Məhkəmə qərarları › İş №2(003)-1454/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1454/2023

05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1454/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsində (keçmiş Kuybışev küçəsi) yerləşən döngə 1, ev 19-a dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasport”un atası, xx.xx.1978-ci ildə ölmüş X3 məxsus olması faktının müəyyən edilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun atasıdır. Əzizbəyov rayonu, (indiki Xəzər) Binə qəsəbəsi, R.Əşrəfov küçəsində (keçmiş Kuybışev küçəsi) yerləşən döngə 1, 19 saylı ev atasına məxsus olmuşdur. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” tərtib edilmiş, həmin pasportda atasının adı səhvən X8 göstərilmişdir. Onlar bu sənəddə atasının adının səhv olmasını heç bir zaman bilməmişlər. Lakin, qeyd edilən əmlaka dair vərəsəlik işi açılan zaman bu barədə məlumatları olmuşdur. Belə ki, onun atası 22 yanvar 1978-ci ildə ölmüşdür. O, atasına məxsus əmlakı faktiki olaraq miras kimi qəbul etmiş, həmin əmlakı rəsmi qaydada qəbul etmək üçün notariat orqanına ərizə vermiş, notariat orqanı isə Çıxarış almaq üçün 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərmişdir. 1 saylı Bakı Ərazi İdarəsi ona texniki pasportun surətini verməkdən imtina etmiş, əsas kimi isə həmin evə dair texniki pasportun məxsus olduğu X10 X7 olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı məlumat əldə edilməsi zərurətinin olmasını göstərmişdir. Bununla əlaqədar bildirmək istəyir ki, onun atasının adı X7 olması onun doğum haqqında şəhadətnaməsi və atasının ölüm haqqında şəhadətnaməsi ilə öz təsdiqini tapır. Belə olduqda isə atasının adının səhv göstərildiyi sənədin məhz onun atası X3 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, iş üzrə ərizəçini tanıyır. Belə ki, əvvəllər qonşuluqda yaşamışdır. Ərizəçinin atası X7 olmuş, anası isə Firuzə Novruzova olmuşdur. 1971-ci ilədək qonşu olmuşlar, sonra isə o başqa yerə köçmüşdür. Ərizəçinin atası Məmmədəlini tanımış və qonşu kimi yaxın münasibətləri olmuşdur. Hazırda ərizəçinin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi döngə 1-də yerləşən 19 nömrəli ev Məmmədəliyə məxsus olmuşdur. Məmmədəli 1978-ci ildə ölmüşdür. Məmmədəli cavan vaxtı ölmüşdür. İş üzrə şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısı oğludur. Belə ki, X7 onun böyük dayısıdır. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi döngə 1-də yerləşən 19 nömrəli ev dayısı Məmmədəliyə məxsus olmuşdur. Həmin ev tikildiyi zaman o uşaq olmuşdur. Hətta evin tikintisi üçün köməklik etmiş, su, qum daşımışdır. Dayısıgil 3 bacı və 3 qardaş olmuşlar. Hazırda hamısı ölmüşdür. Dayısı öləndən sonra evdə Rzaqulu anası ilə birlikdə yaşamış, hazırda isə Rzaqulu ailəsi ilə birlikdə yaşayır. Həmçinin bildirdi ki, evin yerləşdiyi küçənin adı əvvəllər Kuybışeva olmuş, hazırda isə R.Əşrəfov küçəsidir. Hazırda ərizəçi həmin evin vərəsəlik qaydasında sənədləşdirmək istəyir. Lakin, müəyyən olunmuşdur ki, dayısının adı evin texniki pasportunda Mamed Mirsali oğlu kimi yazılmışdır. Ona görə də də evin sənədləşdirilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan ИЖ seriyalı, 373257 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 05,03.1955-ci ildə Bakı şəhərində doğulmuş, atası X7, anası isə X4r. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışın surətindən görünür ki, X7 və X6 arasında xx.xx.1949-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Yunusova soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X7 xx.xx.1978-ci ildə ölmüşdür. İş materiallarında olan İV-ЖГ seriyalı, 472533 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri, 12 saylı Xüsusi Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 ölməsi ilə əlaqədar vərəsəlik işi açılmış və mərhumun vərəsəsi oğlu, Ərizəçi mərhum X3 məxsus daşınmaz əmlakın olub-olmaması barədə məlumat verilməsi, olduğu halda müvafiq Dövlət reyestrdən çıxarışın verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi (keçmiş Kuybışev küçəsi) döngə 1, 19 saylı fərdi yaşayış evinə dair X10 adına tərtib edilmiş 1962-ci il tarixli texniki pasport İdarənin arxivində mövcuddur. ünvanında yerləşən fərdi yaşayış evi üçün tərtib edilmiş texniki pasportda fiziki şəxsin ata adında düzəliş edilməsi ilə bağlı müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, mərhumun ata adında təqdim edilmiş texniki pasport ilə digər sənədlər arasında uyğunsuzluq mövcüddur. Həmin texniki pasportun məxsus olduğu X10 X7 olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı məlumatın təqdim edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, Binə qəsəbəsi Kuybışev küçəsi 1-ci döngə ev 19-a dair həmin sənəd X10 adına verilmişdir. İş materiallarında olan ev dəftərinin surətindən görünür ki, Əzizbəyov rayonu Binə qəsəbəsi Kuybışev küçəsində yerləşən 19 nömrəli evdə xx.xx.1925-ci il təvəllüdlü X5, xx.xx.1927-ci il təvəllüdlü X7, ərizəçi, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi və digər şəxslər yaşamışlar və qeydiyyatda olmuşlar. İşin araşdırılmış hallarından müəyyən edilməmişdir ki, ərizəçinin atası X7 olmuş və ondan miras qalmış evin texniki pasportunda adında olan uyğunsuzluq səbəbinə görə həmin əmlakın sənədləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi (keçmiş Kuybışev küçəsi) döngə 1, 19 saylı fərdi yaşayış evi ərizəçinin atası X1 olmuş, həmin evdə X7 yaşamış, hazırda isə ərizəçi öz ailəsi ilə birlikdə yaşayır. Lakin, həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”da X2 adı X8 qeyd olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X10 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi R.Əşrəfov küçəsi, (keçmiş Kuybışev küçəsi) döngə 1, 19 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un X3 aid olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X10 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, (keçmiş Kuybışev küçəsi) döngə 1, 19 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un X3 aid olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar