Məhkəmə qərarları › İş №2(003)-1382/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1382/2022

12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1382/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində (keçmiş Karqanov küçəsi) yerləşən döngə *, ev 18-ə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”nun və Maştağa rayon Soveti İcraiyyə Komitəsinin 10 iyun 1955-ci il tarixli Qərarının atası X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X20 onun atasıdır. Maştağa rayon Soveti İcraiyyə Komitəsinin 10 iyun 1955-ci il tarixli Qərarı ilə atasına ev tikmək üçün 450 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi atasına akt ilə təhvil verilmiş, atası ölənədək həmin torpaq sahəsindən istifadə etmişdir. Həmin qərarda atasının adı səhvən X2 göstərilmişdir. Eyni zamanda Əzizbəyov rayonu, (indiki Xəzər) Binə qəsəbəsi Nizami Abbasov küçəsində (keçmiş Karqanov küçəsi) yerləşən döngə *, 18 saylı ev də atasına məxsus olmuşdur. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport" tərtib edilmiş, həmin pasportda da atasının adı səhvən X* göstərilmişdir. O, bu sənədlərdə olan səhvlərə heç bir zaman diqqət yetirməmiş, lakin qeyd edilən əmlaka dair vərəsəlik işi açılan zaman onlar sənədləşmə işləri bu səhvlər barədə məlumatları olmuşdur. Belə ki, onun atası 09 dekabr 1999-cu ildə ölmüşdür. O, atasına məxsus əmlakı faktiki olaraq miras kimi qəbul etmiş, lakin həmin əmlakı rəsmi qaydada qəbul etmək üçün notariat orqanına ərizə verdikdə isə Bakı şəhəri *1 saylı notariat ofisinin xüsusi notariusu X40 12 noyabr 2021-ci il tarixli Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, mərhumun ölüm haqqında şəhadətnaməsində ata adı X20 yazıldığı halda, texniki pasportda X2*, torpağın ayrılması barədə 10 iyun 1955-ci il tarixli 10 nömrəli qərarda X20 əvəzinə X21 qeyd edilmişdir, nikah haqqında şəhadətnamədə X20, uşaqların doğum haqqında şəhadətnamələrində X24 olaraq yazıldığından ata adında və öz adında uyğunsuzluq vardır. Onun atasının adının X18 olması onun İ-ME seriyalı 858956 nömrəli doğum haqqında şəhadətnaməsi və atasının AZ seriyalı 022884 nömrəli ölüm haqqında şəhadətnaməsi ilə öz təsdiqni tapır. Belə ki, AZ seriyalı 022884 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, həmin şəhadətnamədə onun atasının adı X4 göstərilmişdir. Belə olduqda isə atasının adının səhv göstərildiyi sənədlərin məhz onun atası X8 məxsus olması faktı müəyyən edilməlidir. Əzizbəyov rayonu, (indiki Xəzər) Binə qəsəbəsi Nizami Abbasov küçəsində (keçmiş Karqanov küçəsi) yerləşən döngə *, 18 saylı evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport'da atasının adı X* göstərilmişdir. Halbuki, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində yerləşən 18 saylı ev onun atası X8 məxsusdur. Eyni zamanda Maştağa rayon Soveti İcraiyyə Komitəsinin 10 iyun 1955-ci il tarixli Qərarında da atasının adı X2 göstərilmişdir. Halbuki, həmin qərarla ayrılmış torpaq sahəsi onun atası X20 üçün ayrılmış və ona məxsus olmuşdur. Daha sonra Ərizəçi ərizəsini dəqiqləşdirərək X14 adına olan Əzizbəyov (hazırda Xəzər) rayonu Binə qəsəbəsi Nizami Abbasov küçəsində yerləşən (keçmiş Karqanov (Qadjibekov) küçəsi) yerləşən döngə * ev 18-ə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Atasını adı Sultanəli olmuşdur. Lakin müxtəlif sənədlərlə atasının adı fərqli-fərqli yazılmışdır. Atasından miras qalmış ev bacısı Səkinəxanım istifadəsindən olmuş və o, hazırda həmin evi sənədləşdirmək istəyir. Lakin evin texniki pasportunda atasının adı düzgün yazılmadığından sənədləşdirmə işlərinin aparılması mümkün olmamışdır. Əlavə olaraq bildirmişdir ki, həmin evin bacısı tərəfindən sənədləşdirilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Atasını adı Sultanəli olmuşdur. Lakin müxtəlif sənədlərlə atasının adı fərqli-fərqli yazılmışdır. Hətta onunda şəxsiyyət vəsiqəsində atasının adı Sultan kimi yazılmışdır. Ərizəçi onların kiçik bacılarıdır. Hazırda bacısı atasından miras qalmış evi sənədləşdirmək istəyir, lakin evin texniki pasportunda atasının adı düzgün yazılmadığından sənədləşdirmə işlərinin aparılması mümkün olmamışdır. Əlavə olaraq bildirmişdir ki, həmin evin bacısı tərəfindən sənədləşdirilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin ailəsi ilə yaxın qonşu münasibətləri olmuş, ona görə də ərizəçinin atasını tanımışdır. Ərizəçinin atasının əsl adı Soltanəli olmasına baxmayaraq onu hamı Soltan kimi çağırmışdır. İş üzrə maraqlı şəxs Bakı şəhəri *1 saylı Notariat ofisinin notariusu R.K.Hümmətov məktubla məhkəməyə müraciət edərək iştirakları olmadan ərizəyə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ИЕ 200907 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X*2 arasında 26.11.1954-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arva Cəbrailova soyadı verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZ 022884 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 09.12.1999-cu il tarixdə 70 yaşında Bakı şəhərində ölmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZ-İ 556860 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 08.07.2012-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZ-T 166828 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş, atası X18, anası isə X10r. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 05.08.1955-ci ildə Bakı şəhərində doğulmuş, atası X19, anası isə X10r. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** 20.0*.1962-ci ildə Bakı şəhərində doğulmuş, atası X18, anası isə X10r. İş materiallarına (əslinə məhkəmə tərəfindən baxış keçirilməklə) əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, Əzizbəyov (hazırda Xəzər) rayonu Binə qəsəbəsi Qadjibekova küçəsi ev 11-ə (Binə qəsəbəsi N.Abbasov küçəsi döngə * ev 18) dair həmin sənəd X11 adına verilmişdir. İş materiallarında olan Binə qəsəbəsi Qadjibekova küçəsi ev 11-ə dair ev dəftərinin surətindən görünür ki, 1929-cu il təvəllüdlü X27, 19*2-ci il təvəllüdlü X*0, 955-ci il təvəllüdlü X26, 1962-ci il təvəllüdlü X*4, Cəbrailova (Ələkbərova) Nazlıxanım Sultan qızı, Cəbrailova (Ələkbərova) Səkinəxanım Sultan qızı həmin evdə qeydiyyatdadırlar. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 10 iyun 1955-ci il tarixdə verilmiş Maştağa rayon Soveti İcraiyyə Komitəsinin 10 N-li qərarının surətindən görünür ki, həmin qərar X12 Binə qəsəbəsində ev tikmək məqsədilə 450 kv.m həyətyanı torpaq sahəsinin ayrılması haqqındadır. İş materiallarında olan Bakı şəhəri *1 saylı notariat ofisinin notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında 12.11.2021-ci il tarixli qərardan görünür ki, 09.12.1999-cu il tarixdə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri Binə qəsəbəsi N.Abbasov küçəsi döngə * ev 18-ə dair mirasın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina edilməsinin səbəbi isə mərhumun ölüm haqqında şəhadətnaməsində X20 yazıldığı halda, texniki pasportda X6 və sayrə sənədlərdə ad və ata adında olan uyğunsuzluq olmuşdur. İşin araşdırılmış hallarından müəyyən edilməmişdir ki, ərizəçi atası X5 (AZ 022884 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən) miras qalmış evin texniki pasportunda atasının ata adında olan uyğunsuzluq səbəbində görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11**.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1*21.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1*21.*-cü vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *08-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 0* saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin *07.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *08-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 0* saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1* adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Binə qəsəbəsi Qadjibekova küçəsi ev 11-ə (Binə qəsəbəsi N.Abbasov küçəsi döngə * ev 18) dair "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”nun X8 (AZ 022884 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən) aid olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və *60cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X17 adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Binə qəsəbəsi Qadjibekova küçəsi ev 11-ə (Binə qəsəbəsi N.Abbasov küçəsi döngə * ev 18) dair "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”nun X8 (AZ 022884 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən) aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar