Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1368/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 adına tərtib edilmiş 19 yanvar 2000-ci il tarixli 316 saylı üzvlük biletinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər X10 İcariyə Komitəsinin 21 iyul 1989cu il tarixli 6/255 nömrəli Qərari ilə ona “Bahar” Bağçılıq-Yoldaşlıq Təssərrüfatının xx.xx.1988-ci il tarixli 09 saylı protokoluna əsasən 600 kv m Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 2/83 saylı torpaq sahəsi verilmiş və bununla bağlı H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən 19 yanvar 2000-ci il tarixli 316 saylı Üzvlük Bileti verilmişdir. Əzizbəyov adına NQÇİ-nin rəhbərliyinin və HİK-nin 16 sentyabr 1988-ci il tarixli yığıncağının 9 saylı protokolundan çıxarışından da görünür kimi “Bahar” Bağçılıq-Yoldaşlıq təsərrüfatının sədri çıxışında qeyd edir ki, “idarənin işçiləri üçün ayrılmış bağ sahələri işçilər arasında növbə əsasında bölüşdürülüb, Əzizbəyov adına NQÇİ-nin 34 Ne-li Uşaq Bağçasının işçisi X2 ərizəsi nəzərə alınaraq 600km olan 21483 saylı bağ sahəsi ona ayrılsın”. Qeyd edilən protokolda və H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən verilmiş Üzvlük biletində onun adı “Brilyant”. ata adı isə “Rasul” kimi yazılmışdır. X7 16 avqust 1956-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1922 №-li qeyd aparılmış və müvafiq ölüm haqqında şəhadətnamə verilmiş və atasının soyadı, adı və ata adı kimi “X16” göstərilmişdir. Həmçinin atası ilə anasının nikah şəhadətnaməsindən də göründüyü kimi X7dur. Qeyd edilən sənədlər keçmiş SSRİ dövründə yazıldığından səhv qeyd edilmişdir. Ona görə də ona verilmiş sənədlərdə düzəlişin edilməsi zərurəti yaranmışdır. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət etdikdə göstərilən əsaslarla çıxarışın verilməsindən imtina etmiş və “Bahar” Bağçılıq-Yoldaşlıq təsərüffatının üzvlərinin siyahısında Ərizəçi adının aşkar olunmadığını” qeyd etmişdir. Qeyd edilən siyahıdan da göründüyü kimi adı 200-cü yerdə X1 qeyd edilmişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin X7 və onun adının Ərizəçi olması faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, ərizəçi onun arvadıdır. Həyat yoldaşının adı şəxsiyyət vəsiqəsində “Briliant”, ata adı isə “Rəsul” kimi qeyd edilir, lakin H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən arvadına o vaxtı torpaq sahəsi ayrlmış və 19 yanvar 2000-ci il tarixli 316 saylı Üzvlük Biletində arvadının adı səhfən “Brilyant”, ata adı isə “Rasul” kimi yazılmışdır. Onlar həmin torpaqda ev tikərək hazırda yaşayırlar, lakin üzvlük biletində səhflik olduğundan evin sənədlərini qaydasına sala bilmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respubliası Əmlak X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, "Bahar" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Ərizəçi adı aşkar olunmamışdır. Bundan başqa təqdim edilmiş sənədlərdə hüquq sahibinin ad və ata adında fərq mövcuddur. Belə ki, qeyd olunan üzvlük biletində hüquq sahibinin adı “Brilyant”, ata adı “Rasul”, digər sənədlərdə isə adı “Briliant”, ata adı “Rəsul” kimi qeyd olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Odur ki, hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 19 yanvar 2000-ci il tarixli 316 saylı Üzvlük Biletinin sürətindən görünür ki, X6 2/83 saylı sahə verilmişdir. İş materiallarında olan çıxarışın sürətindən görünür ki, X16 ilə X9 xx.xx.1950-ci il tarixdə Gəncə şəhəri VVAQ şöbəsində rəmi nikaha daxil olmuş və bu barədə 327 saylı qeyd aparılmışdır. Nikaha daxil olduqdan sonra ərə Rəcəbov, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 şəhərində ölmüş və bu barədə xx.xx.1956-cı il tarixli 523 saylı qeyd aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X3 X7, anası isə X4r. İş materiallarında olan Bakı X10 İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarının təsdiq edilmiş sürətindən görünür ki, Rayon Sovetlərinin icraiyyə komitələri yanında işçi komissiyalarında baxılan materiallar əsasında aşağıdakı təşkilatlara kollektiv bağların salınması üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin torpaq sahəsinin planı və ölçüsü barədə sənədinin sürətindən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarına əsasən torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi əsas olmuş və “Bahar” b/y –nın xx.xx.1988-ci il tarixli 09 saylı protokolu ilə 600 kv.m sahəsi olan 2/83 saylı bağ evi tikintisi üçün verilmiş torpaq sahəsi X21 kitabında xx.xx.2008-ci il tarixdə 12497 nömrə ilə qeydə alınmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən 19 yanvar 2000-ci il tarixli 316 saylı Üzvlük Biletinin Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, xx.xx.2000-ci il tarixli 316 saylı üzvlük biletinin xx.xx.1950-ci il tarixdə anadan olmuş Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixli 316 saylı üzvlük biletinin xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi məxsus olması fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1368/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1368/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver