Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1406/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ BakışəhəriXəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh4 qarşıpayın müəyyən edilməsinədair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh4 qarşı payın müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 saylı notarial kontordan verilmiş vərəsəlik şəhadətnaməsi ünvan 1 ünvanına dair paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıməsələnin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni payların müəyyən edilməsindən imtina haqqında müvafiq notariat orqanının imtina məktubunu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Plenumunun Qərarından görünür ki, miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Belə ki, miras qoyanın ölümündən sonra vərəsələr Mülki Məcəllənin 1321.1-ci maddəsində göstərilən qaydada vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etdikdə, onların arasında pay bölgüsünə dair mübahisələrin baş verməsi istisna edilmir. Belə olan hallarda notariuslar mübahisə edən şəxslərə “mirasla bağlı mübahisə olduğuna görə məhkəməyə müraciət edin” məzmunlu məktublar verməklə, notariat hərəkətini aparmaqdan (vərəsəlik şəhadətnaməsi verməkdən) imtina edirlər. Vərəsələr bu səbəbdən də mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə bununla bağlı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması və ona əsassız imtina edildiyi təqdirdə ərizəçinin həmin sənədi verməli olan orqana qarşı inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2cavabdehlərBakı şəhəri 7 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh4 qarşıpayın müəyyən edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1406/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1406/2023
01.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver