Məhkəmə qərarları › İş №2(003)-1365/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1365/2024

24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1365/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 adına olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, (keçmiş M.Qorki) İlqar Muradov küçəsi, döngə 1, 5 saylı evin texniki pasportunun mərhum babası X5 məxsus olması faktının müəyyən edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ev onun mərhum babası (atasının atası) X5 məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. Atası X10 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum atası X10 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum babası X11 1915-ci ildə Bakı şəhərində anadan olmuş və o, 1978-cü il tarixdə 63 yaşında Bakı şəhərində vəfat etmişdir. Mərhum babası X11 vəfat etdiyi günədək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, döngə 1.5 saylı evdə pasport qeydiyyatıda olmuşdur və həmin evdə yaşamışdır. O, özü də həmçinin anadan olandan indiyədək yuxarıda göstərilən sözügedən ünvanda yerləşən evdə öz ailə üzvüləri ilə yaşayır və orada pasport qeydiyyatındadır. Hazırda sözügedən evi qanun üzrə vərəsəlik əsasında öz adına rəsmiləşdirmək istəyir. Hal hazırda o, yuxarıda qeyd edilən torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirilərkən ona bildirilib ki, onun babası mərhum babası X4 adına olan evin texniki pasortunda adı “Hüseyinalı”, soyadı “Əliyev” atasının adı isə “Qulaməli” oğlu kimi qeydə alınmış, lakin digər sənədlərdə isə babasının adı atasının adı və soyadı X11 kimi qeyd edilmişdir. Bu səbəbdən də evin sənədləşdirməklə onun adına sənədin verilməsi mümkün deyildir. Bildirmək istəyir ki, mərhum babası və onun mərhum atası o vaxtlar bütün bunlara əhmiyyət verməyiblər. Göstərilənlərə əsasən X1 adına olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, (keçmiş M.Qorki) İlqar Muradov küçəsi, döngə 1, 5 saylı evin texniki pasportunun mərhum babası X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayon VVAQ tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur. X3, anası X9r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası X13, anası Ərizəçi Həsən qızıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2019-cu ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1978-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, (keçmiş M.Qorki) İlqar Muradov küçəsi, döngə 1, 5 saylı evin texniki pasportu X2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli bildirişin mətnində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X6 adına arayış verilməsi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, tərəfinizdən təqdim edilmiş Bakı şəhəri 25 saylı Notariat Ofisinin vərəsəlik işinin açılmasına dair məktubunda adı qeyd edilən miras qoyan X6 adına müvafiq ünvanda olan fərdi yaşayış evi və torpaq sahəsinə dair idarənin arxivində məlumat aşkar edilməmişdir. ünvan 3 ünvanı ilə bağlı X1 adına tərtib olunmuş 1972-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur. Lakin eyni şəxs olmasını təsdiq edən əlaqəli sənəd təqdim edilməmişdir. Həmçinin eyni ünvana dair idarənin arxivində digər fiziki şəxsin adına texniki pasport mövcuddur. Bundan başqa, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, x/o 1067/2023 saylı məktubun mətnində qeyd edilmişdir ki, ünvan 4 ünvanında BAKİ ŞƏHƏRİ, XƏZƏR RAYONU, ŞÜVƏLAN QƏSƏBƏSİ, İLQAR MURADOV KÜÇƏSİ, DÖNGƏ 1, EV 5 vərəsəsi Ərizəçi QİZİ (ŞV: AA*******, FİN:xxxxxxx ) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1978-ci il tarixdə vəfat etmiş X7 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına XƏZƏR RAYONU, ŞÜVƏLAN QƏSƏBƏSİ, İLQAR MURADOV (keçmiş M.Qorki) KÜÇƏSİ, DÖNGƏ 1, EV 5 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq vəfat etmiş X8 məxsus göstərilən əmlaka arayış verilməsi xahiş olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, (keçmiş M.Qorki) İlqar Muradov küçəsi, döngə 1, 5 saylı evin texniki pasportunda X4 adı “Hüseynalı” ata adı “Qulaməli” kimi qeyd edilmişdir. Mövcud sənəddə “ad və ata adı” fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin adının “Asnay” olduğu halda “Asnat” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət, vərəsəlik) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X1 adına olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, (keçmiş M.Qorki) İlqar Muradov küçəsi, döngə 1, 5 saylı evin texniki pasportunun X5 məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 adına olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, (keçmiş M.Qorki) İlqar Muradov küçəsi, döngə 1, 5 saylı evinə 1972-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar