Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1439/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 2003,02 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25.01.2018-ci il və 26.02.2018-ci il tarixdə tarixdə Cavabdeh tərəfindən ******* və ******* saylı qaz sayxacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştiakı olmadan ünvan 1 ünvana quraşdırıldı. O hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Sonradan o qaz sayğacının kartına pul yükləmək istədiyi zaman qazın kartı bloka düşərək bağlandı. Bununla bağlı o müvafiq olaraq Cavabdehə müraciət etdi, həmin idarənin əməkdaşları tərəfindən ona bildirdilər ki, onun tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün və kənar xəttə cəkdiyinə görə 2003,02 manat cərimə yazılmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o heç vaxt qaz sayğacına müdaxilə etməmiş və kənar xətt cəkməmiş daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Bildirirəm ki cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 05.12.2018-ci il tarixli 2(103)- 12801/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi iə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binə qəsəbəsi, R.Əşrəfov (Kuybişev) küçəsi, ev 11də yerləşən ona məxsus yaşayış sahəsinə (abonent kodu **********20000) əsassız olaraq hesablanmış 2490.20 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)-4106/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 2490.20 manat borcun silinməsi, Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 manatın və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 204 manat olmaqla, cəmi 234 manatın dövlət nəfinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 05.12.2018-ci il tarixli 2(103)- 12801/2018 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4106/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət edilmişdir. Halbuki, prosesual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsi hüququnu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair (Bakı Apellyasiya Məhkəməsinin 05.12.2018-ci il tarixli 2(103)-12801/2018 nömrəli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4106/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsi) qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehə qarşı Cavabdeh tərəfindən əsassız hesablanmış 2003,02 manat borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1439/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1439/2022
14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver