Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1464/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçının Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən ona (abonent kodu: **********00440) əsassız hesablanmış 18166,63 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri , Xəzər rayonu. Buzovna qəsəbəsi, 367 “C- qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 367 “C- - ünvanında yaşayır. Qeyd etdiyi ünvanda yerləşən ev onun adınadır. Onun abonent kodu (**********00440)-dır. Bakı şəlı.Xəzər rayonu, Buzovna qəsəbəsi, 367 “C- ünvanında yerləşən yaşayış evi təbii qazla təchiz edilmişdir. Cavabdeh əməkdaşları yaşadığı fərdi yaşayış evinin qaz xəttinin, yəni sayğacla qeyri-qanuni istifadə aşkar olunması səbəbindən onun 18166 manat manat 63 qəpik qaz sərfıyyatına görə borcu yaranmışdır. Həmin borcun hardan yaranmasını araşdırmaq üçün rayon yerli qaz idarəsinə şifahi olaraq müraciət etmiş və bildirmişdir ki, onun yaşadığı evə 18166 manat manat 63 qəpik cərimə yazılıb, onun faktiki olaraq borcu yoxdur. Həmin borcun haradan yaranması ona məlum edyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iddiaçının anasıdır və iddiaçı ilə həmin ünvanda yaşayır. Qeyd olunan ünvanda hər-hansı sayğacdan kənar qaz xəttdindən istifadə olunmayıb. Qeyd olunan ünvanda istifadə olunan təbii qaza görə yarmınş borclar da vaxtlı-vaxtında ödənilmişdir. Qeyd oluna ünvana əsassız olaraq aktlar tərtib olunmaqla böyük məbləğdə borc yazılmışdır. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları hər ay əsassız aktlar tərtib etməyə davam etmişdir. Yuxarıda göstərilənlərə əsasən ona aktlar əsasında və sayğac göstəricilərinə əsasən hesabalanmış 18166,63 manat borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının abonent saldosu üzrə 2023-cü ilin fevral ayına borcu ümumilikdə 18166,63 manatdır. Həmin borcun 17367,29 manatı aktlar əsasında, qalan 799,34 manatı hissəsi isə qazdan istifadə olunduğuna görə sayğaca hesablanmış bocdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00440 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2023-cü ilin oktyabr ayınadək ümumilikdə cəmi 18166,63 manat (17367,29 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 799,34 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) zərər hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2016-cı il tarixli akt əsasında 1789 m3, ******* saylı xx.xx.2016-cı il tarixli akt əsasında 3510 m3, ******* saylı xx.xx.2017-ci il tarixli akt əsasında 1138 m3, ******* saylı xx.xx.2017-ci il tarixli akt əsasında 1668 m3, ******* saylı xx.xx.2017-ci il tarixli akt əsasında 1849 m3, ******* saylı xx.xx.2017-ci il tarixli akt əsasında 1944 m3, ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında 577 m3, ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında 666 m3, ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında 1332 m3, ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında 8532 m3, ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında 3700 m3, ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında 666 m3, ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında 648 m3, ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında 324 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 2952 m3, ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında 2952 m3, ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında 1181 m3, ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında 7848 m3, ******* saylı xx.xx.2020-ci il tarixli akt əsasında 2952 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 2952 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 2952 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 2952 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 1944 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 1944 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 1944 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 1944 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 1944 m3 ziyan, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 5040 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 5400 m3, ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 5400 m3, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 5400 m3, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 5400 m3, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 5580 m3, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 27432 m3, ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında 6120 m3 dəymiş ziyan hesablanmışdır. Aktların tərtibində istehlakçı İddiaçı aktları imzalamaqdan imtina etmişdir. Məhkəmə tərəfindən iddiaçının ünvanında aparılmış yerli baxış zamanı X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı X12 Departamentinin Qazın balansı və satışı şöbəsində mühəndis vəzifəsində işləyir. Təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının müəyyən edilməsi, həmin hallarının qarşısının alınması və belə halların aşkar olunması məqsədilə müdriyyətin təlimatı əsasında onlar tərəfindən gecə vaxtlarında reydlər keçirilir, əsas da istixana üçün təbii qazdan təchiz edilən abonentlərin sayğaclarına baxış keçirilir. Həmin yoxlamalar ən azı həftədə bir dəfə keçirilir və təbii qazdan sayğacdan kənar istifadə halı aşkar oldunduqda fotoşəkilləri çəkilir, səhəri günü isə abonentin və ya ünvanda yaşayan şəxslərin iştirakı ilə aktlaşdırılır. Bildirdi ki, qaz xəttindən qeyri qanuni istifadə ilə əlaqədar aktların tərtib olunmasına əsas olmuş pozuntunun baş verdiyi ev aktların tərtib olunduğu ev ilə tamamilə ayrı ünvanlardır. Beləki, iddiaçı ilə hasar qonşusu olan bacısı davamlı olaraq qz xəttindən qanunsuz istifadə etdiyinə və iddiaçının bacısına məxsus ünvanda qaz sayğacı olmadığından görə onlar qeyd olunan aktları onun qardaşı İddiaçı adına tərtib etmişlər. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh İB-nin yerli nümayəndələri tərəfindən ayda bir dəfə hər ayın axırında Cavabdeh İB-nin yerli nümayəndələri tərəfindən sayğaca baxış keçirilir və üzərində olan göstəricilər qeyd edilməklə istifadə olunmuş qazın dəyəri ödənilməsi üçün abonentə müvafiq bildiriş təqdim olunur. Həmçinin bildirmişdir ki, qeyriqanuni təbii qazdan istifadə etmiş abonentə itirilmiş qazın bərpası məqsədilə hesablanan borc və qeyri-qanuni təbii qazdan istifadə edilməsi müddəti onlar tərəfindən deyil, Cavabdeh İB-nin müvafiq şöbəsi tərəfindən aparılır. Məhkəmə tərəfindən iddiaçının ünvanında aparılmış yerli baxış zamanı X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı X12 Departamentinin Qazın balansı və satışı şöbəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyir. Təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının müəyyən edilməsi, həmin hallarının qarşısının alınması və belə halların aşkar olunması məqsədilə müdriyyətin təlimatı əsasında onlar tərəfindən gecə vaxtlarında reydlər keçirilir, əsas da istixana üçün təbii qazdan təchiz edilən abonentlərin sayğaclarına baxış keçirilir. Həmin yoxlamalar ən azı həftədə bir dəfə keçirilir və təbii qazdan sayğacdan kənar istifadə halı aşkar oldunduqda fotoşəkilləri çəkilir, səhəri günü isə abonentin və ya ünvanda yaşayan şəxslərin iştirakı ilə aktlaşdırılır. Bildirdi ki, qaz xəttindən qeyri qanuni istifadə ilə əlaqədar aktların tərtib olunmasına əsas olmuş pozuntunun baş verdiyi ev aktların tərtib olunduğu ev ilə tamamilə ayrı ünvanlardır. Beləki, iddiaçı ilə hasar qonşusu olan bacısı davamlı olaraq qz xəttindən qanunsuz istifadə etdiyinə və iddiaçının bacısına məxsus ünvanda qaz sayğacı olmadığından görə onlar qeyd olunan aktları onun qardaşı İddiaçı adına tərtib etmişlər. Əlavə olaraq bidirdi ki, iddiaçı təxminən 2010-2012-ci illərdə sayğacdan kənar qz xəttindən istifadə etmişdir. Məhkəmə tərəfindən iddiaçının və cavabdehin nümayəndələri X1 və X8 iştirakı ilə iddiaçının ünvanında aparılmış yerli baxış zamanı sayğacdan kənar qaz xəttinə qoşulma izlər müəyyən olunmamışdır. Yerli baxışda iştirak edən cavabdeh təşkilatın nümayəndələri qanunsuz qoşulmuş qaz xəttinin olduğu evi göstərərək bildirdilər ki, kənar xətt iddiaçının bacısına məxsus evə qoşulmuşdu. Lakin həmin evin qaz sayğacı olmadığına görə cəriməni iddiaçıya yazıblar. Aktların tərtib olunmasına əsas olmuş pozuntunun baş verdiyi ev aktların tərtib olunduğu evlə tamamilə ayrı ünvanlardır. Həmçinin yerli baxış zamanı müəyyən olundu ki, iddiaçıya məxsus evlə bacısına mıxsus ev aralarında hasar olmaqla bir-birindən tamamilə təcrid olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana gələrək orada qaz sayğacı olmayan, bacısına məxsus qonşu evdə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 18166,63 manat məbləğində borc hesablanmışdır. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyriqanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda yerli baxış zamanı müəyyən olunmuşdur ki, qaz xəttindən qeyri qanuni istifadə ilə əlaqədar aktların tərtib olunmasına əsas olmuş pozuntunun baş verdiyi ev aktların tərtib olunduğu ev ilə tamamilə ayrı ünvanlardır. Bundan əlavə Cavabdeh İB-nin əməkdaşı aktları tərtib edərkən iddiaçı hər dəfə qapının ona aid olmamasını bildirmişdir.Göründüyü kimi, qeyd edilən akt(lar) Cavabdeh İB tərəfindən tərtib edilən zaman başqa ünvana tərtib edilməklə, heç bir normativ hüquqi akta əsaslanmadığından, qanuna zidd şəkildə tərtib edilmişdir. Cavabdeh İB tərəfindən İddiaçı Hüseyn oğluna təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuş, həmin aktlarda İddiaçı aktları imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bununla həmçinin müəyyən olunur ki, cavabdeh qurum tərəfindən tərtib edilmiş aktlar tamamilə formal xarakterli olmaqla abonentdən zərərin tutulması üçün əsas kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacından kənar qaz xəttindən istifadəyə görə aktlar üzrə hesablanmış 17367,29 manat (18166,63-799,34) borc silinməlidir. Bundan başqa abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə iddiaçıya hesablanmış 18166,63 manat borcun 799,34 manatı təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmış borcdur. Məhkəmə iddia tələbinin 799,35 manat (təbii qazdan istifadəyə görə hesablanmış debitor borc) hissəsinə qiymət verərək hesab edir ki, 799,34 (18166,63 – 17367,29) manat borc abonentin istifadə etdiyi təbii qaza görə sayğac göstəricisinə əsasən hesablandığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 58,41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00440) hesablanmış 17367,29 manat məbləğində borc silinməli iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00440) hesablanmış 17367,29 manat məbləğində borc silinsin. Cavabdehndən 58,41 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1464/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1464/2023
06.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver