Məhkəmə qərarları › İş №2(003)-139/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-139/2020

18.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-139/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə İddiaçı cavabdehlər «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Cavabdeh2nə və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı hərracın və müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Cavabdeh2nə və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ½ hissəsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1298 saylı ev ilə bağlı təşkil etdiyi və keçirdiyi hərracın qanunsuz və etibarsız sayılması, hərracın nəticələrinin «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019cu il tarixli, 109 saylı hərracın nəticələri haqqında yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Maraqlı şəxs arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilənin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-165/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı Yəduİİa oğluna qarşı "pulun tutulması" tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı Maraqlı şəxs xeyrinə 20 000 (iyirmi min) manat məbləğində borcun və məhkəmə xərclərinə görə ödənilmiş 665 manatın, cəmi 20665 (iyirmi min altı yüz altımış beş) manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-969/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-165/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Xəzər rayon İcra şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra işinə başlanılmışdır. Bakı şəhər Cavabdeh2 sifarişi əsasında mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1298 saylı evin qiymətləndirilməsi işi "xxxxx" MMC-yə tapşırılmış, həmin bağ sahəsi "xxxxx“ MMC tərəfindən 48 000 manat dəyərində qiymətləndirilmişdir. Bakı şəhəri. Xəzər rayonu. Şüvəlan qəsəbəsi, 1298 saylı evin 1/2 hissəsi ona məxsusdur. Daha sonra Bakı şəhər Cavabdeh2 hərracın keçirilməsi üçün “xxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edir. Bakı şəhər Cavabdeh2 xx xxxxxx 2019-cu il müraciəti əsasında“xxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokoluna və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsi, 1298 saylı evin ona məxsus olan hissəsi Maraqlı şəxs satılır. Yuxarıda qeyd edilən tarixlərdən də görünür ki, hərracın keçirilməsi ilə bağlı Bakı şəhər Cavabdeh2 müraciəti ilə artıq müqavilə arasında 1 gün fərq vardır, elə bu müddət kifayət qədər əsas verir ki, bütün bu olanlarla bağlı onu məlamatlandırmamışlar, tərəflər öz aralarında belə bir “oyun” təşkil etmişlər. Məhz Bakı şəhər Cavabdeh2 sifarişi əsasında “xxxxxxxx”MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1298 saylı ev110 000 (yüz on min) manat qiymətləndirilmiş, "X1 Mərkəzi”MMC-nin xx xxxxxxx 2018ci il tarixli bildirişində də sözügedən əmlakın ilkin satış qiyməti 110 000 (yüz on min) manat müəyyən olunmuşdur. Necə olur ki, bir ilin ərzində əmlakın dəyəri bu qədər ucuzlaşır, həmin əmlak üçüncü şəxsi razı salmaqdan ötrü satılır və bütün bunlardan onun xəbəri olmur. Bütün bunlar göstərir ki, "hərrac” qanunsuzdur, onun mülkiyyətində olan əmlakın qanunsuz yollarla dəyərindən çox aşağı qiymətə ələ keçirilməsidir. Cavabdeh heç bir hərrac keçirmədən, ona və hərrac iştirakçılarına bildiriş vermədən, mətbuatda elan vermədən, hərracla bağlı auksion və ya müsabiqə təşkil etmədən, hərrac iştirakçılarından beh qəbul etmədən onun mülkiyyətində olan əmlakı üçüncü şəxs Maraqlı şəxs satmışdır. Bu hərəkətlər hərrac keçirilməsi qaydalarının pozulmasıdır. Ona görə də, məhkəmə müdafiəsindən istifadə edirək, hesab edir ki, 1/2 hissəsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1298 saylı ev cavabdehlər tərəfindən hərrac keçirilmə qaydalarının kobud formada pozulması nəticəsində Maraqlı şəxs tərəfindən ələ keçirilməsini qanunsuz hesab etməklə saxta təşkil olunmuş, əslində keçirilməyən hərracın nəticələri ləğv olunmalıdır. Qeyd olunanlara əsasən, cavabdeh «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ½ hissəsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1298 saylı ev ilə bağlı təşkil etdiyi və keçirdiyi hərracın qanunsuz və etibarsız sayılması, hərracın nəticələrinin «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli, 109 saylı hərracın nəticələri haqqında yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Maraqlı şəxs arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilənin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirmişdir ki, xx xxxxxx 2014-cü ildə İddiaçı Yadulla oğluna qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Xəzər rayonu məhkəməsinə müraciət etmişdir, iddiası təmin edilmiş, iş üzrə qəbul edilmiş qətnamənin icrası Bakı şəhəri, Xəzər rayonu icra şöbəsinə icra edilməsi üçün göndərilmişdir, iş üzrə cavabdeh çox ciddi şəkildə qətnamənin icrasına maneçiliklər törətmiş, bu və ya digər müxtəlif bəhanələrlə borcunu ona ödəməkdən boyun qaçırmışdır, icra qurumu tərəfindən zəruri icra tədbirləri həyata keçirilmiş, borclunun mülkiyyətində olan əmlak aşkarlanmış, həmin əmlakın hərrac yolu ilə satılaraq ona olan borcunun ödənilməsi üçün İcra şöbəsinin sifarişi əsasında Sərraf MMC tərəfindən qiymətləndirilmə aparılmış, iki payda olan əmlaka 110.000 manat qiymət qoyulmuşdur. Lakin aparılan qiymətləndirmə həddindən artıq yüksək məbləğdə qiymətləndirildiyindən satılması ağlabatan olmamış, satışa çıxarılması da qeyri obyektiv hal olduğundan və qətnamənin icra edilməsindən, İddiaçı Yadulla oğlunun pulu ödəməkdən boyun qaçırması üzündən gecikdirildiyindən hazırkı günlər üçün isə əmlakın qiymətinin təxminən 8 manata uyğun olması üçün yenidən icra məmuru tərəfindən sözügedən əmlakın qiymətləndirilib hərrac yolu ilə satılıb borcun təmin edilməsi üçün xxxxx MMC-yə sifariş verilmiş və hazırkı bazar qiymətinə uyğun olaraq qiymətləndirilmə işləri aparılmış, iki paydan ibarət əmlaka ümumilikdə 48.000 manat qiymət qoyulmuşdur. Qiymətləndirmədən sonra əmlak hərrac yolu ilə satışa çıxarılmış, tərəfindən 16 min manata alınaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Bu işlərlə bağlı bütün xərclər tərəfindən ödənilmişdir və ödənişləri təsdiq edən qəbzləri məhkəməyə təqdim edə bilər. Əfsuslar olsun ki, İddiaçı Yadulla oğlu köhnə peşəsindən istifadə edərək həmişə olduğu kimi bu dəfədə məkrli niyyətini həyata keçirmək üçün dolayı yollarla qətnamənin icrasına maneçilik törətməyə çalışaraq qanunsuz və əsassız olaraq məhkəmə və digər qurumları yalançı, aldadıcı variantlardan istifadə edərək fikirlərini onun və digərlərinin mövqeyinə, əməl və şəxsiyyətləri əleyhinə yönəltməyə çalışmışdır. Belə ki, o hərracın və müqavilənin etibarsız sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birmənalı şəkildə, iddia yalanlar üzərində qurulmuşdur, guya onun heç bir proseslərdən xəbəri olmamışdır. Hesab edir ki, həm qiymətləndirmə şirkətlərinin, Sərraf MMC-nin, eyni zamanda “xxxxx” MMC və hərracı keçirən şirkət məhkəməyə çağırılmalı onların iştirakı ilə obyektiv nəticəyə gəlmək üçün tədbir görülməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-969/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-165/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı Yadulla oğlundan iddiaçı Maraqlı şəxs xeyrinə 20000 manat məbləğində borcun və ödənilmiş məhkəmə xərclərinə görə 665 manatın, cəmi 20665 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinin 1/2 hissəsi İddiaçı Yadulla oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Səraf-N MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ sahəsinin qiyməti 110000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş X1 Mərkəzinin xx xxx 2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinə dair hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmamış, iş geri qaytarılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinin satılması barədə açıq hərracın keçirilməsinə dair sifarişçi Cavabdeh2nə, tələbkar Maraqlı şəxs və borclu İddiaçı Yadulla oğluna xx xxxxxx 2018-ci il tarixə təyin edilmiş hərracla bağlı xx xxxxxxx 2018-ci il tarixli bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş EL-EX MMC tərəfindən tərtib edilmiş xx xxxxx 2019cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ sahəsinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 48000 manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh2 tərəfindən “xxxxxxxxxxxx” Şirkətlər Qrupu MMC-yə (surəti: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, X3, Maraqlı şəxs və Xəzər Rayon Məhkəməsinə) İddiaçı məxsus satış qiyməti 48000 manat müəyyən edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinə dair hərracın keçirilməsi üçün xx.xx.2019-cu il tarixdə məktub göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinin satılması barədə açıq hərracın keçirilməsinə dair sifarişçi Cavabdeh2nə, tələbkar Maraqlı şəxs və borclu İddiaçı Yadulla oğluna xx xxxx 2019-cu il tarixə təyin edilmiş hərracla bağlı xx xxx 2019-cu il tarixli bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinin satılması barədə açıq hərracın keçirilməsinə dair sifarişçi Cavabdeh2nə, tələbkar Maraqlı şəxs və borclu İddiaçı Yadulla oğluna xx xxxx 2019-cu il tarixə təyin edilmiş hərracla bağlı xx xxxx 2019-cu il tarixli bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinin satılması barədə açıq hərracın keçirilməsinə dair sifarişçi Cavabdeh2nə, tələbkar Maraqlı şəxs və borclu İddiaçı Yadulla oğluna xx xxxx 2019-cu il tarixə təyin edilmiş hərracla bağlı xx xxxx 2019-cu il tarixli bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinin satılması barədə açıq hərracın keçirilməsinə dair sifarişçi Cavabdeh2nə, tələbkar Maraqlı şəxs və borclu İddiaçı Yadulla oğluna xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş hərracla bağlı xx xxxx 2019-cu il tarixli bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 tərəfindən “xxxxxxxxxxxx” Şirkətlər Qrupu MMC-yə (surəti: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, X3 və Maraqlı şəxs) 1/2 hissəsi İddiaçı məxsus satış qiyməti 48000 manat müəyyən edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinə dair hərracın keçirilməsi üçün xx.xx.2019-cu il tarixdə məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş X2 MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə 109 saylı yekun protokolun surətindən görünür ki, 1/2 hissəsi İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evi 24000 manat qiymətinə hərraca çıxarılmış, 16800 manata Maraqlı şəxs satılmışdır. İş materiallarına əlavə edilmiş Hidayətoğlu MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, 1/2 hissəsi İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evi tələbkar Maraqlı şəxs 16800 manata satılmışdır. İş materiallarına əlavə eidlmiş X2 MMC kassa mədaxil qəbzindən görünür ki, Maraqlı şəxs xx xxxxxx 2019-cu il trixdə 990 manat və 421 manat xidmət haqqı ödəmişdir. İş materiallarından görünür ki, Kaspi qəzetində X2 MMC tərəfindən xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixdə keçiriləcək hərraclarla bağlı elanlar yerləşdirilmişdir. İddianınmahiyyətindəngörünürki, iddiaçı hərracın keçirilməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasını əsas gətirərək, 1/2 hissəsi ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evi ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsi, həmin hərracın nəticələri haqqında yekun protokol və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.3-cü və 414.4-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.4-cü və 415.5-ci maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, 1/2 hissəsi iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evi xx xxxxxx 2019-cu il tarixində keçirilən hərrac vasitəsilə Maraqlı şəxs satılmışdır. Hərracın keçirilməsinə dair bildiriş, xx xxxx 2019-cu il tarixdə göndərilmiş, eyni zamanda hərracın təşkil olunması barədə icra şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə, yəni hərracdan bir gün öncə “xxxxxxxxxxxx” Şirkətlər Qrupu MMC-yə müraciət olunmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, icra şöbəsi tərəfindən mübahisəli əmlakın qiymətləndirilməsi aparılmış, həmin əmlakın qiyməti 2017-ci ildə Səraf-N MMC tərəfindən 110000 manat, 2019-cu ildə EL-EX MMC tərəfindən 48000 manat müəyyən edilmişdir. Keçirilən qiymətləndirmələr arasında kəskin fərq olduğundan, işin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1298 saylı bağ evinin bazar qiyməti 190000 manat, 1/2 hissəsinin hazırki bazar qiyməti 95000 manat təşkil edir. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmışdır. Qeyd olunan hallardan görünür ki, aparılmış qiymətləndirmələr arasında kəskin fərq mövcuddur, bundan əlavə hərracın keçirilməsi haqqında bildirişlər tərəflərə vaxtında çatdırılmamış, beləliklə, hazırki iş üzrə mübahisələndirilən hərrac qanunvericiliklə müəyyən olunmuş qaydaların pozulması ilə keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qanunvericiliyin qeyd olunan normalarına və işin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ½ hissəsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1298 saylı ev ilə bağlı təşkil etdiyi və keçirdiyi hərrac və həmin hərracın nəticələrinə dair xx xxxxxx 2019-cu il tarixli, 109 saylı yekun protokol etibarsız sayılmalıdır. Məhkəmə hərracın etibarsız sayılmasını nəzərə alaraq hesab edir ki, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Maraqlı şəxs arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilə də etibarsız sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337. maddəsində göstərilir ki,bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.2-cimaddəsinəgörəəqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində 400 manat cavabdehlərə aid edilərək ondan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ½ hissəsi İddiaçı Yadulla oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1298 saylı ev ilə bağlı təşkil etdiyi və keçirdiyi hərrac və həmin hərracın nəticələrinə dair xx xxxxxx 2019-cu il tarixli, 109 saylı yekun protokol etibarsız sayılsın. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1298 saylı evin alqı-satqısı barədə «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Maraqlı şəxs arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilə etibarsız sayılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 400 (dörd yüz) manat cavabdehlər «xxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, HesabAZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar