Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-194/2024 29.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X22 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs1 rəisi X4 və maraqlı şəxs Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi övladının doğulması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi övladı Vahidin 10 fevral 2000-ci ildə doğulması faktının qeydə alınması və onun Vahidin atası olması faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək övladı Vahidin 10 fevral 2000-ci ildə Qobustan rayonu Ərəbşalbaş kəndində doğulması, atasının Ərizəçi, anasının X3 və miliyyətinin Azərbaycanlı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayır. 1996-cı ildə həmkəndlisi X3 evlənmiş, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Birgə evliliklərindən 10 fevral 2000-ci il tarixdə Vahid adlı bir uşaqları anadan olmuşdur. Rəsmi nikahları olmadığından və qışlaq-yaylaqda çoban olduğundan uşaq üçün doğum haqqında şəhadətnamə almamışdır. Arvadı Səlimnaz 13 yanvar 2001-ci il tarixdə vəfat etmişdir. Səlimnaz üçün də vaxtında ölüm haqqında şəhadətnamə almamış, sonradan Qaradağ rayon məhkəməsinin qətnaməsi ilə Səlimnazın ölümü müəyyən olunmuşdur. Övladı Vahidin şəxsiyyətini müəyyən edən heç bir sənədi olmadığından ona doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə və Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Qeydiyyat şöbəsindən ona rəsmi sənəd verilərək məsələnin həllinin qeydiyyat şöbəsində mümkün olmadığı və məhkəməyə müraciət etməli olduğu bildirdi. Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasından isə ona heç bir rəsmi sənəd verilməyərək məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Ona görə də övladı Vahidin 10 fevral 2000-ci il tarixdə doğulması, onun Vahidin atası olması və anasının X3 və miliyyətinin azərbaycanlı olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs1 rəisi X8 izahat verərək X10 doğum faktının müəyyən olunmasına etiraz etmədiyini bildirdi. Həmçinin bildirdi ki, X10 akt qeydi 1997-2003-cü illər Maraqlı şəxs1 və Ərəbşalbaş İcra Nümayəndəliyi üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasıya sistemində aşkar olunmamışdır. Doğum faktının müəyyən edilməsi tələb olunan Ərizəçi ifadə verərək göstərdi ki, atasının və yaxınlarının deməsinə görə 10 fevral 2000-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində doğulmuşdur. Atası Ərizəçi, anası X2r. Anası Səlimnaz 13 yanvar 2001-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin arasında rəsmi nikah olmadığına görə onun üçün doğum haqqında şəhadətnamə alınmamışdır. Onun şəxsiyyətini müəyyən edən heç bir sənəd olmadığına görə o, məktəbə getməmiş və təhsil almamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində dindirilən zaman o, 15 fevral 2003-cü il tarixdə doğulmasını və doğum haqqında şəhadətnamə verilən zaman doğum tarixinin səhvən 29 sentyabr 2008-ci il kimi yazıldığını deməmişdir. Hazırda atası ilə birlikdə yaşayır. İş üzrə maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsi X5 ifadə verərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. İş üzrə şahid X12 ifadə verərək göstərdi ki, Ərizəçi X3 ilə 1996-cı ildə qeydi rəsmi evlənmişlər. Onların 10 fevral 2000-ci il tarixdə Vahid adlı bir uşaqları anadan olmuşdur. Vahid hazırda sağdır və atası Ərizəçila birlikdə yaşayır. İş üzrə X1 şahid X12 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə tərəflərin izahatlarını, maraqlı şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdəki sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İşdə olan Qobustan rayon İHB-nın Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 fevral 2024-cü il tarixdə verdiyi 5-60-28-/2-17/2024 saylı arayışdan görünür ki, Vahidov X11 rayonu Ərəbşalbaş kəndində qeydiyyatdadır və himayəsində 10 fevral 2000-ci il təvəllüdlü X14 vardır. Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 dekabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 398565 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13 yanvar 2001-ci il tarixdə vəfat etmişdir. Qobustan rayon Ərəbşalbaş kənd sakinləri X7, X15 və Ərizəçi iştirakı ilə 28 fevral 2024cü il tarixdə tərtib edilmiş və aktdan görünür ki, 16 sentyabr 1972-ci il təvəllüdlü X3 1996-cı ildə həmkəndlisi Ərizəçi ilə qeydi rəsmi evlənmişlər. Onların 10 fevral 2000-ci il tarixdə Vahid adlı bir uşaqları anadan olmuşdur. Səlimnaz Hacıbabayeva 13 yanvar 2001-ci ildə ölmüşdür. Vahid hazırda sağdır və atası Ərizəçila birlikdə yaşayır. İşdə olan Maraqlı şəxs1 15 fevral 2024-cü il tarixdə verdiyi 41/2024 saylı məktubdan görünür ki, X10 doğum haqqında akt qeydi olmadığı üçün ona doğum haqqında şəhadətnamə vermək mümkün deyil. Qobustan rayon məhkəməsinə müraciət etməsi məsləhət bilinmişdir. Maraqlı şəxs1 18 yanvar 2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 saylı məktubundan görünür ki, X10 akt qeydi 1997-2003-cü illər Maraqlı şəxs1 və Ərəbşalbaş İcra Nümayəndəliyi üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasıya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X23 25 iyul 2024-cü il tarixli 3332 saylı rəyindən görünür ki, Vahidin sümük yaşı 21-22 ili əhatə edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideyinlərinin, yaxud, onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladı Vahidin 10 fevral 2000-ci ildə doğulması, onun atası Ərizəçi, anası X3 və milliyyətinin azərbaycanlı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Qərarının 4.3-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Vahidə doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 10 fevral 2000-ci il, soyadı Vahidov, adı Vahid, doğum yeri Qobustan rayonu Ərəbşalbaş kəndi, atası qrafasında Ərizəçi, anası qrafasında X3 və miliyyəti Azərbaycanlı olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizəçi övladının doğumunun qeydə alınması faktına dair ərizəsi təmin edilsin. Vahidə doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 10 fevral 2000-ci il, soyadı Vahidov, adı Vahid, doğum yeri Qobustan rayonu Ərəbşalbaş kəndi, atası qrafasında Ərizəçi, anası qrafasında X3 və miliyyəti Azərbaycanlı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(026)-194/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-194/2024
29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver