Məhkəmə qərarları › İş №2(003)-1355/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1355/2021

31.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1355/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.08.2020-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, ona təbii qaza görə əsassız hesablanmış 216 manat cərimənin silinməsi, «Cavabdeh» İstehsalat Birliyinin köhnə borc adlandırılaraq 2012-ci ilə kimi olan müddətə 415,70 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 avqust 2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyi ilə “Qaz Paylayıcısı ilə X5 İstifadəçisi arasında qazın alqı-satqı müqaviləsi imzaladıq və yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırıldı və əvvəlki sayğac çıxarılıb aparıldı. Bu barədə 11 avqust 2020-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Bundan sonra “Cavabdeh” İstehsalat Birliyi tərəfindən 31 avqust 2020-ci il tarixli, ******* saylı akt və həmin akt əsasında 31 avqust 2020-ci il tarixli qərar tərtib edilmiş və həmin qərarda qaz sayğacına müdaxilə nəticəsində 2160 m3 qaz itkisi okluğu göstərilmiş və mənə 216 manat məbləğində borc hesablanmışdır. Həmin akta sayğacın çıxış plasmas borusu deşilib qeydi sayğaca müdaxilə kimi qiymətləndirərək qaz itkisi olduğu göstərilmişdir. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbu ki, o heç vaxt qaz sayğacına müdaxilə etməmişəm və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Bundan əlavə “Cavabdeh” İstehsalat Birliyinin köhnə borc adlandırdıqları, 2012-ci ilə kimi olan müddətə — 415.70 manat məbləğində borcuda onun adına heç bir əsas və subut olmadan yazmışlar. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağı sübuta yetirməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsi cavabdeh tərəfindən sübut edilmədiyindən “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ona cərimənin hesablanması əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək, onun rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 11.08.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı evdə quraşdırılmış sayğac yeni sayğacla əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.08.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Cavabdeh İB-nin 29/1710- 02637-1 nömrəli rəyinə 1202AQ**********71 sayğacın klapanı işlək olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 2 ünvana sayğac quraşdırılmışdır. 11.08.2020-ci il tarixli ******* nömrəli akt əsasında əvvəlki sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Sonradan həmin akt əsasında 31.08.2020ci il tarixdə akt əsasında sayğacın klapanı işlək olmadığı aşkar edilmiş və akt tərtib edilməklə 216 manat borc hesablanmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana 2012-ci il tarixdə qaz sərfiyyatına görə 415,70 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə 415,70 manat qaz sərfiyyatına görə hesablanmış borla bağlı qeyd edir ki, cavabdeh qaz paylayıcısı iddiaçı istehlakçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən hesablamış və bu günə kimi iddiaçının 415,70 manat borcu qazın sərfiyyatı nəticəsində yaranmışdır ki, həmin məbləğ qazın alqı-satqısı müqaviləsinə əsasən ödənməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 2012-ci il tarixə hesablanmış 216 manat borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 415,70 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli, cavabdeh «Cavabdeh» İstehsalat Birliyindən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvanın abonent hesabına (abonent kodu **********0050) itirilmiş qazın dəyərinə görə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyindən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar