Məhkəmə qərarları › İş №2(003)-1387/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1387/2025

27.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1387/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 qarşı, X33, X15, X16, X27, X28, X29, X41 və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 qarşı, X33, X15, X16, X27, X28, X29, X41 və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə miras qalmış əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasa vərəsəlik hüququnun tanınması və miras əmlakda müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İş üzrə X33, X15, X16, X27, X28, X29, X41 və X30 iş üzrə maraqlı şəxslər qismində cəlb edilmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini dəqiqləşdirərək ünvan 1 ünvanı üzrə miras qalmış əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 xx.xx.1993-cü il tarixdə X17 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan digər iddiaçı olan qızı İddiaçı2 doğulmuşdur. Əri 1999-cu il tarixli Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin qətnaməsi ilə ölmüş hesab edilmiş və ölümə dair 1999-cu il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. X5 nənəsi X51 xx.xx.1997-ci il tarixdə vəfat etmiş və ondan hazırda yaşadıqları ünvan 1 ünvanı üzrə əmlak miras qalmışdır. İddiaçılar cavabdeh ünvan 2inə miras əmlakın qəbulu və mirasda paylarının müəyyən edilməsi üçün müraciət etsə də, cavabdeh əsassız olaraq xx.xx.2024-cü il tarixdə bundan imtina edərək qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılmasını, həmçinin digər əsaslar göstərmişdir. Sonda isə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçılar hesab edir ki, imtina əsassızdır. Belə ki, İddiaçı1 gəlin kimi ünvan 1 ünvanına gəlmiş və hazırda da orada yaşayır. Bundan başqa digər İddiaçı2 sözügedən ünvanda doğulmuş, atası öldükdən sonra və hazırki dövrə qədər həmin evdə yaşayırlar. Bundan başqa Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi X25 qalmış miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət daxil olmuş, vərəsəliyin dairəsini müəyyən edərək İddiaçı1 və İddiaçı2 mərhumun varisləri olması barədə və bundan ötrü çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məlumat vermişlər. Bundan başqa xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi X51 və ölən günə qədər X17 mübahisəli ünvanda yaşamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, o, ünvan 1 ünvanına gəlin gəlmişdir. Həmin dövrdən indiyə kimi həmin ünvanda yaşayır. Yoldaşı ilə 1993-cü ildə ailə həyatı qurmuşdur. 1997-ci ildə itkin düşmüş və 1999-cu ildə vəfat etməsi barədə ölüm haqqında arayış alınmışdır. Qızı İddiaçı2 da gəlin köçənə kimi həmin ünvanda yaşamışdır. Hazırda qızı gəlin köçdüyü üçün həmin ünvanda yaşamasa da, lakin həmin ünvana gedib gəlir. Eyni zamanda qeyd edilən ünvanda hal-hazırda X34, X30, eləcə də Cavabdeh2 yaşayır. Lakin həmin ünvanda X16, X27 və X29 həmin ünvanda yaşamışlar, lakin gəlin köçdükləri üçün hal-hazırda həmin ünvanda yaşamırlar, sadəcə olaraq həmin ünvana gedib gəlirlər. Əlavə olaraq qeyd etmişdir ki, O, məhkəməyə həmin ünvanda yaşaması ilə əlaqədar yaşayış yeri haqqında arayışı və "xxxx" ASC-nin bildirişi, "xxxx" ASC-dən verilmiş **********9000A saylı kod üzrə abunə haqqında hesabdan çıxarışı təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında doğulmuş və gəlin köçənə kimi həmin ünvanda yaşamışdır. 2015-ci ildə ailə həyatı qurmuş və 1995-ci ildən 2015-ci ilə qədər fasiləsiz olaraq həmin ünvanda yaşamışdır. Hal-hazırda həmin ünvanda yaşamasa da, lakin həmin ünvana gedib gəlir. Həmin ünvanda Cavabdeh2, X35, X33, X41, X18, X16, X27, X29 və X30 yaşamışdır. X4 və X12 yaşamasını görməmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 bildirdi ki, X17 onun əmisidir. İddiaçı1 onun əmisi X5 yoldaşı, İddiaçı2 isə əmisi qızıdır. Qeyd etmişdir ki, İddiaçı1 hal-hazırda həmin ünvanda yaşayır. Əlavə olaraq qeyd etmişdir ki, o, özü həmin ünvanda 2006-cı ilə qədər yaşamış və sonradan gəlin köçmüşdür. 2006-cı ilə qədər, yəni o, gəlin köçənə qədər İddiaçı1 və İddiaçı2 orada daimi yaşadığını görmüşdür. Həmçinin o gəlin köçdükdən sonra həmin ünvana gedib gəlmiş və orada daimi şəkildə İddiaçı1 və İddiaçı2 görmüşdür. Xəyalə 2015ci ildən gəlin köçdüyü üçün həmin ünvanda 2015-ci ilə qədər daimi yaşamışdır. Hazırda Xəyalə həmin ünvana gedib gəlir. Bundan başqa qeyd etmişdir ki, həmin ünvanda hazırda İddiaçı1, Cavabdeh2, Piriyev Eldar və Piriyeva Nəzakət yaşayırlar. Əmisi qızları X42, X33, İddiaçı2, bacıları X16, X29, anası X30 həmin ünvanda yaşamışlar. Eyni zamanda qeyd etmişdir ki, bibiləri X19 və X28 hal-hazırda həmin ünvanda yaşamırlar. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X34 bildirdi ki, X17 onun əmisidir. İddiaçı1 onun əmisi X5 yoldaşı, İddiaçı2 isə əmisi qızıdır. Həmin həyətdə daimi olaraq babası, nənəsi, əmiləri və onların ailə üzvləri yaşamışdır. Bildirmişdir ki, İddiaçı1 gəlin köçdükdən həmin ünvanda yaşamışdır və hal-hazırda da yaşayır. Əmisi qızı Xəyalə də həmin ünvanda doğulmuş və gəlin köçənə qədər təxminən 2015-ci ilə qədər həmin ünvanda daimi olaraq yaşamışdır. Hazırda Xəyalə gəlin köçdüyü üçün həmin ünvanda daimi yaşamasa da, lakin hazırda həmin ünvana gedib gəlir. Bundan başqa qeyd etmişdir ki, həmin ünvanda hazırda İddiaçı1, Cavabdeh2, Piriyev Eldar və Piriyeva Nəzakət yaşayırlar. Əmisi qızları X42, X33, İddiaçı2, bacıları X16, X29, anası X30 həmin ünvanda yaşamışlar. Eyni zamanda qeyd etmişdir ki, bibiləri X19 və X28 hal-hazırda həmin ünvanda yaşamırlar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, həmin şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarixli, 1809 saylı arayışının surətindən görünür ki, X17 xx.xx.1999-cu il tarixində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 967 saylı məktubundan görünür ki, X25 qalmış miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X31 xx.xx.1977-ci il tarixdə vəfat etməsi və vərəsəliyin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən X41, X33, Cavabdeh2, İddiaçı1, İddiaçı2, X34 mərhumun varisləri olması barədə məlumat verilmişdir. İş materiallarında Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1094 saylı arayışından görünür ki, X51 həqiqətən ölən günə kimi xx.xx.1977-ci ilə kimi ünvan 1 ünvanında yaşamışdır. Vəfat edən zaman onun aşağıdakı göstərilən ailə üzvləri olmuşdur: oğlu Piriyev Bəy-əhməd Hafis oğlu, gəlini X8, nəvələri X17, X35, X18, X20, X28, eləcə də digər şəxslər Cavabdeh2, X27, X29, X16, X34, X43, X36, X44, X37. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ № 368293 saylı, xx.xx.1993-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ulduzə Adil qızı ilə xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 361 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra ərə Piriyev, arvada Piriyeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx/xx-1436 saylı arayışdan görünür ki, X17 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 10 mart 1958-ci il tarixdə Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 148 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X7, anası Böyükxanım Həci əli qızı olmuşdur. xx.xx.1999-cu ildə ölmüş X5 ölümü xx.xx.1999-cu il tarixdə 97№-li akt qeydi Xəzər Rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1999-cu ildə, yəni 41 yaşında ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu ildə 97 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan AZ-T seriyalı 203043 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X17 və anası İddiaçı1 olan X26 xx.xx.1995ci ildə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixində 62 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 331 nömrəli məktubundan görünür ki, sənədlər araşdırılarkən X31 birinci dərəcəli vərəsəsi olan X38 ölən günədək (xx.xx.1997) ünvan 1 ünvanında yaşamışdır. Bəyəhməd Piriyevdən miras qalmış əmlaka dair (nəqliyyat vasitəsinə dair) xx.xx.1999-cu il tarixdə arvadı X8, oğlu X35, oğlu X18, qızı X19 və qızı X13 bərabər hissələrdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt miras qoyanın oğlu X5 (ölüm tarixi xx.xx.1999-cu il) vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Eyni zamanda “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş məlumatə əsasən X17 xx.xx.1993-cü il (Babayeva Ulduzə) və xx.xx.1994-cü il (Məcidova Saniyat) tarixlərdə nikaha daxil olmuşdur. X5 X7nun vərəsələrinin dairəsi müəyyən edildiyindən, eyni zamanda mərhumun iki nikahı olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq qanunvericiliyin tələblərinə müvafiq olaraq, aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 332 nömrəli məktubundan görünür ki, sənədlər araşdırılarkən X31 birinci dərəcəli vərəsəsi olan X38 ölən günədək (xx.xx.1997) ünvan 1 ünvanında yaşamışdır. Bəyəhməd Piriyevdən miras qalmış əmlaka dair (nəqliyyat vasitəsinə dair) xx.xx.1999-cu il tarixdə arvadı X8, oğlu X35, oğlu X18, qızı X19 və qızı X13 bərabər hissələrdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt miras qoyanın oğlu X5 (ölüm tarixi xx.xx.1999-cu il) vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. X2 atası X22 vərəsələrinin dairəsi müəyyən edildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq qanunvericiliyin tələblərinə müvafiq olaraq, aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestri ilə bağlı arayışından görünür ki, ünvan 1 ünvanına (yeni qaydalarla: AZ1061. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 59-cu Şüvəlan qəsəbəsi, 1-ci döngə, giriş 17) yerləşən 0,1370 ha torpaq sahəsi və onun üzərində olan 130,80 kv.m daşınmaz əmlak X31 adına xx.xx.2024-cü il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 6299/2023 saylı qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2119,6 kv.m olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin, X6 istifadəsində olan 750 kv.m sahə istisna olmaqla mərhum X39 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, X5 X40 arasında 20 may 1994-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVAQ şöbəsində 173 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilmişdir. İş materiallarında Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 270 nömrəli arayışından görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan "xxxx" ASC-nin bildirişi və "xxxx" ASC-dən verilmiş abunə haqqında hesabdan çıxarışdan görünür ki, ünvan 4 ünvanına aid **********9000A saylı abonent kodu İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İV-ЖГ № 420753 saylı, xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X51 xx.xx.1995-ci il tarixdə beyin trombozundan vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 7 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X23 məxsus avtomobillə əlaqədar olaraq miras əmlaka münasibətdə arvadı X8, oğulları X18, oğlu X35, qızları X15 və X12 mayı müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, miras əmlak ünvan 1 ünvanı (yeni qaydalarla: AZ1061. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 59-cu Şüvəlan qəsəbəsi, 1-ci döngə, giriş 17) X31 adına qeydiyyata alınmışdır. X31 nəvəsi X5 həyat yoldaşı İddiaçı1 və X5 qızı İddiaçı2 qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət etsə də, lakin Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən müəyyən edilmiş müddət keçdiyindən, şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi müddətinin buraxılmasının üzrlü sayılması, buraxılmış müddətin bərpa edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən notariusun imtinasının əsassız sayılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1248.1-ci maddəsinin tələbinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsə statusunun notariat qaydasında rəsmiləşdirilməsinin müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəbdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yaşaması, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi faktı həm mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatı, həm də təqdim edilmiş müvafiq sənədlər (yaşayış yeri haqqında arayış, "xxxx" ASC-nin bildirişi, "xxxx" ASC-dən verilmiş **********9000A saylı kod üzrə abunə haqqında hesabdan çıxarış) ilə təsdiq edilir. Məhkəmə, göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri 07 saylı Notariat Ofisinin notariusunun İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xx.xx.2024-cü il tarixli 331 saylı və xx.xx.2024-cü il tarixli 332 saylı imtinası əsassız sayılmalı, ünvan 1 ünvanından ibarət mirasın qəbul edilməsi müddətinin buraxılması üzrlü sayılmaqla buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Bakı şəhəri 07 saylı Notariat Ofisinin xüsusi notariusunun İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xx.xx.2024-cü il tarixli 331 saylı və xx.xx.2024-cü il tarixli 332 saylı imtinası əsassız sayılsın. İddiaçı1 və İddiaçı2 tərəfindən ünvan 1 ünvanından ibarət mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü hesab edilərək həmin müddət bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar