Məhkəmə qərarları › İş №2(003)-1442/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1442/2022

17.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1442/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 04 aprel 2016-cı il tarixli, ******* saylı, 22 avqust 2018-ci il tarixli, ******* saylı, 16 mart 2018-ci il tarixli, ******* saylı, 26 aprel 2018-ci il tarixli, ******* saylı, 31 may 2018-ci il tarixli, ******* saylı aktların ləğv edilməsi, ona təbii qaza görə əsassız hesablanmış 1268,40 manat cərimələrin silinməsi, Cavabdeh «köhnə borc» adlandırdıqları, 2017-ci ilə kimi olan müddətə - 2250 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı X8 Departamentində qeydiyyatda olmaqla 07 mart 2017-ci il tarixdə 4137 saylı müqavilə imzalanmış və yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən 04 aprel 2016-cı il tarixli, ******* saylı akt əsasında 526 manat, 22 avqust 2018-ci il tarixli, ******* saylı akt əsasında 284,4 manat, 16 mart 2018-ci il tarixli, ******* saylı akt əsasında 208,4 manat, 26 aprel 2018-ci il tarixli, ******* saylı akt əsasında 182 manat, 31 may 2018-ci il tarixli, ******* saylı akt əsasında 67 manat, guya qaz sayğacına müdaxilə etməyi göstərilmiş və ona ümumilikdə 1268.40 manat məbləğində borc hesablanmışdır. Həmin aktlarda kənar qaz xətlərindən istifadə etməklə təbii qazdan qeyri qanuni istifadə etmək kimi qiymətləndirərək qaz itkisi olduğu göstərilmişdir. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan yüksək məbləğdə cərimə hesablamışdır. Bundan əlavə, Cavabdeh «köhnə borc» adlandırdıqları, 2017-ci ilə kimi olan müddətə - 2250 manat məbləğində borcu da onun adına heç bir əsas və subut olmadan yazmışlar. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən tərtib edilmiş 04 aprel 2016-cı il tarixli, ******* saylı, 22 avqust 2018-ci il tarixli, ******* saylı, 16 mart 2018-ci il tarixli, ******* saylı, 26 aprel 2018-ci il tarixli, ******* saylı, 31 may 2018-ci il tarixli, ******* saylı aktların ləğv edilməsi, mənə təbii qaza görə əsassız hesablanmış 1268,40 manat cərimələrin silinməsi, Cavabdeh «köhnə borc» adlandırdıqları, 2017-ci ilə kimi olan müddətə - 2250 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, aktlar əsaslı şəkildə tərtib olunmuşdur. Həmçinin, həmin aktlar məhkəmədə mübahisələndirilmiş və qətnamə mövcuddur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh İB-nin Bakı RQSD ilə X5 arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 07.03.2017-ci il tarixli 03/4137 nömrəli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, mübahisəli ünvana verilən qaz xətti üzrə abonent kodu **********00000 sayla qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, **********00000 sayla qeydiyyata alınmış ünvana təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar Əliyev Əhmədin adına tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 04 aprel 2016cı il tarixli, ******* saylı, 22 avqust 2018-ci il tarixli, ******* saylı, 16 mart 2018-ci il tarixli, ******* saylı, 26 aprel 2018-ci il tarixli, ******* saylı, 31 may 2018-ci il tarixli, ******* saylı aktların ləğv edilməsi, mənə təbii qaza görə əsassız hesablanmış 1268,40 manat cərimələrin silinməsi, Cavabdeh «köhnə borc» adlandırdıqları, 2017-ci ilə kimi olan müddətə - 2250 manat məbləğində borcun silinməsi xahiş etmişdir. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, qeyd olunan aktlar (cavabdeh X5 olmaqla) mübahisələndirilmiş və bu barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4188/2018 saylı 24 dekabr 2018-ci il tarixli qətnaməsi qəbul edilmiş, qeyd olunan aktlar üzrə, həmçinin qalıq borc üzrə X2 Cavabdeh xeyrinə pul tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə mübahisə predmeti olan qaz xətti üzrə yazılmış aktların və qalıq borcun əsaslı olması sübuta yetirilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, mübahisəli qaz xətti üzrə Cavabdeh müqaviləni X5 ilə bağlamış, mübahisələndirilən aktlar isə Əliyev Əhmədin adına tərtib olunmuşdur. Hazırda iddiaçının sözügedən aktları mübahisələndirməyə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilən hallara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar