Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1382/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun xx.xx.1974-cü ildə vəfat etmiş X2 məxsus olması faktının müəyyən edilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü il tarixində babası Ərizəçi Hüseyn oğlu vəfat etmişdir. Babasının adı ölüm haqqında şəhadətnamədə ad soyad ata adı bu formada yazılmışdır. Babasının ünvan 2 ünvanı miras qalmışdır. Babasının bir oğlu - onun atası X7 olmuşdur. Əliyev Qadir 2013 -cü il tarixində vəfat etmişdir. O, vərəsəlik işinin açılması və vərəsə kimi tanınmağı üçün Bakı şəhəri 9 saylı Notariat Kontoruna müraciət etmişdir. Notarius maraqlı şəxsə məktub ünvanlayaraq bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum Ərizəçi Hüseyn oğlunun adına reyestrdən çıxarış verilsin. Maraqlı şəxs bundan imtina edərək bildirmişdir ki, texniki pasportda uyğunsuzluq vardır. Maraqlı şəxsdə olan texniki pasportun alınması üçün müraciət edilmişdir. Müraciətə xx.xx.2019 -cu il tarixində cavab olaraq arxivdə saxlanılan texniki pasport təqdim edilmişdir.Həmin texniki pasportda Əliyev Sıx X9 qeyd vardır. Bu uyğunsuzluqlara görə o, əmlakı özəlləşdirə bilmir.Ərizəçi Hüseyn oğlu onun babasıdır. Babasının bir övladı X7 olmuşdur. Atası da vəfat etdiyi üçün o, vərəsəlik işinin açılması və əmlakın özəlləşdirilməsinə görə notariat ofisinə müraciət etmişdir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun xx.xx.1974-cü ildə vəfat etmiş X2 məxsus olması faktının müəyyən edilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, ərizəçi onun xalası nəvəsidir. Şixməmməd onun xalasının qaynı olmuş, rəhmətə getmişdir. Mərhumun Qadir adında bir oğlu olmuşdur. Ərizəçinin babasının adı X4 olmuşdur. Digər şahid, X5 məhkəmə iclasında bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin babasının adı Şixməmməd, atasının adı Qadir olmuşdur. O, Şixməmmədin yas mərasimində iştirak etmişdir. Ərizəçinin babasının adı X4 olmuşdur. Dİgər şahid X10 məhkəmə iclasında bildirmişdir ki, Şixməmməd onun qonşusu olmş, mərhumu yaxşı tanımışdır. Şixməmmədin oğlu, yəni ərizəçinin atası Qadir onun dostu olmuşdur. O, digər şahidlərin izahatındakı xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli İ-JQ 302101 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1974-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə anadan olmuş, atası X7, anası X6r. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.1953-cü ildə anadan olmuş, atası X4, anası X11r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Buzovna qəsəbəsi, Əliyev küçəsi, döngə 2, ev 9 ünvanına dair Əliyev Şix X16 şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1962-ci il tarixli pasport verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********03 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əliyev küçəsi, döngə 2, 9 saylı yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı X3 müraciətinə cavab olaraq bildirilmişdir ki, texniki pasportda mülkiyyətçinin adı “Əliyev X12”, notariusun məktubunda isə “X4” qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 5 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Əliyev küçəsi, döngə 2, 9 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid fevral 1962-ci il tarixli pasportda “Əliyev Şix X21” olaraq qeyd edilmiş şəxslə ərizəçinin babası X1 eyni şəxs olmaları faktı tam təsdiq olunduğundan və faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. ünvan 5 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair fevral 1962-ci il tarixli pasportun xx xxxxxx 1974-cü ildə vəfat etmiş X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1382/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1382/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver