Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1495/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21876 olan Xiaomi Redmi 8 markalı telefon üçün 244 manat ödənilməmiş hissə, 24 manat cərimə pulu, 28.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02710 olan Samsung Galaxy A51 markalı telefon üçün 765 manat 60 qəpik ödənilməmiş hissə, 76 manat 40 qəpik cərimə borcu, cəmi 1110 manat və 30 manat dövlət rüsumu, cəmi 1140 manat alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə «xxxx» MMC arasında bağlanmış 07.11.2019-cu il tarixli və 28.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********21876 olan Xiaomi Redmi 8 markalı telefon, İMEİ kodu **********02710 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1110 manat borc yaranmışdır. Cavabdeh 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 493 manat olan İMEİ kodu **********21876 olan Xiaomi Redmi 8 markalı telefon almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 249 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 268 manat olmaqla ondan 244 manat ödənilməmiş hissə, 24 manat cərimə, 28.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 872 manat olan İMEİ kodu **********02710 olan Samsung Galaxy A51 markalı telefon almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 107 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə ümumilikdə 123 manat olmaqla ondan 765 manat 60 qəpik ödənilməmiş hissə, 76 manat 40 qəpik cərimə borcu hesablanmışdır. Cavabdeh cəmi 356 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 07.11.2019-cu il tarixdə 01033160 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 493 manat olan İMEİ kodu **********21876 olan Xiaomi Redmi 8 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 41 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 28.01.2020-ci il tarixdə 20065757 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 872 manat olan İMEİ kodu **********02710 Samsung Galaxy A51 markalı telefon markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 63 manat 80 qəpik məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 07.11.2019-cu il tarixli müqavilə üzrə 244 manat ödənilməmiş hissə və 24 manat dəbbə borcu, 28.01.2020-ci il tarixli müqavilə üzrə 765 manat 60 qəpik ödənilməmiş hissə, 76 manat 40 qəpik dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər iki müqavilə üzrə 1009 manat 60 qəpik ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 100 manat 40 qəpik cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1009 manat 60 qəpik əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 100 manat 40 qəpik cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30(otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07.11.2019-cu il tarixdə 01033160 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 244 manat ödənilməmiş hissə, 24 manat cərimə, 28.01.2020-ci il tarixdə 20065757 saylı alqı-satqı müqaviləsinə əsasən 765 manat 60 qəpik ödənilməmiş hissə, 76 manat 40 qəpik cərimə və ödənilmiş dövlət rüsumuna görə 30(otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 07.11.2019-cu il tarixdə 01033160 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 244 manat ödənilməmiş hissə, 24 manat cərimə, 28.01.2020-ci il tarixdə 20065757 saylı alqı-satqı müqaviləsinə əsasən 765 manat 60 qəpik ödənilməmiş hissə, 76 manat 40 qəpik cərimə və ödənilmiş dövlət rüsumuna görə 30(otuz) manat manat, ümumilikdə 1140 (bir min yüz qırx) manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1495/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1495/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver