Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1354/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il təvəllüdlü X13 onun oğludur. Uşaqlıqdan xəstəliklə doğulub. İllərlə müalicə alır. Həmin xəstəliyə əsasən oğluma 1-ci dərəcə əlillik müəyyən olunub. Xəstəliyi ucbatından öz hərəkətlərinin mənasını dərk etmir. Ruhi əsəb dispanserində qeydiyyatdadır. Daima kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Əmək qabliyyətsizdir. Hər bir qulluğunu özüm həyata keçirirəm. Hər ay onun maddi cəhətdən təmin edilməsi üçün kifayət qədər pul vəsaiti tələb olunur. Vəziyyəti çox çətindir. Dövlət tərəfindən pensiya təyin olunub. Amma təzəlikdə pensiyanın alınması Zamanı kartın dəyişdirilməsini bildirdilər. Pensiyanı almaq istəyərkən bildirdilər ki, qəyyumluq olmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X2 ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 Tacir Maqsud oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, atası Ərizəçi, anası X3 olan xx.xx.2001-ci il təvəllüdlü X13 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 18/20 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Laçın rayonundan məcburi köçkün düşmüş Ərizəçi Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi: 1985-ci il təvəllüdlü X3 və 2001-ci il təvəllüdlü X9r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X4 Əlillik haqqında arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X7 mərkəzi sinir sisteminin digər dəqiqləşdirilmiş zədələnmələri, MSSnindəqiqləşdirilməmiş inkişaf qüsuru. Hipofizin hipofunksiyası və digər pozğunluqları, Hipofizar nanizim Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik,davranış pozuntuları ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Yuxunun digər pozğunluğu, Nitqin qüsuru. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası, - Diz oynaqlarının deformasiyası müşaiyət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 1731 saylı xx.xx.2019-cu il tarixli məlumatın sürətindən görünür ki, X10 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə F72.1, kənar şəxslərin qulluğuna ehtiyacı olduğu müəyyən edilmişdir. İş materiallarında olan 024046 saylı vəsiqənin sürətindən görünür ki, X13 müddətsiz 1-ci qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1250 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs X7 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X13 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Yoxlanılan şəxs X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Məhkəmə iclasında müəyyən edildi ki, X7 “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1250 saylı rəyinə əsasən X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X13 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun həyat yoldaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X13 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X13 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.2001-ci il təvəllüdlü X13 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1354/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1354/2025
02.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver