Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-151/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Əliyeva Fəridə XXX qızının xx.xx.2001-ci il tarixdə doğulması faktının, onun anasının X2 olması faktının və Əliyeva Fəridə XXX qızının doğulduğu gündən bugünədək Ərizəçi öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan 1984cü il təvəllüdlü bacısı X3 xx.xx.2001-ci il tarixdə Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsinə daxil olmuş və qız övladı Əliyeva Fəridəni dünyaya gətirmişdir. Bundan sonra bacısı X3 yeni doğulmuş övladını onun yanında qoyaraq çıxıb getmişdir. Bacısı qızı Əliyeva Fəridə doğulduğu gündən bu günədək ünvan 1 ünvanında onun himayəsində yaşayıb. Uşaq onun öhdəsində olub, uşağa o baxmış və böyüdüb boyabaşa çatdırmışdır. Bacısı qızı Əliyeva Fəridə orta məktəbdə oxumayıb, ümumiyyətlə heçş bir sənədi yoxdur. Bu səbəbdən də xx.xx.2001-ci il tarixdə xəstəxana şəraitində anadan olmuş bacısı qızı Fəridənin doğumunun qeydə alınması ilə bağlı tərəfindən Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə müraciət edilmiş, qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli imtina məktubu ilə uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən eidlməsi üçün aidiyyəti məhkəməyə müraciət etməklərini bildirmişlər. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Ərizəçi ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı doğum faktına aid hissədə ləğv edilmiş və həmin hissədə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmiş, qalan hissədə qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddia ərizəsinin doğum faktına dair hissəsi mahiyyəti üzrə yenidən baxılması üçün göndərildiyindən, məhkəmə iddianın həmin hissəsini araşdıraraq qiymət verir. Sonradan ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində qız uşağı doğması faktının və həmin uşağın doğulduğu gündən bugünədək Ərizəçi öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o uşağa təkbaşına baxıb. Bacısı Rəhimənin harada olmasından xəbəri yoxdur. Uşaq körpə vaxtından onun himayəsindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs X18 publik hüquqi şəxsin hüquqşünası X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, həqiqən belə uşaq doğulub və ona görə belə bir arayış verilmişdir. Uşaq 2001-ci il tarixdə Rəhimə Əliyevadan dünyaya gəlib. Mübahisənin həllini məhkəmənin mülhizəsinə buraxdığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, X1 xx.xx.2001-ci il tarixdə doğulmuş qız uşağının doğum haqqında akt qeydi mövcud deyildir. Uşağının doğumunun qeydə alınması üçün müraciət edilsə də, lazımi sənədlər olmadığından, doğumun qeydə alınmasından imtina edilmişdir. Odur ki, ərzənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, o, Ərizəçi qonşusudur. Ərizəçi və Əliyeva Rəhimə bacıdırlar. Rəhimə 2001-ci ildə bir qız uşağı doğmuşdur. O, uşaq doğulandan bir müddət sonra Rəhiməni görməmişdir. Həmin uşağa Rəhimənin bacısı Gülnarə baxmışdır. Uşağı o, Fəridə kimi tanıyıb. Uşaq heç bir vaxt məktəbə getməyib. Ərizəçi öz nikahından bir qız uşağı var. Gülnarənin başqa uşağı olmayıb. Məhkəmədə şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, o, Ərizəçi qonşusudur. Ailəni uzun müddətdir tanıyır. Ərizəçi və Əliyeva Rəhimə bacıdırlar. Rəhimə 2001-ci ildə bir qız uşağı doğmuşdur. . Həmin uşağa Rəhimənin bacısı Gülnarə baxmışdır. Uşağı o, Fəridə kimi tanıyıb. O, Fəridəni doğulduğu vaxtdan tanıyır, uşaqlığnı görüb. Uşaq heç bir vaxt məktəbə getməyib. Ərizəçi öz nikahından bir qız uşağı var. Gülnarənin Başqa uşağı olmayıb. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu ilə Xəzər rayon Qeydiyyat şöbəsindən alınaraq iş materiallarına əlavə edilmiş doğum haqqında və nikah haqqında akt qeydlərinin surətindən müəyyən olunur ki, Əliyev Əhmədağa ilə Əliyeva Ruquyənin birgə nikahından Ərizəçi və X3 doğulmuşdur. İş materiallarında olan TƏBİB 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası X13 xx.xx.2020-ci il tarixli 1335 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan 1984-cü il təvəllüdlü X3 xx.xx.2001-ci il tarixində saat 6:15-də 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsinə daxil olmuş, çəkisi 2800 kq olan cinsi qız övladı dünyaya gəlmişdir. Məhkəmə sorğusu ilə Xəzər rayon Qeydiyyat şöbəsindən alınaraq iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 12 fevral 1984cü ildə Bakı şəhəri, Binə qəsəbəsində anadan olmuş X1 xx.xx.2001-ci il tarixdə doğulmuş qız uşağının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına Ərizəçi, X4, X8, X9 və X5 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş akt əlavə olunmuş, həmin aktda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yaşayan 1984-cü il təvəllüdlü X3 xx.xx.2001-ci il tarixdə Birləşmiş Şəhər Xəstəxanasında övladı Əliyeva Fəridəni doğmuş və bacısı Ərizəçi yanında qoyub getmiş, getdiyi yer də bu günədək məlum deyildir. Həmin vaxtdan bu günədək Əliyeva Fəridəyə doğma xalası Ərizəçi baxmış, böyüdüb lboya-başa çatdırmışdır. Əliyeva Fəridə doğulduğu gündən bu günədək ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinin Əliyeva Fəridə XXX qızına ünvanladığı 05/15-681 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qayda”sının 2.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir. 2.5.1 valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnamələri, 2.5.3 doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (əsli); 2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd. Göstərilən qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərlə əlaqədar aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-ə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, habelə qanunverilciliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.3,). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçi tərəfindən lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağ onun bacısı X1 xx.xx.2001-ci il tarixdə xəstəxana şəraitində dünyaya gəlmişdir. Uşağın doğumu ilə bağlı lazımi sənədlər olmadığı üçün ona doğum haqqında şəhadətnamə verilməsindən Xəzər rayon Qeydiyyat Şöbəsi imtina etmişdir. Hazırda ərizəçi bacısı X2 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində bir qız uşağını dünyaya gətirməsi faktının məhkəmə qaydasında müəyyən edilməsini tələb edir. İş materialları, ərizəçinin izahatı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, X2 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində bir qız uşağı dünyaya gətirməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin o da müəyyən edilmişdir ki, hazırda həmin uşaq sağlamdır və odur ki, uşağın doğum faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X2 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması hüquqi əhməiyyətli faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizə təmin edilsin. Ərizəçi bacısı xx.xx.1984-cü il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-151/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-151/2022
21.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver