Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1351/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdehlər Hüseynov X1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Hüseynov X2, Cavabdeh2 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışına hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Hüseynov X2 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 22 aprel 2015-ci il tarixli, ********** N-li Çıxarışa əsasən mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən torpaq sahəsində iddiaçıya məxsus 73 saylı fərdi yaşayış evinə bitişik şəkildə cavabdehlər Hüseynov X3 və Cavabdeh2 Nürəddin oglu tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehlərin öz hesablarına sökülməsi və əvvəlki vəziyyətinin bərpa edilməsi, o cümlədən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,40 manatın, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 220 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışına hazırlığ zamanı Cavabdeh3 işə cavabdeh qismində, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti isə cavabdehlər tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş və məhkəmədən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 22 aprel 2015-ci il tarixli, ********** N-li Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Nizami küçəsində yerləşən torpaq sahəsində iddiaçıya məxsus 73 saylı fərdi yaşayış evinə bitişik şəkildə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2014-cü 11 tarixli, 157 N-li sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Nizami küçəsində inşa edilən, ümumi sahəsi 70 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlər Hüseynov X1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və əvvəlki vəziyyətinin bərpa edilməsi, o cümlədən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,40 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 220 manat, cəmi 320 manat 40 qəpik pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatət ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdehlər Hüseynov X3, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda iddia ərizəsinin geri qaytarılmasına etirazlarının olmadıqlarını bildirdilər. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, vəsatəti və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi geri qaytarılmalır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmçinin iş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul tam şəkildə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Hüseynov X2, Cavabdeh2 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (********** nömrəli mədaxil qəbzi) İddiaçı (AZE 0*******) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-1351/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1351/2023
03.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver