Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-15/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil4, İlkin iddia tələbi üzrə cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-nə, X20 və X10 qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların və texniki pasportların ləğv edilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi, İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X21 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi, Müstəqil tələb irəli sürən üçüncü şəxs X17 cavabdehlər Cavabdeh1 MMC-nə, X11 və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı, X22 üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 300 kv.m qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin və nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-dən (təsisçi və direktor A.Qədirov) 04 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m qeyri-yaşayış sahəsini almışdır. Belə ki, Cavabdeh1 MMC imza və möhürlə təsdiq olunmuş 44 saylı müqavilə və müqavilədə razılaşdırılmış məbləğin (80.000 manat) ödənilməsi barədə maliyyə arayışı vermişdir. Cavabdeh1 MMC bu sahəni ona satmasına baxmayaraq, sahibliyinə və istifadəsinə maneələr yaratdığı və bu MMC-dən şikayətlərin olduğunu bildiyi üçün sahiblik və istifadə hüququnun müdafiəsi, bu sahənin ona təhvil verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini xx.xx.2019-cu il tarixdə əldə etmişdir. Binanın tikintisinin 2019-cu ildə davam etməsi ilə bağlı həmin qeyri-yaşayış sahəsində 14-15 min manat məbləğində təmir işləri aparmışdır. Hazırda bu sahə təyinatı üzrə sahibliyində və istifadəsindədir. 2020-ci ilin dekabr ayının 17-20 tarixlərində cavabdehlərdən Cavabdeh2, X22 və Ədalət adlı şəxs qeyri-yaşayış sahəsinə gələrək bu yerin Cavabdeh1 MMC ilə bağlanmış 28 fevral 2009-cu il tarixli müqavilə ilə onlara satıldığını bildirmişlər. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PB-nə 2021ci ilin yanvar ayında yazılmış şikayət ərizəsi ilə tanışlıqdan və vəkil vasitəsi ilə verilmiş sorğu nəticəsində öyrənmişdir ki, Cavabdeh1 MMC ilə X44 massivi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 300 kv.m qeyri-yaşayış sahəsinin cavabdehlərdən Cavabdeh2 satılması barədə 28 ferval 2009-cu il tarixli müqavilə və maliyyə arayışı vardır. Cavabdeh1 MMC-nin hazırkı işlərini aparan təsisçilər ona bildirirlər ki, o, Cavabdeh1 MMC ilə aralarında bağlanmış 04 dekabr 2008-ci il tarixli müqaviləyə əsasən bu qeyri-yaşayış sahəsinin ilkin alıcısıdır. Cavabdeh1 MMC ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışından bəlli olur ki, mübahisələndirilən sahə ilkin olaraq ona satılmışdır. Həmin hüquqi əhəmiyyətli faktın təsdiqi olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7486/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə sözügedən qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının əmələ gəlməsinin əsaslarının qanuniliyi müəyyən edilmiş, Cavabdeh1 MMC ona təhvil vermiş və maneələr yaratmamaqla məhkəmə qətnaməsini icra etmişdir. Bakı şəhəri Yasamal RPİ-dən əldə etdikləri müqavilədən görünür ki, Cavabdeh2 ilə 300 kv.mdən ibarət qeyri-yaşayış sahəsinə bağlanmış müqavilə 28 fevral 2009-cu ildə təsdiq edilib. Həmin müqavilə onunla Cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin tarixindən sonrakı dövrdə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin hüquqi şəxslərin statusuna aid 43-108-ci maddələri, əqdlərin etibarsızlığı fəslinin 337-354-cü maddələri, Cavabdeh1 MMC-nin nizamnaməsi ilə müəyyən edilir ki, qanuni əsaslarla sahibliyində olan mübahisələndirilən (47 kv.m) qeyriyaşayış sahəsinə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış təkrar alqısatqı müqaviləsi bağlandığı andan etibarsızdır və nəticələr də əhəmiyyətsiz hesab olunur. Həmin müqavilənin məhkəmə qaydasında etibarsız sayılması üçün verdiyi iddia ərizəsi əsaslıdır. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinə əlavə və dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və 26 noyabr 2012-ci il tarixli alqısatqı müqaviləsinin ona Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və 44 saylı maliyyə arayışı əsasında satılmış Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən hazırda istifadəsində olan 47 kv.m qeyri-yaşayış sahəsi hissəsində etibarsız sayılması, həmin etibarsız sayılan müqavilənin nəticələrinin (Cavabdeh2 adına verilmiş reyestr çıxarışının, Cavabdeh2 ilə X22 arasında bağlanmış alqı-satqı müqaviləsinin, X8 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, X22 ilə Əli adlı şəxs arasında bağlanmış alqı-satqı müqaviləsinin və Əlinin adına verilmiş reyestr çıxarışının ləğv edilməsi) ləğv edilməsi, pozulmuş sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nə verdikləri sorğu əsasında mübahisələndirilən qeyri-yaşayış sahəsinə Cavabdeh2 adına xx.xx.2012-ci il tarixli təkrar müqavilə əsasında Cavabdeh1 MMC ilə eyni ünvanda, yəni X44 masssivi ünvanında inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 357 kv.m olan qeyri-yaşayış sahəsinin alqısatqı edildiyi müəyyən edilir. Cavabdeh2 onun xx.xx.2008-ci il tarixli 44 saylı müqavilə və maliyyə arayışı əsasında Cavabdeh1 MMC-dən pulunu tam ödəməklə aldığı, hazırda sahibliyində olan X44 massivi ünvanında 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 47 kv.m qeyri-yaşayış sahəsinə müdaxilədə olan onun müqaviləsinin tarixindən sonraya Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixli və xx.xx.2012-ci il tarixli alqısatqı müqavilələrinə istinad edərək, ona aid sahənin özünə məxsusluğunu iddia edir. Müqavilələrin verilmə tarixlərinin vizual müqayisəsi göstərir ki, bütün hallarda cavabdehlərin iddia etdiyi 47 kv.m qeyri-yaşayış sahəsinin ilkin alıcısı odur, ilkin və qanuni alıcısı olduğu fakt mübahisəsiz qəbul edilməlidir. Cavabdeh1 MMC-nin Cavabdeh2 ilə onun 47 kv.m sahəsinə aid hissədə cavabdehlərə verilmiş xx.xx.2009-cu il tarixli və xx.xx.2012-ci il tarixli müqavilə bağlandığı andan AR MM-nin 339-340-cı maddələrinə əsasən əhəmiyyətsiz əqd sayılır. Onunla bağlanmış 04 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisələndirilən qeyri-yaşayış sahəsi 47 kv.m hissədə onun mülkiyyətinə keçdiyindən, Cavabdeh1 MMC-nin həmin 47 kv.m sahəyə zaman baxımından sonrakı tarixə, yəni Cavabdeh2 adına bağladığı müqavilələr hüquqi nəticələr yaratmayan etibarsız əqd sayıldığından hesab edir ki, hazırda iddiaya əlavə üzrə Cavabdeh1 MMCdən əldə etdiyi, Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi, həmçinin 26 noyabr 2012-ci il tarixli müqavilə ona satılan 47 kv.m hissədə etibarsız sayılmalı və bu etibarsız sayılan əqdlərin yaratdığı nəticələr də ləğv edilməlidir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinə əlavə və dəqiqləşdirmə barədə ərizə təqdim edərək, (X26 və X38 da üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsinin və 26 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinin ona Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və 44 saylı maliyyə arayışı əsasında satılmış Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən, hazırda istifadəsində olan 47 kv.m qeyri-yaşayış sahəsi hissəsində etibarsız sayılması, həmin etibarsız sayılan müqavilənin nəticələrinin (Cavabdeh2 adına verilmiş reyestr çıxarışının, Cavabdeh2 ilə X22 arasında bağlanmış alqı-satqı müqaviləsinin, X8 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, X22 ilə X26 arasında bu sahəyə bağlanmış alqı-satqı müqaviləsinin və X17 adına verilmiş reyestr çıxarışının ləğv edilməsi) ləğv edilməsi, bu qeyri-yaşayış sahəsinin boşaldılıb ona təhvil verilməsi, pozulmuş sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsinin və xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin İddiaçı aid hissədə (İddiaçı Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə və 44 saylı maliyyə arayışına əsasən satılmış Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan qeyri-yaşayış sahəsinə dair) etibarsız hesab edilməsi; Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli **********37-05301- 083001 reyestr nömrəli xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr çıxarışın və texniki pasportun ləğv edilməsi; İddiaçı Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə və 44 saylı maliyyə arayışına əsasən satılmış Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh2 ilə X22 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdeh X8 adına verilmiş ********** qeydiyyat nömrəli **********37-05301-083004 reyestr nömrəli xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv edilməsi; cavabdehlər X22 ilə X26 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdeh X17 adına verilmiş ********** qeydiyyat nömrəli **********37-05301-083004 reyestr nömrəli xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv edilməsi; İddiaçı Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə və 44 saylı maliyyə arayışına əsasən satılmış Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh X26 tərəfindən boşaldılıb İddiaçı təhvil verilməsi, pozulmuş sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.m qeyri-yaşayış sahəsi barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində ilk iddia qaldırıldıqdan sonra Cavabdeh2 qeyd olunan qeyri yaşayış sahəsini AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırıldıqdan sonra X6 rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin müqaviləyə əsasən 47 kv.m hissəni AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3. Baxmayaraq ki, həmin qeyri-yaşayış sahəsinə dair məhkəmə mübahisəsi var, qeyri-yaşayış sahəsi digər şəxslər tərəfindən mübahisələndirilir və qeyd olunan Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı var. Həmçinin, Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsinə çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı İddiaçı tərəfindən mübahisələndirlmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1864/2017 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1864/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv olumuşdur. Qərardan Cavabdeh2 tərəfindən apellyasiya və kassasiya şikayəti verilmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-1864/2017 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə prosesinin gedişində məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən İddiaçı satılmış xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə dair verilmiş cizgi-planda göstərilən sahə Cavabdeh1 MMC-nə məxsus yaşayış binasının eskiz layihəsində В-D və 3-4 oxlar arasında göstərilən sahə ilə üst-üstə düşür. Həmçinin, bu sahələrin yerləşmə vəziyyəti baxımından sərbəst giriş-çixiş sahə olmaqla, eni 3.3 metr, uzunluğu 13 metr (oxdan-oxa) müəyyən edilir. Həmin qeyri-yaşayış sahəsi binanın layihə sənədlərinə əsasən inşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə, yük daşıyan dəmir-beton konstruksiya ilə ayrılaraq, ayrıca qeyri-yaşayış sahəsi olduğu müəyyən olunur. Həmin rəyə əsasən o da müəyyən olunmuşdur ki, İddiaçı alqı-satqı edilmiş ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan binanın layihəsində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi bütövlükdə X26 tərəfindən istifadə olunur. Bu səbəbdən X17 və X8 məhkəmə prosesinə cavabdeh kimi cəlb olunması zərurəti yaranmışdır. Bu səbəbdən iddia ərizəsinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ünvan 3 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 47 kv.m qeyriyaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 44 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə aralarında Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında yerləşən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 300 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış və obyektin dəyərinin tam ödənilməsi və hal-hazırda heç bir borcunun olmaması ilə əlaqədar 28 fevral 2009-cu il tarixli 28/02/09 saylı maliyyə arayışı mövcuddur. Belə ki, alqı-satqı müqaviləsi bağlananda həmin əmlakın İddiaçı məxsus olması ilə bağlı məlumat mövcud olmamışdır. Həmçinin, tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış əldə edilmiş və onun Bakı şəhəri Yasamal rayonu X44 massivi 1 saylı binada yerləşən qeyri-yaşayış sahəsi üzrə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmin çıxarışa əsasən daşınmaz əmlaka tam mülkiyyət hüququ tanınmış və həmin əmlakla bağlı sahiblik, istifadə və sərəncam vermək hüququ mövcud olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında yerləşən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 47 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixli 44 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilə formal xarakter daşımışdır. Belə ki, həmin qeyri-yaşayış sahəsini aldığı gündən bəri İddiaçı həmin ərazidə görünməmiş və hər hansı təmir işi aparmamışdır. Həmçinin, həmin qeyri-yaşayış sahəsinin onun sahiblik və istifadəsində olduğu müddətdə X28 Cavabdeh1 MMC ilə aralarında bağlanan 16 mart 2015-ci il tarixli müqaviləyə əsaslanaraq həmin ərazidə təmir işləri aparmağa cəhd etmişdir. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində o və X28 arasında mübahisə olmuşdur. Ümumiyyətlə, Cavabdeh1 MMCdə mövcud olan əsas problemlərdən biri müqavilələrin direktor tərəfindən imzalanmaması olurdu. X23 işində də eyni problem mövcud idi. Belə ki, MMC-nin direktoru məhkəmə iclasında çıxış edərkən: “E.A.Məmmədov” sözünün qarşısındakı imzaların X30 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğunu birbaşa bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-175/2019 saylı 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X23 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair ilkin iddiası təmin edilməmiş və X28 ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi və 16 mart 2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11357/2019 saylı 21 oktyabr 2019-cu il tarixli qətnamasi ilə X23 apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Cavabdeh1 MMC-də mövcud olan əsas problemlərdən biri müqavilələrin direktor tərəfindən imzalanmaması olurdu. Cavabdeh1 MMC-də olan bu qanunsuzluqlarla bağlı hətta cinayət işi başlanmış və əvvəlki direktora azadlıqdan məhrum edilmə cəzası təyin edilmişdir. Görünür ki, İddiaçı müqaviləsində də belə qanunsuz hallar mövcud olmuşdur. Bütün bunları nəzərə alaraq hesab edir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 44 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin, iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 MMC arasında olan xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin imzalanmasından 14 ildən artıq müddət keçmişdir. Qarşı tərəflərin iddia tələbi isə müqavilənin etibarsızlığı ilə bağlıdır. Həmçinin, daşınmaz əmlaka onun sahiblik, istifadə, hətta sərəncam verməsini bu 13 il ərzində qarşı tərəflər bilməyə bilməzdi. Lakin onlar faktiki olaraq 13 il ərzində (İddiaçı 12 il) ərzində hərəkətsiz dayanmışlar. Bu fakt onlara məxsus müqavilələrin formallığını sübut etməklə yanaşı, iddia müddətinin tətbiqi üçün də əsasdır. Daha sonra Cavabdeh2 məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi, ünvan 3 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 47 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 44 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 124.6 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC ilə cavabdeh X27 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 014 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X27 tərəfindən Cavabdeh1 MMC-nə və ona qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət olunaraq, Cavabdeh1 MMC tərəfindən inşa edilmiş Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında yerləşən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 300 kv.m qeyri-yaşayış sahəsinə dair onunla Cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin qismən – 124.6 kv.m hissəsində etibarsız hesab edilməsi, eyni zamanda, həmin müqavilənin yaratdığı sonrakı nəticələrin etibarsız hesab edilməsi, həmçinin, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair istifadə və sahibliyinin bərpa edilərək, yaradılan maneələrin aradan qaldırılması, qeyriyaşayış sahəsinin cavabdehlərdən və digər üçüncü şəxslərdən alınaraq boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, guya X27 ilə Cavabdeh1 MMC arasında xx.xx.2008-ci il tarixdə 014 saylı müqavilə imzalanmışdır və həmin müqaviləyə əsasən həmin ünvandakı 124.6 kv.m qeyri-yaşayış sahəsini həmin şəxs almışdır və xx.xx.2008-ci il tarixli 014 saylı maliyyə arayışına əsasən dəyərini tam şəkildə ödəmişdir. Halbuki bu günə qədər onun mülkiyyətində olan çıxarış alaraq sonradan özgəninkiləşdirdiyi əmlaka dair heç bir addım atmamışdır. Əgər həqiqətən o, 15 il əvvəl onun mülkiyyətində olan əmlakı almış olsa idi, həmin əmlaka real sahiblik də edərdi. Lakin hesab edir ki, X27 ilə Cavabdeh1 MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 014 saylı müqavilə formal xarakter daşımışdır. Belə ki, həmin qeyri-yaşayış sahəsini aldığı gündən bəri X27 həmin ərazidə görünməmiş və hər hansı təmir işi aparmamışdır. Həmçinin, Cavabdeh1 MMC ilə aralarında 28 fevral 2009-cu il tarixdə müqavilə bağlanarkən X27 ilə hansısa müqavilə bağlanmamışdır. Odur ki, hesab edir ki, həmin müqavilə də formal olaraq sonradan yazılmış müqavilələrdəndir və Cavabdeh1 MMC-nin direktoru tərəfindən imzalanmamışdır. Pirvəliyev Asif və İddiaçıla Cavabdeh1 MMC arasında olan müqavilələri Cavabdeh1 MMC-nin direktoru, qanuni təmsilçisi yox, başqa şəxslər imzalamışdır. Bu faktı İddiaçı vəkili və nümayəndəsi də məhkəmə iclasında etiraf etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X26 cavabdehlər Cavabdeh1 MMC-nə, X11 və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsi üzrə iddiaçı belə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Hal-hazırda gedən mülki iş üzrə gələcəkdə çıxarılacaq yekun qərar onun hüquqlarına birbaşa toxunur və mülkiyyətində olan qeyri-yaşayış sahəsinə cavabdehlər tərəfindən qanunsuz və əsassız müdaxilələr olunur ki, bu da beynəlxalq və yerli qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının kobud pozulması deməkdir. Belə ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi X44 massivi ev 1 ünvanında yerləşən 35.5 kv.m qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı və həmin çıxarış əsasında tikilinin mövcud vəziyyətini əks etdirən texniki pasportu vardır. Belə ki, o, xx.xx.2021-ci il tarixdə X22 ilə alqı-satqı müqaviləsi bağlamış və həmin alqı-satqı müqaviləsinə əsasən alıcı, yəni o, 113.000 (bir yüz on üç min) manat ödəməklə satıcı, yəni X7 Bakı şəhəri Yasamal rayonu X44 massivi Ə.Əsədov küçəsi ev 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini almışdır. xx.xx.2021-ci il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsi Bakı şəhəri 51 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Bundan sonra o, həmin müqaviləyə əsasən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı və texniki pasportu əldə etmişdir. O, mülkiyyət hüququnu rəsmiləşdirməklə yanaşı, həmin qeyri-yaşayış sahəsinin texniki pasportunu da almışdır. Bundan sonra həmin mülkiyyətində olan qeyri-yaşayış sahəsini təmir etdirib fəaliyyətə başlamaq istəyərkən özünü Cavabdeh1 təsisçisi kimi təqdim edən X24 obyektin önünə qonşu market kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin vitrinlərini yığmış və fəaliyyətinə süni maneələr yaratmışdır. Bununla bağlı tərəfindən Bakı şəhəri Yasamal RPİ-nə müraciət olunmuş və aralarındakı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bundan başqa, onun həmin qeyri-yaşayış sahəsini almasını qəbul etmək istəməyən, özünü Cavabdeh1 təsisçisi kimi təqdim edən X24 həmin qeyriyaşayış sahəsinin tərəfindən İddiaçı adlı şəxsə satdığını bildirdikdə o, həmin şəxsin hüquqmüəyyənedici sənədlərini tələb etdikdə ona xx.xx.2008-ci il tarixdə Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 47 kv.m əraziyə olan müqavilə göstərildi. Həmin müqavilə ilə tanış olarkən ona aydın oldu ki, qarşı tərəfin müqaviləsinə qanunsuz olaraq Cavabdeh1 MMC-nin təsisçisi Qədirov A.Ə. adlı şəxs qol çəkmişdir. O, buna etirazını bildirərək MMC-lər üzrə nizamnaməyə zidd olaraq təsisçinin hər hansı tikilini satmasının qanunsuz olduğunu bildirəndə qarşı tərəf ona dedi ki, bu MMC-də qaydalar belədir. O isə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə əsas olan sənədlərdən birini, yəni ondan əvvəlki mülkiyyətçiyə hazırkı tikilinin Cavabdeh1 MMC-nin direktoru tərəfindən satıldığını bildirdikdə qarşı tərəf yalnız müqaviləsinin göstərdiyi müqavilədən öncəki tarixlə bağlanmasını əsas götürdü. Bundan sonra aralarında mübahisələr başladı və bugünə kimi davam edir. Sonradan ona aydın oldu ki, həmin İddiaçı ilə özünü Cavabdeh1 MMC-nin təsisçisi kimi təqdim edən Maksim adlı şəxslə əlbir olmuşlar və bu yolla ayrı-ayrı qeyri-yaşayış sahələrinə dair müqavilələr hazırlayaraq həmin insanlardan pul alırlar. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə özü-özlüyündə etibarsızdır. Belə ki, həmin müqavilə qanuni təmsilçi və direktor ilə bağlanmalı olduğu halda təsisçi Qədirov A.Ə. adlı şəxslə bağlanmışdır. Bundan başqa, həmin müqaviləyə kimin tərəfindən imza edilməsi də mübahisəlidir. Bundan başqa, tərəflərdən Cavabdeh2 müxtəlif məhkəmə mübahisələri olmuş və Ali Məhkəməyə kimi qüvvədə olan qərarına əsasən mülkiyyət hüquqlarının təsbit və təsdiq olması öz əksini tapmışdır, həmin mülkiyyət hüquqlarından törəmə kimi halhazırda mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X44 massivi Ə.Əsədov küçəsi ev 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarına dair çıxarışı vardır. Bundan başqa, İddiaçı məxsus müqavilə üzrə qeyri-yaşayış sahəsinin 47 kv.m olduğu halda, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 35.5 kv.m. olması da onu sübut edir ki, həmin sahələr eyni sahələr deyil və üst-üstə düşə bilməz. Maksim Zeynalov bütün kommunal xətlərindən istifadə etməsinə mane olmağa başlayıb. Düşünür ki, xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış hal-hazırda da qüvvədədir, xüsusi mülkiyyətindən istifadəsinə hər hansı müdaxilə qanunsuz hesab edilməklə cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki dəfələrlə cavabdehlərə bu qanunsuz hərəkətlərini dayandırması, ona məxsus qeyri-yaşayış sahəsinə qanunsuz müdaxilələrinə son qoyulması üçün müraciət etməsinə baxmayaraq, o, sahibkarlıq subyektindən maneəsiz istifadə edə bilmir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı və X17 iddiasını qəbul etmədi, iddia ərizəsinin, ona dəqiqləşmələrin məzmununa uyğun izahat verdi və ilk iddianın təmin, qarşılıqlı iddianın və X17 iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1539/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 47 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabehlərə və digər şəxslərə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin qərardad qüvvəsində saxlanılmışdır. Belə olan halda cavabdeh üzərində həbs olan əmlaka çıxarış ala bilməzdi. Bu hal da göstərir ki, Cavabdeh2 əmlakı digər əmlakdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata "xxxx" ASC-nin, İddiaçı üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edilmələri, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayəti verilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 1864/2017 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh və müstəqil tələb irəli sürən üçün şəxs X17 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etmədi, S.Z.Zeynalovun iddiasını müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd, S.Z.Zeynalovun iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2, ilkin iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi, ilkin iddia tələbi üzrə cavabdeh X22, qarşılıqlı iddia üzrə cavabdeh X27, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh X24, iş üzrə üçüncü şəxslər X25, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş (nümayəndələrinin iştirakını təmin etməmiş), gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2, ilkin iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə Cavabdeh1 MMC-nin nümayəndəsinin, ilkin iddia tələbi üzrə cavabdeh X8, qarşılıqlı iddia üzrə cavabdeh X18, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh X9, üçüncü şəxslər X12, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçün şəxsin iddiası rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 MMC (satıcı) və İddiaçı (alıcı) arasında bağlanmış 44 nömrəli xx.xx.2008-ci il tarixli müqavilənin: 1-ci bəndinə əsasən Bakı şəhəri X44 massivi ünvanında inşa edilən 1 (bir) saylı yaşayış binasının (yaşayış binası) 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcının mülkiyyətinə verir; 2.2-ci bəndinə əsasən alıcı yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 47 kv.m-dən ibarət olan 1 mərtəbə qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 1700 manat, Azərbaycan Respublikası Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürür; Müqavilənin ümumi məbləği 80.000 manatdır; Alıcı ümumi məbləğin 100%-ni ödəyir. 80.000 manatı tam ödəmişdir. - Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş 44 nömrəli xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MMC ilə bağlanmış 04 dekabr 2008-ci il tarixli 44 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu X42 küçəsində inşa edilən 1 (bir) saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m-dən ibarət (binanın küçəyə baxan tərəfi) olan qeyri-yaşayış sahəsi üçün şirkətə borcu yoxdur. - Cavabdeh1 MMC (satıcı) və Cavabdeh2 (alıcı) arasında bağlanmış 28/02/09 nömrəli xx.xx.2009-cu il tarixli müqavilənin: 1-ci bəndinə əsasən Bakı şəhəri X44 massivi ünvanında inşa edilən 1 (bir) saylı yaşayış binasının (yaşayış binası) 1-ci mərtəbəsində (binanın küçə tərəfdən sağ tərəfi) ümumi sahəsi 300 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcının mülkiyyətinə verilir; 2.2-ci bəndinə əsasən alıcı yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 300 kv.m-dən ibarət olan yaşayış sahəsinin hər kvadrat metri üçün 250 manat AZN-lə ödəməyi öhdəsinə götürür; Müqavilənin ümumi məbləği 75.000 AZN təşkil edir; Alıcı ümumi məbləği, 75.000 AZN-i tam ödəyir. - Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 verilmiş 28/02/09 nömrəli xx.xx.2009-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin X44 massivində inşa etdiyi 1 (bir) saylı binanın 1-ci mərtəbəsində 300 kv.m yerləşən qeyri-yaşayış sahəsinin dəyərini tamamilə ödəyib, hal-hazırda Cavabdeh1 MMC-nə heç bir borcu yoxdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7486/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri X44 massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməklə, həmin mənzillə bağlı İddiaçı münasibətdə maneələrin törədilməsinin Cavabdeh1nə qadağan edilməsi qət edilmişdir. - Cavabdeh1 MMC (satıcı) və Cavabdeh2 (alıcı) arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin: 1-ci bəndinə əsasən Bakı şəhəri X44 massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının (yaşayış binası) ümumi sahəsi 357 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi mağazanı alıcının mülkiyyətinə verir; 2.2-ci bəndinə əsasən alıcı yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 357 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 2000 AZN, Azərbaycan Respublikası Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürür; Müqavilənin ümumi məbləği 714.000 AZN təşkil edir; Alıcı ümumi məbləğin 100 %-ni əvvəlcədən ödəyir. - Cavabdeh1 MMC-nin xx.xx.2012-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 mağaza üçün 714.000 AZN-i MMC-nə ödəmişdir. - Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 verilmiş 94 nömrəli xx.xx.2012-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 357 kv.m olan qeyri-yaşayış sahəsinin (mağaza) dəyərini tam ödəyib və şirkətə borcu yoxdur. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu X44 massivi 1 ünvanında yerləşən, ümumi sahəsi 267.6 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 05-16/21 nömrəli xx.xx.2021-ci il tarixli məhkəməxətşünaslıq ekspertizasının rəyindən görünür ki, hüquqları müdafiə edilən İddiaçı adına verilmiş 04 dekabr 2008-ci il tarixli 44 saylı müqavilə və eyni tarixli 44 saylı maliyyə arayışında Cavabdeh1 MMC-nin təsisçisi X34 qrafası qarşısında icra edilən imzalar Qədirov Adil tərəfindən sərbəst halda icra edilmişdir, müqavilə və maliyyə arayışına vurulmuş möhürün əksləri Cavabdeh1 MMC-nə aid olan möhürdür. Cavabdeh2 adına verilmiş, Bakı şəhəri X44 massivi ünvanında 1 saylı yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətinə satılması barədə xx.xx.2009-cu il tarixli müqavilədə və onun tərkib hissəsi olan xx.xx.2009-cu il tarixli maliyyə arayışında Cavabdeh1 MMC-nin direktoru E.A.Məmmədov qrafası qarşısında icra edilmiş imzalar Qədirov Adil tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş şəkildə icra edilmişdir. xx.xx.2009-cu il tarixli müqavilədə və onun tərkib hissəsi olan xx.xx.2009-cu il tarixli maliyyə arayışında vurulmuş möhürün əksləri Cavabdeh1 MMC-nə aid olan möhür deyil, başqa eyni mətnli möhürün əksidir. - Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu X44 massivi 1 ünvanında yerləşən, ümumi sahəsi 267.6 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2017-ci il tarixə bazar dəyəri 285.000 manat təşkil edir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2244/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1864/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 saylı binanın 2-ci korpusu 2-ci giriş 1-ci mərtəbədə yerləşən 100 kv.m qeyriyaşayış sahəsinin və Bakı şəhəri Yasamal rayonu X44 massivi 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi X44 massivi ev 1 ünvanında yerləşən, sahəsi 35.5 kv.m olan qeyri-yaşayış sahəsi X17 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X22 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ə.Əsədov b.1 X44 massivi ünvanında yerləşən, ümumi sahəsi 35.5 kv.m olan qeyriyaşayış sahəsini 113.000 manata X3. - İddiaçı (icarədar) və X29 (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarədar, Cavabdeh1 MMC-dən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 40 kv.m təmirli, tam kommunal şəraitli, ayrıca giriş-çıxışı olan qeyri-yaşayış sahəsini müqavilə imzalandığı gündən 1 il müddətinə hər ay 400 manat icarə haqqı ödənilməklə icarəçiyə icarə verir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestr məlumatlarına əsasən X24 xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh1 MMC-nin təsisçisi olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal rayonu X44 massivi 1 saylı ünvanda yerləşən ümumi sahəsi 267.6 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 MMC tərəfindən verilmiş 28/02/09 nömrəli xx.xx.2009-cu il tarixli maliyyə arayışına, 28/02/09 nömrəli xx.xx.2009-cu il tarixli müqaviləyə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-1864/2017 nömrəli qərarına əsasən ilkin olaraq xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin 35.5 kv.m hissəsi (Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 1 saylı **********37-05301-083004 reyestr nömrəli) Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1720 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-356 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X17 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxsus olan 232.1 kv.m hissəsi (Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 1 saylı **********37-05301- 083005 reyestr nömrəli) Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-42 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - “X16” MMC tərəfindən verilmiş 31 nömrəli xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, qərardadın suallarına dair nəticələr aşağıdakı kimi müəyyən olunur:
1. Cavabdeh1 MMC ilə X27 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 014 saylı müqaviləyə əsasən X21 məxsus Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 MMC-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının eskiz layihəsi üzrə “A” blkokunun 5-6 rəqəm oxları ilə А-D hərf oxları arasında yerləşir.
2. X21 məxsus Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m qeyri-yaşayış sahəsi ilə İddiaçı məxsus sahə üst-üstə düşmür. Cavabdeh2 və X17 ayrı-ayrılıqda mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış binasının hansı hissəsində yerləşməsi barədə məlumat (situasiya planı, istinad nöqtələri, qonşu ilə sərhədlər və s.) texniki pasportlarda əks olunmadığından, adı çəkilən şəxslərin mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə A.V.Pirvəliyevə məxsus 124.6 kv.m-lik qeyriyaşayış sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı.
3. X21 məxsus Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən istifadə olunmur. Lakin Cavabdeh2 və X17 ayrı-ayrılıqda mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yerini təyin etmək mümkün olmadığından, A.V.Pirvəliyevə məxsus olan qeyri-yaşayış sahəsinin həmin şəxslər tərəfindən istifadə olunub-olunmamasına dair tədqiqat aparılması mümkün deyildir.
4. X21 məxsus Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m qeyri-yaşayış sahəsi başqa bir şəxs tərəfindən (həmin şəxsin kim olduğunu müəyyən etmək mümkün olmadı) istifadə olunur. - Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın və texniki pasportun verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata "xxxx" ASC-nin, İddiaçı üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edilmələri, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6647/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinə olan sahiblik və istifadə hüququnun tanınması, həmin qeyriyaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə icraatın İddiaçı Şahlar oğlunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(003)-1539/2021 saylı mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-xətşünaslıq ekspertizasının 4/1823-5/1590 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh1 MMC və Cavabdeh2 adlarından olan xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli müqavilədə və xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli maliyyə arayışında “X49 MMC-nin Direktoru:” qrafasındakı imzalar; Cavabdeh1 MMC və Cavabdeh2 adlarından olan xx.xx.2012-ci il tarixli müqavilənin və xx.xx.2012-ci il tarixli 94 nömrəli maliyyə arayışının kserosurətlərində “Direktor” qrafalarında əks olunmuş imzalar; Cavabdeh1 MMC və İddiaçı adından olan xx.xx.2008-ci il tarixli 44 nömrəli müqavilədə və xx.xx.2008-ci il tarixli 44 nömrəli maliyyə arayışında “Təsisçi:” hissəsindəki imzalar - X35 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh1 MMC və X18 adlarından olan xx.xx.2008-ci il tarixli 014 nömrəli alqısatqı müqaviləsinin kserosurətində və xx.xx.2008-ci il tarixli 014 nömrəli maliyyə arayışının kserosurətində “Direktor:” qrafalarında əks olunmuş imzalar – X30 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli müqavilənin və xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli maliyyə arayışının üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli müqavilənin və xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli maliyyə arayışının üzərlərində olan “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti* Limited Responsible Society* X49” məzmunlu möhür əksləri təqdim edilmiş eksperimental əks nümunələri eynilik təşkil edirlər. Tədqiq edilmiş Cavabdeh1 MMC ilə Cavabdeh2 агаsında bağlanılmış xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli müqavilənin və xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli maliyyə arayışının üzərlərində olan “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti* Limited Responsible Society X49” məzmunlu möhür əksləri təqdim edilmiş “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti* Limited Liability Company X49” məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. Tədqiq edilmiş Cavabdeh1 MMC ilə Cavabdeh2 arası bağlanılmış xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli müqavilənin və xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli maliyyə arayışının üzərlərində imzalar əvvəl icra edilmiş, sonra möhür əksləri vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2012-ci il tarixli müqavilənin, xx.xx.2012-ci il tarixli nömrəli maliyyə arayışının reproqrafiq surətlərində olan möhür əkslərinin təsviri keyfiyyətsiz və tədqiqat aparılması üçün yararsız olduqlarına görə ekspert qarşısında qoyulmuş “X51” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədə və xx.xx.2012-ci il tarixli 94 nömrəli maliyyə arayışında əks edilmiş möhür Cavabdeh1 MMC-nə aid olan möhürdürmü?” və Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilədə və xx.xx.2012-ci il tarixli 94 nömrəli maliyyə arayışının imzalanması və möhürlənməsi hansı ardıcıllıqla həyata keçirilmişdir? Həmin müqavilələrin və maliyyə arayışlarının imzalanması və möhürlənməsi prosesindən hansı biri digərindən əvvəl həyata keçirilmişdir?” sualları üzrə tədqiqat aparılmadı. - AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X44 massivi 1 ünvanında yerləşən, ümumi sahəsi 267.6 kv.m olan qeyri-yaşayış sahəsinin 35.5 kv.m-ni 90.000 manata X1. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ə.Əsədov X44 massivi ev 1 ünvanında yerləşən, ümumi sahəsi 232.1 kv.m olan qeyri-yaşayış sahəsini 520.000 manata X2. - xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Ə.Əsədov X44 massivi 1 ünvanında yerləşən, sahəsi 232.1 kv.m olan qeyriyaşayış sahəsi X12 xüsusi mülkiyyətindədir. Məhkəmə heyəti tərəfindən tərəflərin və mütəxəssis X13 iştirakı ilə Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında yerləşən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində olan mübahisə tələbi üzrə qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında yerləşən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində olan mübahisə tələbi üzrə qeyri-yaşayış sahəsinin hündürmərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşdiyi, qeyri-yaşayış sahələrinin giriş-çıxış yoluna nəqliyyat və piyada üçün nəzərdə tutulmuş gediş-gəliş yolundan ayrı-ayrılıqda qapılardan ibarət olduğu, mübahisəli qeyri-yaşayış sahələrinin bir-biri ilə həmsərhəddə yerləşdiyi, mübahisəli obyektin giriş-çıxış qapısı bağlı olduğundan sahəyə daxil olub baxış keçirilməsinin mümkün olmadığı, lakin pəncərəsi vasitəsilə baxış keçirilərkən sahənin təyinatı üzrə telefon aksesuarlarının satışı dükan kimi fəaliyyət göstərdiyi, digəri mübahisəli obyektə baxış keçirilərkən dəftərxana ləvazimatlarının satışı dükanı kimi fəaliyyət göstərdiyi, digəri mübahisəli obyektə baxış keçirilərkən ət məhsullarının satışı dükan kimi fəaliyyət göstərdiyi, mübahisəli obyektin digərinə baxış keçirilərkən meyvətərəvəz satışı dükanı və market kimi fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Məhkəmə, ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İlkin iddia tələbindən görünür ki, 44 nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri X44 massivi ünvanında inşa edilən 1 (bir) saylı yaşayış binasının (yaşayış binası) 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini 80.000 manat dəyərində Cavabdeh1 MMC-dən almışdır. Hazırda İddiaçı ona satılmış qeyri-yaşayış sahəsinə (47 kv.m) dair sonradan Cavabdeh2 ilə xx.xx.2009-cu il və xx.xx.2012-ci il tarixdə alqı-satqı müqavilələrinin bağlandığını iddia edərək, həmin müqavilələrin sahəsi 47 kv.m olan qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilməsini, həmin müqavilələr əsasında Cavabdeh2 və X22, X22 və X26 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, çıxarışların və texniki pasportların ləğv edilməsini, həmçinin, ona məxsus sahəsi 47 kv.m olan qeyriyaşayış sahəsinin X17 qanunsuz sahibliyində və istifadəsində olduğundan, qeyri-yaşayış sahəsinin sonuncu tərəfindən boşaldılıb ona təhvil verilməsini, pozulmuş sahiblik və istifadə hüquqlarının bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyin tələblərinə əsasən hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçı tərəfindən mübahisələndirilən müqavilələrdən görünür ki, həmin müqavilələrdə hər bir tərəfin öz sərbəst iradə ifadəsi əks olunmuş, müqavilələrin etibarlılığını şübhə altına alan halların mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, İddiaçı Bakı şəhəri X44 massivi ünvanında inşa edilən 1 (bir) saylı yaşayış binasının (yaşayış binası) 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair sonradan Cavabdeh2 ilə xx.xx.2009-cu il və xx.xx.2012-ci il tarixdə alqı-satqı müqavilələrinin bağlandığını iddia edərək, həmin müqavilələrin sahəsi 47 kv.m olan qeyri-yaşayış sahəsinə dair hissədə, həmçinin, qeyd olunan müqavilələr əsasında Cavabdeh2 ilə X22 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və X22 ilə X26 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etsə də, iddia tələbi həmin hissələrdə öz təsdiqini tapmamış, İddiaçı satılmış 47 kv.m qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 satılmış qeyri-yaşayış sahələrinin üst-üstə düşməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10/2355 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış 04 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə dair verilmiş cizgi-planda göstərilən sahə Cavabdeh1 MMC-nə məxsus yaşayış binasının eskiz layihəsində B-D və 3-4 oxlar arasında göstərilən sahə ilə üst-üstə düşür. Həmçinin, bu sahələrin yerləşmə vəziyyəti baxımından sərbəst giriş-çıxış sahə olmaqla, eni 3.3 metr, uzunluğu 13,0 metr (oxdan oxa) müəyyən edilir. Həmin qeyriyaşayış sahəsi binanın layihə sənədlərinə əsasən inşa edilmiş çoxmərtəbəli binasının 1-ci mərtəbəsində yerləşməklə, yük daşıyan dəmir-beton konstruksiya ilə ayrılaraq, ayrıca qeyri-yaşayış sahəsi olduğu müəyyən olunur. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə xx.xx.2012-ci il tarixli eyni məzmunlu müqavilədə ümumi sahələri 300 kv.m və 357 kv.m göstərilən kvadratda ayrılmış sahəyə dair sxem-cizgi və ya ayrıc aktı olmadığından və eləcə də, Cavabdeh2 və S.Zeynalovun adına verilmiş texniki pasportlarında mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin yerləşmə sxemi (situasiya planında) göstərilmədiyindən, Cavabdeh2 satılmış qeyri-yaşayış sahəsinin binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə, xx.xx.2012-ci il tarixli müqavilədə ümumi sahələri 300 kv.m və 357 kv.m göstərilən sahə layihədə əsas divarlarla bölünmüş sərbəst giriş-çıxışı olan qeyri-yaşayış sahəsinin nəzərdə tutulub-tutulmaması, Cavabdeh2 satılmış ümumi sahələri 300 kv.m və 357 kv.m göstərilən ölçüdə qeyri-yaşayış sahəsinin və Əliyev Qüdrət tərəfindən Zeynalov Sadaya satılmış qeyri-yaşayış sahəsi ilə İddiaçı 04 dekabr 2008-ci il tarixli müqavilə ilə alqı-satqı edilmiş 47 kv.m göstərilmiş sahə ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçı alqı-satqı edilmiş ümumi sahəsi 47 kv.m olan binanın layihəsində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi bütövlükdə X26 tərəfindən istifadə olunur. Qeyd olunan müqavilələr üzrə İddiaçı satılmış qeyri-yaşayış sahəsi yaşayış binasının eskiz layihəsində göstərilən B-D və 3-4 oxlar arasında yerləşir. Lakin yuxarıda göstərilənlərə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 və X4 qeyri-yaşayış sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmadı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsinin və xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin İddiaçı aid hissədə (İddiaçı Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə və 44 saylı maliyyə arayışına əsasən satılmış Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan qeyri-yaşayış sahəsinə dair) etibarsız hesab edilməsi; Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli **********37-05301-083001 reyestr nömrəli xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr çıxarışın və texniki pasportun ləğv edilməsi; İddiaçı Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə və 44 saylı maliyyə arayışına əsasən satılmış Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh2 ilə X22 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdeh X8 adına verilmiş ********** qeydiyyat nömrəli **********37-05301- 083004 reyestr nömrəli xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv edilməsi; cavabdehlər X22 ilə X26 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdeh X17 adına verilmiş ********** qeydiyyat nömrəli **********37-05301-083004 reyestr nömrəli xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv edilməsi hissələrində əsassız olduğundan rədd edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, ilkin iddia tələbi İddiaçı Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə və 44 saylı maliyyə arayışına əsasən satılmış Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh X26 tərəfindən boşaldılıb İddiaçı təhvil verilməsi, pozulmuş sahiblik və istifadə hüquqlarının bərpa edilməsi hissəsində qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10/2355 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən İddiaçı satılmış ümumi sahəsi 47 kv.m olan binanın layihəsində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin bütövlükdə X26 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə və 44 saylı maliyyə arayışına əsasən satılmış Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan qeyri-yaşayış sahəsi X26 tərəfindən boşaldılıb İddiaçı təhvil verilməli, İddiaçı pozulmuş sahiblik və istifadə hüquqları bərpa edilməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünmüşdür: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05- 16/21 nömrəli xx.xx.2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, İddiaçı adına verilmiş 04 dekabr 2008-ci il tarixli 44 saylı müqavilə və eyni tarixli 44 saylı maliyyə arayışında Cavabdeh1 MMC-nin təsisçisi X34 qrafası qarşısında icra edilən imzalar Qədirov Adil tərəfindən sərbəst halda icra edilmişdir, müqavilə və maliyyə arayışına vurulmuş möhürün əksləri Cavabdeh1 MMC-nə aid olan möhürdür. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-xətşünaslıq ekspertizasının 4/1823-5/1590 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 MMC və Cavabdeh2 adlarından olan xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli müqavilədə və xx.xx.2009-cu il tarixli 28/02/09 nömrəli maliyyə arayışında “X49 MMC-nin Direktoru:” qrafasındakı imzalar; Cavabdeh1 MMC və Cavabdeh2 adlarından olan xx.xx.2012-ci il tarixli müqavilənin və xx.xx.2012-ci il tarixli 94 nömrəli maliyyə arayışının kserosurətlərində “Direktor” qrafalarında əks olunmuş imzalar; Cavabdeh1 MMC və İddiaçı adından olan xx.xx.2008-ci il tarixli 44 nömrəli müqavilədə və xx.xx.2008-ci il tarixli 44 nömrəli maliyyə arayışında “Təsisçi:” hissəsindəki imzalar - X35 tərəfindən icra olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10/2355 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə xx.xx.2012-ci il tarixli eyni məzmunlu müqavilədə ümumi sahələri 300 kv.m və 357 kv.m göstərilən kvadratda ayrılmış sahəyə dair sxem-cizgi və ya ayrıc aktı olmadığından və eləcə də, Cavabdeh2 və S.Zeynalovun adına verilmiş texniki pasportlarında mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin yerləşmə sxemi (situasiya planında) göstərilmədiyindən, Cavabdeh2 satılmış qeyri-yaşayış sahəsinin binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə, xx.xx.2012-ci il tarixli müqavilədə ümumi sahələri 300 kv.m və 357 kv.m göstərilən sahə layihədə əsas divarlarla bölünmüş sərbəst giriş-çıxışı olan qeyri-yaşayış sahəsinin nəzərdə tutulub-tutulmaması, Cavabdeh2 satılmış ümumi sahələri 300 kv.m və 357 kv.m göstərilən ölçüdə qeyri-yaşayış sahəsinin və Əliyev Qüdrət tərəfindən Zeynalov Sadaya satılmış qeyri-yaşayış sahəsi ilə İddiaçı 04 dekabr 2008-ci il tarixli müqavilə ilə alqı-satqı edilmiş 47 kv.m göstərilmiş sahə ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. “X16” MMC tərəfindən verilmiş 31 nömrəli xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən isə görünür ki, Cavabdeh2 və X17 ayrı-ayrılıqda mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış binasının hansı hissəsində yerləşməsi barədə məlumat (situasiya planı, istinad nöqtələri, qonşu ilə sərhədlər və s.) texniki pasportlarda əks olunmadığından, adı çəkilən şəxslərin mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə A.V.Pirvəliyevə məxsus 124.6 kv.m-lik qeyri-yaşayış sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Göründüyü kimi Cavabdeh2 satılmış qeyri-yaşayış sahələrinin ölçülərinin İddiaçı və X5 qeyri-yaşayış sahələrinin ölçüləri ilə üst-üstə düşməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Bakı şəhəri X44 massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 47 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC və İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 44 nömrəli və Bakı şəhəri X44 massivi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 124.6 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC ilə X27 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 014 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İlkin iddia üzrə İddiaçı iddia tələbi mülkiyyətçinin və ya digər sahibin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında olduğundan bu tələb üzrə iddia müddəti şamil edilə bilməz. Məhkəmə, müstəqil tələb irəli sürən üçüncü şəxs X17 iddiasının da ünvan 3 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 47 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC və İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 44 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olmasını və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsasların olmadığını nəzərə alaraq, S.Z.Zeynalovun iddiasının rədd edilməsini əsaslı və qanuni hesab edir. Belə ki, işin faktiki halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Eyni zamanda həmin əqdin X17 qanuni mənafeyini hərhansı formada pozması sübut edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə və 44 saylı maliyyə arayışına əsasən satılmış Yasamal rayonu Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan qeyri-yaşayış sahəsi X26 tərəfindən boşaldılıb İddiaçı təhvil verilməli, İddiaçı pozulmuş sahiblik və istifadə hüquqları bərpa edilməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməli, Cavabdeh2 İddiaçı və X21 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X17 cavabdehlər Cavabdeh1 MMC-nə, X11 və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçının tələbi cavabdeh X20 qarşı qismən təmin olunduğundan 300 məbləğində ekspertiza xərci İddiaçı və cavabdeh X14 bərabər qaydada (hər birindən 150 manat) tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh1 MMC tərəfindən xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış, Yasamal rayonu, Yeni Yasamal massivi 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi müqaviləyə əsasən 47 kv.m olan qeyri-yaşayış sahəsi X26 tərəfindən boşaldılıb İddiaçı təhvil verilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh2 İddiaçı və X21 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X17 cavabdehlər Cavabdeh1 MMC-nə, X11 və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 manat pul bərabər qaydada, yəni hər birindən 150 manat olmaqla İddiaçı və X14 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ramilə Xəzri