Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1452/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7, Maraqlı şəxs* iştirakları ilə, Ərizəçi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxslər Maraqlı şəxs* və Maraqlı şəxs* Hüseynulla qızı olmaqla “doğum və atalıq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxslər Maraqlı şəxs* və Maraqlı şəxs* olmaqla “doğum və atalıq faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X** ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, vətəndaş Maraqlı şəxs* Xəzər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bildirmişdir ki, mərhum həyat yoldaşı X*0 ilə mərhum X8 arasında olan birgə qeyri-rəsmi münasibətlərindən doğulmuş oğlan uşağının doğum faktının müəyyən edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Belə ki, X*0 ilə X* qeyri-rəsmi münasibətlərindən **.05.*0*6-cı il tarixdə, X*5 adlı oğlan uşağı doğulmuşdur (Doğum faktını təsdiq edən sənəd : TQS № *03 formalı “Doğum haqqında” 05.*0.*0*8-ci il tarixli tibbi şəhadətnamə). Azyaşlıya doğum haqqında şəhadətnamə almadan X8 *8.05.*0*8-ci il tarixdə “kəskin İİÇV infeksiya sindromu” xəstəliyi nəticəsində vəfat etmişdir. Bundan sonra *9.04.*0*9-cu il tarixdə Elnur Məmmədov ilə Maraqlı şəxs* rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Azyaşlı Adəm də o vaxtdan Elnur Məmmədov və Maraqlı şəxs* himayəsində yaşamağa başlamışdır.. Öz uşaqları olmadığına görə Maraqlı şəxs* Adəmə öz övladı kimi baxmış, ona ana kimi münasibət bəsləmişdir. Bu səbəbdən azyaşlı ilə Maraqlı şəxs* arasında doğmalıq hisləri yaranmışdır. Lakin uşağın doğum şəhadətnaməsi və Elnur Məmmədovun atalıq faktının müəyyən olunmasını rəsmi təsdiq edən sənəd olmadığından onun bağça, məktəb və sair zəruri tələbatlarının təmin olunmasında ailə müəyyən çətinliklərlə qarşılaşır. Xətai və Sabunçu rayon Qeydiyyat şöbələrinə edilən müraciətlərin bir nəticəsi olmamışdır. Elnur Məmmədov atalığın müəyyən olunması barədə ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə ekspertiza təyin olunmasına baxmayaraq işi başa çatdırmaq mümkün olmamışdır. Belə ki, E.Məmmədov “Covid *9” virusuna yoluxaraq *4.06.*0**-ci il tarixdə vəfat etdiyinə görə Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə işin icraatına xitam verilmişdir. Maraqlı şəxs* bu günə kimi azyaşlı Adəmə qarşı doğma ana kimi münasibət bəsləyərək onun bütün zəruri tələbatlarını ödəyib, uşağa qarşı anaya xas olan bütün diqqət və qayğını göstərmişdir. Adəmin artıq 6 yaşı tamam olub və o, məktəbə getməli, hər bir uşaq kimi təhsil almalıdır. Lakin atalığın müəyyən olunması barədə rəsmi sənəd və doğum şəhadətnaməsinin olmaması səbəbindən ciddi problemlərlə üzləşiblər. Məhkəmə iclasında Maraqlı şəxs* ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Sabunçu rayon ** saylı Şəhər Poliklinikasının Pediatriya şöbəsinin müdiri X** ifadəsində göstərmişdir ki, Maraqlı şəxs* ailəsini uzun müddətdir, uşağın anası-atası sağ olan vaxtdan tanıyır. Azyaşlının ata və anasının X*0 ilə X8 olduğunu bilmişdir. Uşaq doğulan zaman anasının şəxsiyyət vəsiqəsi olmamışdır. Doğum şöbəsindən daxil olan sənədlər əsasında onun müdiri olduğu şöbədə uşaq atasının, yəni Elnur Məmmədovun şəxsiyyət vəsiqəsi əsasında qeydiyyata götürülmüşdür. Uşaqla bağlı onun valideynləri vaxtaşırı xəstəxanaya müraciət ediblər, uşağın peyvəndləri olunub. Uşağın ana və atasının rəsmi nikahları olmayıb. Sonradan ata xəstələndi və vəfat etdi. Hal-hazırda uşağın doğum haqqında şəhadətnaməsi yoxdur. Son zamanlarda mövcud prosedurlara dəyişiklik olmuşdur. Bu səbəbdən uşağın müayinə olunması üçün doğum haqqında şəhadətnamə təqdim edilməlidir. Məhkəmə iclasında şahid mərhum X4 anası X9 ifadəsində göstərmişdir ki, oğlu E.X*3 ilə el adəti ilə toy etmişdir. Lakin Elmiranın şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə rəsmi nikah bağlaya bilməmişlər. Cəfərova Elmira uşaq evində böyümüşdür. O, Elnur və Elmira ilə birgə Sabunçu rayonunda kirayə mənzildə yaşamışlar. *0*6-cı il tarixdə onların oğlan uşağı dünyaya gəlmişdir. Uşağın anası kəskin İİÇV xəstəliyindən vəfat etmişdir. Elnur vərəm xəstəliyindən əziyyət çəkirdi. Koronavirus pandemiyası yayılan zaman vəfat etdi. O, uşağın doğumunda və müayinəsində iştirak etmişdir. Uşaq hazırda sağlamdır. Uşağın Maraqlı şəxs* bağlılığı vardır, sonuncu ona çox yaxşı qulluq edir. Maraqlı şəxs*nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, ərizəni və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzi tərəfindən 05.*0.*0*8-ci il tarixdə verilmiş TQS seriyalı *03 nömrəli doğum haqqında tibbi şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 **.05.*0*6-cı il tarixdə xəstəxanada doğuş həyata keçirmiş və oğlan uşağı doğulmuşdur. 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin VVADQ şöbəsi tərəfindən *6.*0.*0*8-ci il tarixdə verilmiş AZ-İ seriyalı 97395* nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 *8.05.*0*8-ci il tarixdə “Kəskin İİÇV infeksiya sindromu” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *0*8-ci ilin oktyabr ayının *6-da *006 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin VVADQ şöbəsi tərəfindən *9.04.*0*9-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 337967 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X*0 ilə Maraqlı şəxs* nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *0*9-cu ilin aprel ayının *9-da 877 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Əliyeva soyadları verilmişdir. Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən *5.06.*0**-ci il tarixdə verilmiş AZ-İİ seriyalı *86754 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X*0 *4.06.*0**-ci il tarixdə “Ağciyər-ürək çatışmazlığı. Digər dəqiq. forma” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *0**-ci ilin iyun ayının *8-də 844 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 0*.04.*0**-ci il tarixli *(008)-*708/*0** saylı qərardadından məlum olur ki, ərizəçi X*0 ərizə ilə məhkəməyə mürqciət edərək, onun **.05.*0*6-cı il təvəllüdlü Cəfərov Adəmin atası olmasının müəyyən edilməsi barədə qətnamə çəxarəlmasını xaiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07.07.*0**-ci il tarixli *(008)-*708/*0** saylı qərardadından görünür ki, ərizəçi X4 maraqlı şəxslər Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata ərizəçi vəfat etdiyinə görə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən təsdiq edilmiş, *0.07.*990-cı il tarixdə verilmiş 859 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 *6.*0.*989-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X5, anası X6r, milliyəti azərbaycanlıdır. Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxsin nəzdində olan “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna verilmiş *7 aprel *0*3-cü il tarixli PHŞ-6-8/*-*49/*0*3 saylı cavabdan görünür ki, X8 **.05.*0*6-cı il tarixdə Mərkəzdə doğuş həyata keçirmişdir. O, mərkəzə daxil olarkən üzərində şəxsiyyət vəsiqəsi olmamışdır. Bütün qeydlər onun şifahi məlumatına əsasən aparılmışdır. X* yaxınları tərəfindən müəssisəyə təqdim olunan *06 nömrəli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən *03 nömrəli doğum haqqında tibbi şəhadətnamə forması verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.*.*0-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunum ** aprel *0*9-cu il tarixli, 03 saylı qərarının **-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.*.*0-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.*-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: *. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; *. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.*-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.*-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin **4.*-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə dindirilmiş şahidlərin ifadələrindən və iş materiallarından görünür ki, X*0 ilə X8 uzun müddət faktiki nikah münasibətlərində olmuşlar və onların bu münasibətlərindən **.05.*0*6-cı il təvəllüdlü oğlan uşağı doğulmuşdur. X8 *8.05.*0*8-ci il tarixdə, X*0 isə *4.06.*0**-ci il tarixdə Bakı şəhərində ölmüşdür. X*0 daim uşaqla birlikdə yaşamış, onun tərbiyə və təhsili ilə məşğul olmuş, həmçinin uşağı Sabunçu rayon ** saylı Şəhər Poliklinikasında qeydiyyta saldırmışdır. Eyni zamanda o, vəfat etməmişdən əvvəl məhkəməyə atalığın müəyyən edilməsi üçün ərizə ilə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş şahid ifadələri və iş materialları ilə X4 **.05.*0*6-cı il təvəllüdlü, X* doğulmuş oğlan uşağının atası olması faktı tam sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *6.*0.*989-cu il tarixdə Bakı şəhərində anadan olmuş X4 **.05.*0*6-cı il tarixdə Bakı şəhərində, X* doğulmuş oğlan uşağının atası olması faktı müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *3.05.*0*3-cü il tarixli *(003)-*45*/*0*3 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxslər Maraqlı şəxs* və Maraqlı şəxs* olmaqla “doğum və atalıq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə icraata “doğum faktının müəyyən edilməsi” hissəsində xitam verilməsi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin **6-**0-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *6.*0.*989-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 **.05.*0*6-cı il tarixdə, Bakı şəhərində, X* doğulmuş oğlan uşağının atası olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1452/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1452/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver