Məhkəmə qərarları › İş №2(019)-992/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-992/2021

06.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-992/2021 06.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, ərizəçi Ərizəçi doğum və atalıq faktının müəyyən edilməsi barədə məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirərək müəyyən etdim : Ərizəçi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1993-cü il tarixdə Balakən rayonu Hənifə kəndində X1 doğulmaqla, atasının Maraqlı şəxs1 olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxaraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Balakən rayonu Hənifə kəndində X1 doğulmaqla, atasının Maraqlı şəxs1 olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.10-cu maddələrinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi məhkəmələr xüsusi icraat qaydasında atalığın müəyyən edilməsinə dair işlərə deyil, ata öldüyü halda atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hazırkı ərizənin məzmunundan görünür ki, ərizəçinin valideynlərinin ikisi də sağdır. Belə olan halda isə işə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxıla bilər. Ərizəçi isə iddia ərizəsi ilə deyil, ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda atalığın müəyyən edilməsi ailə münasibətlərindən irəli gələn mübahisə olduğundan tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Ərizəçi izah edilməlidir ki, o, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: Ərizəçi ərizəsi geri qaytarılsın. Ərizəçi izah edilir ki, o, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar