Məhkəmə qərarları › İş №2(003)-1399/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1399/2025

02.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1399/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1*.10.*006-cı il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X1* ilə 06 may *005-ci il tarixdə rəsmi nikaha daxil olmuş. Birgə nikahdan 1*.10.*006-cı il təvəllüdlü X19 doğulmuşdur. Qeyd etmək istəyir ki, 1*.10.*006-cı il təvəllüdlü X19 doğuş travması ilə anadan olmuşdur. Oğluna - G80.0 Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici-Tetraparez diaqnozu qoyulmuşdur. O, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, hərəkətləri məhduddur, təhsil almamışdır. Daim nəzarətdə olmalıdır. X16 mən və atası qulluq edirik. X9 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ak.Mirqasımov adına Respublika klinik Xəstəxanasında qeydiyyatdadır. Eyni zamanda bildirir ki, X16 müddətsiz birinci dərəcəli əlillik verilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Narizliyinin müayinəyə dair məlumatından görünür ki, X13 uşaq serebral iflici, tetraparez debillik dərəcəsində pozuntusu vardır. Bu səbəbdən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə X9nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 Yaqut Məlikməmməd qızı ilə 06.05.*005-ci il tarixdə nikaha daxil olmuşlar, nikahları Ucar rayonunun Boyat və Bağman kən icra nümayəndəliyində 103 saylı nikah akt qeydi üzrə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, atası X1*, anası Ərizəçi olan 1*.10.*006-cı il təvəllüdlü X19 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Narizliyinin müayinəyə dair məlumatından görünür ki, X16 G80.0 Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici-Tetraparez diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışın sürətindən görünür ki, 1*.10.*006-cı il təvəllüdlü X1 serebral iflic, uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan 11780 saylı çıxarışın sürətindən görünür ki, 1*.10.*006-cı il təvəllüdlü X1 serebral iflic, uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan X8 1300 saylı X15 sürətindən görünür ki, 1*.10.*006-cı il təvəllüdlü X19 uşaq serebral iflici, qıcolma sindiromundan əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər RİH başçısının Qala qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 186 saylı 05.0*.*0*5-ci il tarixli arayışından görünür ki, Ərizəçi Xəzər rayonu, Qala qəsəbəsi, Babək küçəsində yerləşən nömrəsiz evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin *9.04.*0*5-ci il tarixli 1337 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs 1*.10.*006-cı il təvəllüdlü X13 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir. Yoxlanılan şəxs X*1 psixi vəziyyətinə ,görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yoxlanılan şəxs X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Məhkəmə iclasında müəyyən edildi ki, X13 “uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin *9.04.*0*5-ci il tarixli 1337 saylı rəyinə əsasən X19 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X19 tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.*-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 3*1.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X19 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun həyat yoldaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X19 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X19 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, 1*.10.*006-cı il təvəllüdlü X19 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *16-**0, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. 1*.10.*006-cı il təvəllüdlü X19 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar