Məhkəmə qərarları › İş №2(003)-1499/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1499/2024

22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1499/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportun, AZ-İİ Ne 363813 nömrəli ölüm haqqlnda şəhadətnamədə qeyd edilən X3 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X2 istifadəsinə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportuna əsasən ünvan 1 istifadəsində olmuşdur. Atası xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ARsı Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Miras qoyanın adına ünvan 1 qalmışdır. Bu əmlakı hüquqmüəyyənedici sənədini almaq istədikdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsi barədə pasportunda rus dilində mərhum atasının, soyadı rus dilində “ БAЙPAMOB” - Azərbaycan dilində BAYRAMOV- Adı rus dilində “AЛИKPAM” - Azərbaycan dilində “ƏLİKRƏM” Ata adı rus dilində “MAMEД OГЛЫ” - Azərbaycan dilində “MƏMMƏD OĞLU” kimi qeyd edilmişdir. Mərhum atasının, nikah haqqında şəhadətnaməsində və ölüm haqqında şəhadətnaməsində soyadı “Bayramov”, adı “Əlikərim”-ata adı isə Məmməd kimi qeyd edilmişdir. Göründüyü kimi mərhum atasının adı “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportunda səhv olaraq rus dilində “AЛИKPAM” Azərbaycan dilində “ƏLİKRƏM” kimi qeyd edilmişdir. Düzgün yazılışı isə rus dilində “АЛИКЕРИМ” olmaqla azərbaycan dilinidə “ƏLİKƏRİM” kimi qeyd olunmalı olduğu halda səhv yazılmışdır. Hal hazırda mərhum atasının adında olan səhvlik “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportun atasına məxsus olması çox ciddi problemlər yaradır. Belə ki, ünvan 1 dair ilkin qeydiyyata alınmaqla çıxarış ala bilmir, imtina edilir. Ona məxsus Nikah haqqında şəhadətnamə rus dilində: - (rus dilində) Soyadı “Байрамов” - azərbaycan dilində soyadım : “Bayramov” - (rus dilində) Adı “Maмед” - azərbaycan dilində adı: “Məmməd” - (rus dilində) Ata adı “Aликерим” - azərbaycan dilində ata adı: “Əlikərim” kimi qeyd edilmişdir, AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsi (əsas: AZE seriyalı ********) - Soyadı “Bayramov” -Adı “Məmməd” - Ata adı “Əlikərim” kimi qeyd edilmişdir. Beləliklə “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportunda mərhum atasının adı rus dilində “AЛИKPAM”, Azərbaycan dilində “ƏLİKRƏM” kimi qeyd edilməsi onun - Zirə qəsəbəsində hal hazırda İstifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin çıxarış əldə edə bilməməyinə səbəb olmuşdur. Nəticədə o, pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra Ərizəçi nümayəndəsi X5 xx.xx.2024-cü il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizə ilə müraciət edərək, Azərbaycan SSR Komunal Təsərüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə Evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Artyom rayonu, Zirə qəsəbəsi, Maqomaeva 89 (5) ünanında yerləşən evə X4 adına verilmiş pasportun AZ-İİ N-363813 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilən xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X3 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, x/o 1011/23 saylı məktubunun məzmununda qeyd edilmişdir ki, qanun üzrə BAKİ, ZİRƏ QƏS., M.MAQOMAYEV KÜÇ.DÖN.5, EV 3 ünvanında qeydiyyatda olan Ərizəçi (AZE******** FİN: 4VKUP3B) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına BAKİ ŞƏHƏRİ, XƏZƏR RAYONU, ZİRƏ QƏSƏBƏSİ, M.MAQOMAYEV KÜÇƏSİ, DÖNGƏ 5, EV 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq vəfat Ərizəçi məxsus göstərilən əmlaka arayış verilməsi sizdən xahiş olunur. İş materiallarında olan Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun məzmununda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə baxılmışdır. Təqdim edilmiş vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda qeyd olunan daşınmaz əmlakın miras qoyan X3 məxsus olması barədə arayış verilməsi ilə bağlı qeyd nəzərdə tutulmamış, əmlakın vərəsə olan Ərizəçi məxsus olması barədə arayışın verilməsi göstərilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilən sənədlərlə arxiv texniki pasport arasında əmlakın yerləşdiyi ünvan ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasportda “Maqomayev küçəsi 89", digər sənədlərdə isə “Maqomayev küçəsi 3” kimi qeyd olunmuşdur. Həmçinin, texniki pasportla ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd arasında ata adında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, texniki pasportda ata adı “Əlikram” kimi, şəxsiyyəti təsdiq edən sənəddə isə “Əlikərim” kimi qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan Öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 xx.xx.1977-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 xx.xx.1952-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan SSR Komunal Təsərüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə Evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Artyom rayonu, Zirə qəsəbəsi, Maqomaeva 89 (5) ünanında yerləşən evə X4 adına verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci ildə 345 N-ilə qeyd edilmişdir. İş materiallarında olan Zirə qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 5-12- 8/2-83/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubun məzmunundan qeyd edilmişdir ki, Xəzər RİHB-nın Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfat kitabına əsasən mərhum xx.xx.1927-ci il təvəllüdlü X8 (N-345, AZ-İİ N-363813 ölüm haqqında olan şəhadətnaməyə əsasən) xx.xx.2007-ci ildə vəfat etmişdir. Mərhum ölən günədək qeydiyyatda olduğu ünvanda, ünvan 2əhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin mərhum atasının adı “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə” dair pasportunda səhv olaraq rus dilində “AЛИKPAM” Azərbaycan dilində “ƏLİKRƏM” kimi qeyd edilmişdir. Ərizəçi Azərbaycan SSR Komunal Təsərüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə Evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Artyom rayonu, Zirə qəsəbəsi, Maqomaeva 89 (5) ünanında yerləşən evə X4 adına verilmiş pasportun AZ-İİ N-363813 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilən xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X3 məxsus olması faktının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin ata adının “Məmməd Rəhim” olduğu halda “Məmmədəli” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan SSR Komunal Təsərüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə Evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Artyom rayonu, Zirə qəsəbəsi, Maqomaeva 89 (5) ünanında yerləşən evə X4 adına verilmiş pasportun AZ-İİ N-363813 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilən xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Komunal Təsərüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə Evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Artyom rayonu, Zirə qəsəbəsi, Maqomaeva 89 (5) ünanında yerləşən evə X4 adına verilmiş pasportun AZ-İİ N-363813 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilən xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar