Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1555/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək *5 avqust 2022-ci il tarixdə anadan olmuş, oğlu Afərinin doğum faktının qeydə alınmasına, oğlu Afərinin atasının Maraqlı şəxs* olmasının etiraf edilməsi faktının müəyyən edilməsinə, doğum qeydində ata adının Maraqlı şəxs* kimi, ana adının isə Ərizəçi kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Qızmızı Samux kənd sakini Maraqlı şəxs* ilə 04 noyabr 202*-ci il tarixdə qeyri rəsmi ailə həyatı qurublar. *5 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bərdə rayon Mərkəzi Xəstəxanasını doğum evində oğlu dünyaya gəlmiş, həmin uşağın doğumuna dair *03 saylı tibbi arayış da qeyd edilən səhiyyə ocağı tərəfindən verilmişdir. Uşaqla doğuşdan sonra 2 gün xəstəxanada qalmış, 3-cü gün evə buraxılıblar. Şərti adı Afər olan oğlu barəsində bu günə qədər doğum şəhadətnaməsi ala bilməyib. Belə ki, dəfələrlə Bərdə rayon Otuzikilər kənd icra nümayəndəliyinə, Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də uşağa doğum haqqında şəhadətnamə verilməmişdir. Birinci həyat yoldaşı türk əsilli X*4 olmuş, onunla 20*4-cü ildə qeyri rəsmi ailə həyatı qurublar, 28 avqust 20*5-ci il tarixdə X6 adlı övladları doğulmuşdur. Nikahları isə ** aprel 20*7-ci il tarixdə qeydə alınmışdır. Sonradan ailə münasibəti pozulmuş, ayrılmış, Mingəçevir Şəhər Məhkəməsinin 2(05*)-*350/202* saylı, 03 noyabr 202*-ci il tarixli qərnaməsinə əsasən nikahları pozulmuşdur. 04 noyabr 202*-ci il tarixdə isə Bərdə rayonu Qırmızı Samux kənd sakini Maraqlı şəxs* adlı şəxslə qeyri rəsmi ailə həyatı qurmuş, birgə yaşayış dövründə, yəni *5 avqust 2022-ci ildə Afər adlı övladları doğulmuş, doğum haqqında şəhadətnamə verilməsi üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdirlər. Ancaq Bərdə rayon Qeydiyyat Şöbəsi 29 avqust 2022-ci il tarixli 534-05/*5 saylı məktubla Azərbaycan Respublikasının Ailə Məcələssinin *70-ci maddəsinin tələbini əsas götürülərək oğlu Afərin ata adını öz doğma atası olan Maraqlı şəxs* kimi yazılmasından imtina etmiş, məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Odur ki, *5 avqust 2022-ci il tarixdə anadan olmuş oğlu Afərin doğum faktının qeydə alınmasına, oğlu Afərin atasının Maraqlı şəxs* olmasının etiraf edilməsi faktının müəyyən edilməsinə, doğum qeydində ata adının Maraqlı şəxs* kimi, ana adının isə Ərizəçi kimi qeyd edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı var. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə və Maraqlı şəxs* məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin və Maraqlı şəxs* iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Maraqlı şəxs* izahatında göstərmişdir ki, Ərizəçi ilə qeyri rəsmi ailə qurub yaşamışlar, qeyri rəsmi münasibətlərindən övladları Afər dünyaya gəlmişdir. O, Afərin atasıdır və Ərizəçi ərizəsini təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, qardaşı Nurlan və gəlinləri Ləman qeyri rəsmi evləniblər. Onların Afər adlı bir uşağı olmuşdur. Uşaq Bərdə rayon Doğum evində doğulmuşdur. Bu barədə tibbi arayışda verilib, lakin doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, oğlu Nurlan və Ləman faktiki olaraq evləniblər. Bir oğlan uşaqları doğulub, lakin uşağa doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *992-ci ildə doğulmuşdur. İş materiallarında olan AA *052085 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs* xx xxxx *988-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X4 *5 sentyabr *99*-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X* *5 may *967-ci ildə doğulmuşdr. İş materiallarında olan Bərdə rayonu Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 49 nömrəli, 08 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Otuzikilər kəndində yaşayır. İş materiallarında olan AZ-İ 422762 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*4 ilə X*5 arasında olan nikah 06 dekabr 202*-ci ildə pozulmuşdur. İş materiallarında olan AZ-İV 347356 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 28 avqust 20*5-ci ildə doğulmuşdur, atası X*4, anası X9r. İş materiallarında olan Doğum haqqında tibbi şəhadətnamənin surətindən müəyyən olunur ki, X*5 *5 avqust 2022-ci ildə X25 bir oğlan uşağı doğmuşdur. İş materiallarında olan nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə A 2*023*555 saylı arayışdan müəyyən olunur ki, Maraqlı şəxs* tibbi müayinədən keçmişdir. İş materiallarında olan nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə A 2*023*560 saylı arayışdan müəyyən olunur ki, X*5 tibbi müayinədən keçmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməssinin *0 noyabr 202*-ci il tarixli, 2(05*)- *350/202* saylı qətnaməsinin surətindən müəyyən olunur ki, X*4 ilə X** arasında olan ** aprel 20*7-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 83 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 28 avqust 20*5-ci il təvəllüdlü X2 anası X5 yanında qalması müəyyən olunması, tərəflərə nikah pozulduqdan sonra 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olmasının izah edilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli, 534-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, X*0 doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi *5 avqust 2022-ci il tarixdə oğlan övladının olması, atası Maraqlı şəxs*, anası Ərizəçi olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi *5 avqust 2022-ci il tarixdə oğlan övladının olması, atası Maraqlı şəxs*, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1555/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1555/2023
02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver