Məhkəmə qərarları › İş №2(003)-1499/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1499/2023

18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1499/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Əzizbəyov rayon Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin (indiki Bakı şəhəri Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1953-cü il tarixli 14 saylı protokolunun ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin (indiki Bakı şəhəri Xəzər RİH) tərəfindən verilmiş xx.xx.1953-cü il tarixli 14 saylı protokolu ona – Ərizəçi məxsusdur. Bakı şəhər Maraqlı şəxs başçısının İ müavini tərəfindən vətəndaş Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-12/2-R-5-092/2023 saylı məktubundan görünür ki, Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin xx.xx.1953cü il tarixli 14 nömrəli protokolunda Ərizəçi soy adı yazılmamışdır. Hazırki ərizə ilə Ərizəçi məhkəməyə müraciət edərək həmin sənədin özünə məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 qızı məhkəmədə ifadə verərək bildirdi ki, Ərizəçi ilə 15 ildir ki, qonşudur. O, ərizəçini Ərizəçi kimi tanımışdır. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmədə ifadə verərək bildirdi ki, Ərizəçi ilə 10 ildir ki qonşudur. O, ərizəçini Ərizəçi kimi tanımışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs başçısının İ müavini tərəfindən vətəndaş Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-12/2-R-5-092/2023 saylı məktubundan görünür ki, Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin xx.xx.1953cü il tarixli 14 nömrəli protokolunda Ərizəçi soyadı yazılmamışdır. Belə ki, Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin xx.xx.1953-cü il tarixli 14 nömrəli protokolunda hüquq sahibinin adı “Cəbrayıl İsrafil“ kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının vətəndaş Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli BA- 00139-2022 saylı məktub və ona qoşulmuş Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin arxiv fondu üzrə xx.xx.1953-cü il tarixli 14 saylı protokoldan arxiv surətindən görünür ki, Ərizəçi soyadı qeyd edilməyərək protokolda “Cəbrayıl İsrafil” kimi qeyd edilmişdir. İş materillarında olan Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin protokolundan görünür ki, vətəndaş Cəbrayıl İsrafil”-ə fərdi yaşayış evinin tikilməsi üçün xx.xx.1953-cü il tarixdə 14 nömrə ilə torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, ərizəçinin soyadı xx.xx.1953-cü il tarixli 14 saylı protokolda yazılmamışdır. Belə ki, iş materiallarında olan, Əzizbəyov RPİ tərəfindən verilmi şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçi xx.xx.1935-ci ildə Lerik rayon Mistan kəndində doğulmaqla, soyadı “Rzayev”, adı “Cəbrayıl”, ata adı “İsrafil”dir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin xx.xx.1953-cü il tarixli 14 nömrəli protokolu ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Qeyd edilən sənəddə ərizəçinin soyadının qeyd olunan sənəddə göstərilməməsi və həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin əmlakın sənədləşmə işlərinin aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin xx.xx.1953-cü il tarixli 14 nömrəli protokolunun Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar