Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1478/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Cavabdeh1 və ailə üzvlərinə 15000 manat və digər oğlu Cavabdeh9 və ailə üzvlərinə 15000 manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia ərizəsinin dəqiqləşdiirlməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh9 hər birinə 18000 manat kompensasiya verilməklə, cavabdehlər Cavabdeh1 və onun ailə üzvlərinin (qızları Cavabdeh5, Cavabdeh7 və arvadı Cavabdeh4), eləcə də Cavabdeh9 və onun ailə üzvlərinin (arvadı Cavabdeh8, oğlu Cavabdeh3 və qızı Cavabdeh6) iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev xx.xx.2010-cu il tarixli çıxarışla onun mülkiyyətindədir. Oğlu Cavabdeh9 və onun ailəsi, həmçinin digər oğlu Cavabdeh1 ailəsi bu evdə yaşayırlar. Cavabdeh1 isə bir ildən çoxdur ki, Polşa Respublikasına getmiş və orada yaşayır. Lakin iddiaçının cavabdehlərlə münasibətləri pozulmuşdur. Buna görə də cavabdehlərə kompensasiya ödəməklə onların sözügedən evdən istifadə hüquqlarına xitam verilməsini istəyir. İddianını təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən olan ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev tam payla İddiaçı xüsusi mülkiyətindədir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evdə Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 qeydiyyatdadırlar. İş materiallarına daxil olan "xxxx" MMC-nin məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev ilə eyni şəraitli eyni ərazidə yaşaması üçün oxşar evin aylıq kirayə haqqı xx.xx.2025-ci il tarixi üçün 500-550 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmə belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmədə müəyyən olundu ki, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı qeydiyyatdadırlar və Cavabdeh1 istisna olmaqla hər biri orada yaşayırlar. Lakin mülkiyyətçi ilə aralarında problemlər yaşandığı üçün bir evdə yaşamaq və təsərrüfat aparmaq çətindir. İddiaçının cavabdehlərə təklif etdiyi kompensasiya məbləği bazar qiymətlərinə uyğundur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 18000 manat və Cavabdeh9 və ailə üzvlərinə 18000 manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evdən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 18000 (on səkkiz min manat) manat və Cavabdeh9 və ailə üzvlərinə 18000 (on səkkiz min manat) manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1478/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1478/2025
25.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver