Məhkəmə qərarları › İş №2(050)-4310/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4310/2025

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4310/2025 23.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi Zülfüqarov (Qafarov) Zahir Maarif oğlunun iştirakı ilə, Ərizəçi Zülfüqarov (Qafarov) Zahir Maarif oğlunun şəxsin doğulması və atalığın etiraf edilməsi faktının müəyyən edilməsi (maraqlı şəxs - Masallı Rayon Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Zülfüqarov (Qafarov) Zahir Maarif oğlu ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum atası X11 07 may 1957-ci ildə Masallı rayonu Təklə kəndində həmin kənd sakinləri X13 ilə X1 nikahından doğulması, həmçinin X11 atası olmasını etiraf etmiş olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, atası X18 07 may 1957-ci ildə X13 ilə X1 nikahlarından doğulmuşdur. X29 08 yanvar 1985-ci ildə, nənəsi Simuzər Qurbanova 28 yanvar 2009-cu ildə, X25 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Atası ilə bağlı vərəsəlik işi həll edilərkən məlum olmuşdur ki, X25 ilə bağlı ümumiyyətlə doğum akt qeydi yoxdur. Həmçinin məlum olmuşdur ki, atası ilə anasının nikahları onun doğumundan bir ay sonra qeydə alınmış və onunla da bağlı atalıq müəyyən edilməmişdir. X25 özü və onun valideynləri vəfat etmişdir. Bu səbəbdən də atası X21 Qəfərov ilə Simuzər Qurbanovanın nikahlarından doğulması və X19 onun atası olması barədə anası ilə birgə ərizə vermələri mümkün deyildir. X19 doğum akt qeydinin olmaması və onunla bağlı atalığın müəyyən edilməməsi nəticəsində bir sıra hüquqlardan, o cümlədən X25dan qalmış miras əmlakı adına sənədləşdirməkdən məhrum olur. Bu səbəbdən doğum və atalığın etiraf olunması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin atası Maarif X3 ilə X1 qeyri rəsmi nikahından dünyaya gəlməklə onun atası olmasına baxmayaraq onun doğumu ilə bağlı hər hansı tibbi sənədi olmadığından həmçinin ona münasibətdə atalıq müəyyən edilmədiyindən və bundan sonra belə sənədlərin əldə edilməsi mümkün olmadığından ümumiyyətlə doğumla və atalıqla bağlı qeydiyyat aparılması da mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən mərhum X19 doğum faktının və onun atası olmasını etiraf etmiş olması faktının başqa yolla müəyyən edilməsi mümkün olmadığından həmin fakt məhkəmə tərəfindən müəyyən edilə bilər. Məhkəmə iclasında ərizəçi Zülfüqarov (Qafarov) Zahir Maarif oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zülfüqarov (Qafarov) Zahir Maarif oğlunu tanıyır. O, İbi Qəfərovun nəvəsi və Maarif Qafarovun oğludur. Hər ikisi vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zülfüqarov (Qafarov) Zahir Maarif oğlunu tanıyır. O, İbi Qəfərovun nəvəsi və Maarif Qafarovun oğludur. Hər ikisi vəfat etmişdir. Maarif Qafarov 07 may 1957-ci ildə doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X8 arasında 21 dekabr 1981-ci ildə Masallı rayon Təklə ərazi nümayəndəliyində 45 saylı nikah akt qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Qafarov (a) soyadı verilmişdir. doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1981-ci il təvəllüdlü Zülfüqarov (Qafarov) Zahir Maarif oğlunun atası X12, anası X7r. Ölüm haqqında şəhdətnamədən görünür ki, X13 08 yanvar 1985-ci ildə ölmüşdür. Ölüm haqqında şəhdətnamədən görünür ki, X5 28 yanvar 2009-cu ildə ölmüşdür. Ölüm haqqında şəhdətnamədən görünür ki, X18 08 yanvar 1985-ci ildə ölmüşdür. Masallı Regional “ASAN Xidmət” X6 rəyindən görünür ki, Zülfüqarov (Qafarov) Zahir Maarif oğlunun atalığının müəyyən edilməsi barədə ərizəsinin icrasından imtina edilmişdir. Çıxarışdan görünür ki, 07 may 1957-ci il təvəllüdlü X4 rayonu, Təklə kəndində doğulmuş, arvadı X7r. Onun atası X13 və anası X2r. Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus 1963-1965-ci illərə aid, 2 saylı təsərrüfatbaşına kitabın, 108-ci təsərrüfatından arxiv çıxarışından görünür ki, ailə başçısı X9 təsərrüfatında 07 may 1957-ci il təvəllüdlü X15 vardır. Fotoşəkildən görünür ki, X18 07 may 1957-ci ildə doğulmuş və 19 fevral 2008-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktların müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktları təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, X11 07 may 1957-ci ildə Masallı rayonu Təklə kəndində doğulması, X14 məxsus doğum akt qeydinin ata qrafasında X13, ana qrafasında X5 yazılmalı, 08 yanvar 1985-ci ildə ölmüş X18 xx xxxxxx 1981-ci il tarixdə Masallı rayonu, Təklə kəndində doğulmuş Zülfüqarov (Qafarov) Zahir Maarif oğlunun atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X11 07 may 1957-ci ildə Masallı rayonu Təklə kəndində doğulması faktı müəyyən edilsin. X14 məxsus doğum akt qeydinin ata qrafasında X13, ana qrafasında X5 yazılsın. 08 yanvar 1985-ci ildə ölmüş X18 xx xxxxxx 1981-ci il tarixdə Masallı rayonu, Təklə kəndində doğulmuş Zülfüqarov (Qafarov) Zahir Maarif oğlunun atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar