Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-150/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi” tələbinə dair ilki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “müqavilənin ləğvi və tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Bİnə qəsəbəsi (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsinin cavabdehlə qonşuluqda yerləşən ara məsafəsi saxlanılmayan qanunsuz tikilinin (evin) cavabdehlərin hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xəzər rayonu Bİnə qəsəbəsi (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsinin cavabdehlə qonşuluqda yerləşən ara məsafəsi saxlanılmayan qanunsuz tikilinin (evin) cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “müqavilənin ləğvi və tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin satılmasına dair (AN-1 seriyalı ******* saylı) alqı-satqı müqaviləsinin ləğv edilməsi, hasarın İddiaçı vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, həmin məbləğ ilk iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçılardan bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi” tələbinə dair ilk iddia ərizəsi baxılmamış saxlansın. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “müqavilənin ləğvi və tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 bərabər qaydada (İddiaçı 50 manat, Cavabdeh1 50 manat) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-150/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-150/2025
22.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver