Məhkəmə qərarları › İş №2(003)-1443/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1443/2021

26.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1443/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi və onun vəkili X3 iştirakı ilə Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 27 iyun 1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri X11 ilə X2 1961-ci ildə nikaha girməklə ailə həyatı qurmuş, onların birgə nikah münasibətlərindən 1963-cü ildə X6,1965-ci ildə X15,1966-cı ildə X4,1968-ci ildə X12 1971-ci ildə X7 və 1973cü ildə də mən X8 adında 6 övladları anadan olmuşdur. Valideynləri 6 övladları ilə birlikdə özlərinə məxsus Bakı şəhəri,Xəzər rayonu, Ş/Qres qəs., Bağlar küçəsi, ev 4”A”, mən.19da qeydiyyatda olmaqla yaşamışlar. 01.01.2019-cu il tarixdə atası X11, 21.06.2020-ci il tarixdə anası X2 vəfat etmişdir. Valideynləri vəfat edənədək uşaqlıqdan “daun sindromu Q90,orta əqli gərginlik F71,0 “xəstəlikdən əziyyət çəkən daima kənar şəxsin köməyinə ehtiyacı olan 27.06.1965-ci il təvəllüdlü X1 onların himayəsində və qoruması altında yaşamış, anası vəfat edən gündən isə X1 onun himayəsində və nəzarətində olmaqla yaşayır. Bu fakt ərizəyə əlavə edilmiş AR SN-nin “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxs mərkəzin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı, tibb elmləri doktoru, professor Fuad İsmaylovun 22.09.2020-ci il tarixli 5038 saylı məktubu və həmin xəstəliklə bağlı ona kənar şəxsin köməyinə ehtiyacı olan 2-ci dərəcəli əllillik müəyyən edilməsinə dair AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29.10.2020-ci il tarixli TSEK-nın rəyi və hərbi bilətin surəti ilə təsdiq olunur. X1 daun sindromu əqli gərginlik xəstəliyindən əziyyət çəkdiyindən, cəmi 3 il fəaliyyət qabiliyyəti məhdud olan uşaqlar üçün nəzərdə tutulmuş internat məktəbində təhsil aldıqdan sonra əqli zəyifliyi ilə bağlı təhsilini davam edə bilməmiş, böyüdükcə öz hərəkətlərini dərk etməkdə, zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyindən, daima validenlərinin, hazırda isə onun nəzarətində yaşayır. Bu səbəbdən də onun həyatda hüquq və mənafələrini müdafiə etmək üçün (pensiya kartlarının alınması,istifadə olunması,vərəsəlik hüquqlarının həyata keçirilməsi və s.) rəsmi təyin olunmuş qəyyuma ehtiyacı var. Bu məqsədlə də hesab edir ki, X1 barəsində müvafiq tibbi ekspert komissiyasından keçirilməsi üçün qərar qəbul edilməklə həmin komissiyasının rəyi əsasında onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqda qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən, 27 iyun 1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili X13 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X15, səhhəti məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X15 ilə Ərizəçi bacı-qardaşdır. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, onların valideynləri X11 və X2 vəfat etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X25 22.09.2020-ci il tarixli arayışından görünür ki, X9 Daun sindromu Q90 və orta əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi barədə çıxarışdan görünür ki, X15 müddətsiz ikinci dərəcəli əlildir. İşin ədalətli araşdırılması məqsədilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Məhkəmə Psixiatrik Ekspertizasının 27 aprel 2021-ci il tarixli 1316 saylı rəyində ekspert komissiyası X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmaması, buna görə də tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8. maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, ərizəçinin oğlu 27 iyun 1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 iyun 1965-ci il təvəllüdlü X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə, fəaliyyət qabiliyyəti olmayan hesab edilən X5 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar