Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1534/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 sifarişi əsasında X1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 438a saylı fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən keçirilmiş hərracda Cavabdeh3 BOKT ASC-yə satılmasına dair 05.03.2020-ci il tarixli hərracın nəticələri haqqında Y-37 nömrəli protokol və 05.03.2020-ci il tarixli müqavilə etibarsız hesab edilməsi və Cavabdeh3 BOKT ASC-yə məxsus 28.10.2020-ci il tarixli çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05.04.2021-ci il tarixə və 20.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizələri baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı Cavabdeh1 sifarişi əsasında X1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 438a saylı fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən keçirilmiş hərracda Cavabdeh3 BOKT ASC-yə satılmasına dair 05.03.2020-ci il tarixli hərracın nəticələri haqqında Y-37 nömrəli protokol və 05.03.2020-ci il tarixli müqavilə etibarsız hesab edilməsi və Cavabdeh3 BOKT ASC-yə məxsus 28.10.2020-ci il tarixli çıxarış ləğv edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1534/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1534/2021
20.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver