Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1413/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Kərimov Zülfəli oğlunun adına olan ünvan 1 saylı evin texniki texniki pasportunun mərhum X4 oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun mərhum X4 oğluna məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. Onun X4 oğlu xx.xx.1927-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2 1990-cı ildə Bakı şəhərində vəfat etmişdir. Onun X4 oğlu vəfat etdiyi günədək ünvan 1 saylı evdə pasport qeydiyyatında olmuşdur və həmin evdə yaşamışdır. Onun özü də anadan olandan indiyədək yuxarıda göstərilən ünvanda yerləşən evdəöz ailə üzvləri ilə birlikdə yaşayır və orada pasport qeydiyyatındadır. Hazırda o, həmin evi qanun üzrə və vəsiyyət üzrə vərəsəlik əsasında öz adına rəsmiləşdirmək istəyir. Hal-hazırda o, yuxarıda qeyd edilən torpaq sahəsinin sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Daşıma Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada onun sənədləri nəzərdən keçirilmiş və ona mərhum X4 oğlunun adına olan evin texniki pasportunda adın “Zülfəli”, soyadın “Kərimov” kimi qeydə alınması, digər sənədlərdə atasının adının və atasının soyadının “Zülfəli Kərim oğlu” kimi qeyd edilməsi bildirilmişdir. Bu səbəbdən də evin sənədləşdirilməklə onun adına sənədin veirlməsi mümkün deyil. Onun mərhum atası bunlara əhəmiyyət verməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan: Doğum şəhadətnaməsinin surətindən görünür ki, Zülfəli Kərim oğlu xx.xx.1927-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1r. Ərizəçi ünvan 3-də qeydiyyatdadır. İV-ЖГ seriyalı, 289643 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zülfəli Kərim oğlu xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri 25 saylı notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 22 dekabr 2023cü il tarixli, x/o 1227/23 nömrəli məktubundan görünür ki, Bakı şəhəri 25 saylı dövlət notariat ofisində xx.xx.1990-cı il tarixdə vəfat etmiş Zülfəli Kərim oğlunun mirası üzrə vərəsəlik işi açılmışdır. Miras qoyanın miras əmlakına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Vəfat etmiş Zülfəli Kərim oğluna məxsus əmlaka arayış verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan Zülfəli Kərim oğlunun adına arayışın verilməsi ilə bağlı ərizəyə baxılmışdır. Təqdim edilmiş Bakı şəhəri 25 saylı notariat ofisinin 22 dekabr 2023-cü il tarixli məktubunda miraq qoyan Zülfəli Kərim oğlu qeyd edilsə də, fərdi yaşayış evinə dair idarənin arxivində olan texniki pasportda hüquq sahibi kimi Kərimov Zülfəli göstərilmiş, eyni şəxs olmasını təsdiq edən əlaqələndirici sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şirvani küçəsi, 15 nömrəli evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun xx.xx.1927-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölmüş Zülfəli Kərim oğluna məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şirvani küçəsi, 15 nömrəli evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun xx.xx.1927-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölmüş Zülfəli Kərim oğluna məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şirvani küçəsi, 15 nömrəli evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun xx.xx.1927-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölmüş Zülfəli Kərim oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1413/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1413/2024
25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver