəmə, iş üzrə müəyyən edilmiş hallara əsaslanaraq qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş müəyyən edilmiş hallarından görünür ki, miras qalmış əmlak olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində yerləşən 69 nömrəli fərdi yaşayış evi hazırda da xx.xx.1978-ci il tarixdə ölmüş X2 (iş üzrə tərəflərin atasının) adınadır. Həmin əmlaka dair əvvəllər vərəsəlik qaydasında iş üzrə cavabdehin adına vərəsəlik şəhadətnaməsi və onun əsasında çıxarışın verilməsi halı mövcüd olmamış və belə bir halın mövcüdluğu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin miras əmlaka dair açılmış vərəsəlik işinin və həmin vərəsəlik işi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Mirzoyev (Mirzəyev) Vaqif Həsənağa oğluna qarşı çıxarışın və vərəsəlik işinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1338/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1338/2022
14.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver