Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1497/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsənağa oğluna qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsənağa oğluna qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Ona görə ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mövcud iddia ərizəsinin məzmunundan aydın görünür ki, iddiaçı iddia tələbini cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsənağa oğluna qarşı qaldırmış olsa da, onlara qarşı hər hansı bir tələb yönəltməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Belə ki, iddiaçılar iddia ərizəsinin mahiyyətində konkretlik və dəqiqlik kimi xüsusiyyətlərə yer verməyərək tələbin konkret nədən ibarət olduğunu qeyd etməmişlər. Buna görə də məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizənin və ya iddia ərizəsinin verilməsinin MPM-lə müəyyən edilmiş qaydasına, formasına və məzmununa, həmin sənədlərə aid müəyyən edilmiş tələblərə əməl etməlidir. Bunlara əməl edilməklə məhkəməyə müraciət edildiyi hallarda məhkəmədə iş başlanılır. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçıların iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 108.1.1, 108.3, 152.1, 152.1.5, və 152.2–ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həsənağa oğluna qarşı “payların müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1497/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1497/2023
15.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver