Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-155/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2, Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisi X24 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Xəzər rayon şöbəsi) qarşı “qapının sökülməsi və torpaq sahəsinə giriş yolunun verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və cavabdehlər Cavabdeh2, Cavabdeh1 məxsus torpaq sahələrinə istifadə hüququnun yaranmasına əsas vermiş ilkin sənədlər əsasında ölçülərinin və sərhədlərinin müəyyən edilməsi barədə; ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə giriş hissəsində qoyulmuş dəmir qapının sökülməsi və həmin hissədən həyətyanı torpaq sahəsinə giriş yolunun verilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 0.01854 ha. torpaq sahəsi istifadə hüququ ilə, həmin torpaq sahəsində inşa edilmiş 109.5 ha. fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Fərdi yaşayış evi ona X10 tərəfindən 20 noyabr 2015-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidməti mərkəzində notariat kontorunun xüsusi notariusu Əntiqə Abuzərova tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə bağışlanmışdır. Əmlak üzərində hüquqları Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********5-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. ünvan 2 ünvanında mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin texniki pasportu ilə müəyyən edilir ki, yaşayış evinin yerləşdiyi 52.2 kv. metr torpaq sahəsində 1955-ci ildə inşa edilmiş tövlə, 31.2 kv. metr torpaq sahəsində 1955-ci ildə inşa edilmiş hamam, 12.6 kv. metr torpaq sahəsində 1955-ci ildə inşa edilmiş hasar vardır. Ona məxsus olan fərdi yaşayış evi ilə qonşu olan yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh2, Cavabdeh1lə yaxın qohumluq münasibətləri vardır. Yaxın qohumluq münasibətində olduğu Cavabdeh2, Cavabdeh1 tərəfindən onun həyətyanı torpaq sahəsinə və yaşayış evinə giriş-çıxış yolu faktiki olaraq bağlanmış və sərbəst surətdə yaşadığı evə girib çıxa bilmir. Belə ki, faktiki olaraq İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.01854 ha., Cavabdeh1 X17ndan miras qalmış 0.2 ha. torpaq sahəsi və Cavabdeh2 anası X13 miras qalmış torpaq sahəsi qonşu torpaq sahələridir. İddiaçı məxsus və cavabdehlərə məxsus torpaq sahələri onların valideyinləri tərəfindən alınmışdır. Valideynləri və onlar yaxın qohumluq münasibətində olduğu üçün torpaq sahələrinin sərhədləri müəyyən edilməmişdir. Həmin torpaq sahəsi ilkin olaraq bütövlükdə İddiaçı babası X6 məxsus olmuşdur. Ona məxsus həmin torpaq sahəsi qardaşı və bacısının arasında bölünmüşdür. İddiaçı babası X6 məxsus torpaq sahəsi Cavabdeh1 X17 və Cavabdeh2 anası X29 arasında bölünmüşdür. Cavabdeh1 məxsus olan torpaq sahəsi miras əmlak olaraq vərəsəlik hüququ əsasında istifadəsində olsa da, faktiki onun və Cavabdeh2 istifadəsində olmuşdur. Sonradan qanunsuz olaraq Cavabdeh2 torpaq sahəsinə giriş qapısı qoyaraq Cavabdeh1 torpaq sahəsini öz istifadəsində olan torpağın ərazisinə daxil etmiş, İddiaçı məxsus fərdi yaşayış evinə gediş yoluna dəmir qapı qoymuş, yolu bağlamış və özündən asılı vəziyyətə salmışdır. Bundan başqa torpaq sahəsinə gediş yolu olmadığından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon söbəsi torpaq sahəsini özəlləşdirməyin qeyri mümkün olmasını bildirmişdir. X2 Bakı şəhəri, Bratskiy küçəsi, mənzil 8-də yaşayış evi olmuşdur. Həmin yaşayış evinin babasına məxsus olması və sökülməsi iddia ərizəsinə əlavə etdiyi sənədlərlə sübut olunur. Belə ki, xx.xx.1951-ci il tarixli 9/8 №-li order və Azərbaycan SSR Mənzil Şöbəsi Bakı şəhər X22 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1953-cü il tarixli 172/23 №-li arayışla məxsus olan Bratskiy küçəsi mənzil 8-in olduğu ərazidə təmir işlərinin aparılması və Azərbaycan Dövlət Dram Teatrının tikilməsi ilə əlaqədar sökülmüş, özünə ailə üzvləri ilə birgə təzminat verilmişdir. X6 Maştağa rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin xx.xx.1953-cü il tarixli 6/66 №-li “Evi olmayan işçi qulluqçulara ev tikdirməkdən ötəri həyətyanı torpaq verilməsi barədə” qərarı ilə Buzovna qəsəbəsində 400 kv. metr torpaq sahəsi verilmişdir. Mirfətulla Mirəhmədovun ərizəsi əsasında Maştağa rayon kənd sovetinin xx.xx.1953-cü il tarixli aktı ilə Maştağa rayon kənd təsərrüfatı şöbəsinin torpaq tədqiqatçısı Mikayılovun, kənd məclisinin sədri və nümayəndəsi A.İslamovun iştirakı ilə Maştağa rayon kənd sovetinin xx.xx.1953-cü il tarixli 6/66 №-li qərarı əsasında X6 fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m- torpaq sahəsi ayrılmış və aktla təhkim olunmuşdur. Aktla həyətyanı sahənin şimaldan dövlət fondunun torpağı, cənubdan Əhmədova Püstəxanımın (İddiaçı ulu nənəsi, Cavabdeh1 ata tərəfdən nənəsi, Cavabdeh2 ana tərəfdən nənəsi) həyətyanı sahəsi, şərqdən kənd yolu ilə, qərbdən isə Mirəhmədov Mirfeyzullanın (İddiaçı babasının əmisi) həyətyanı sahəsi ilə qonşudur. X9 vəfat etdikdən sonra 39 saylı fərdi yaşayış evi vərəsəlik hüququ əsasında qızı X7 mülkiyyətinə keçmişdir. X3 Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində xx.xx.2005-ci il tarixdə həmin ərazini xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirmiş və qeydiyyat vəsiqəsi almışdır. Həmin torpaq sahəsinin X3na məxsus olan ümumi sahəsi 116.3 kv.m, yaşayış sahəsi 36.9 kv.m, yardımçı sahəsi 79.4 kv.m olan 2 otaqlı fərdi yaşayış evi, 52.2 kv.m olan tövlə və 31.2 kv.m olan hamam (həyətyanı tikili) tam mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında hədiyyə verən tərəfindən bağışlanmışdır. Bağışlama müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2015-ci il tarixli ******* seriyalı çıxarış verilmişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin planı, tikintilərin mərtəbələr üzrə planı, yaşayış evlərinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qeyd olunmuşdur. Maştağa rayonu Buzovna qəsəbəsinin qəsəbə sovet icrakomunun xx.xx.1956-ci il tarixli aktı ilə Maştağa rayon Sovet icrakomunun xx.xx.1956-cı il tarixli 60 №-li qərarına əsasən Buzovna qəsəbəsinin cənub-şərq hissəsində yerləşən özünün ixtiyarında olan torpaqdan kəsilmiş 329/1 №-li evdə yaşayan Mirəhmədov Mirfətullaya 200 kv.m ərazinin başqa vətəndaşlara verilməsinin qeyri-mümkün olduğu torpaq sahəsi verilmişdir. Mirəhmədov Mirfətullanın torpaq sahəsi əvvəlki torpaq sahəsi ilə birlikdə 600 (0.06) kv.m-ə çatdırılmışdır. Hяmin torpaq üzərində 3 otaq inşa edilmiş, 5 ədəd üzüm meyvəsi, 1 ədəd meyvə ağacı basdırılmışdır. Maştağa rayon icraiyyə komitəsinin baş yer quruluşçusu Sadıqov, Buzovna qəsəbəsinin qəsəbə sovet icrakomunun sədri A.İslamov və torpaq xahişi olunan şəxs M.Mİrəhmədov tərəfindən akt tərtib edilmiş və imzalanmışdır. Eyni zamanda, həmin aktla qeyd olunan torpaq sahəsinin qonşuluğunda olan ərazilər müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin şimalında Əliyev Babanın həyəti, cənubunda X23 həyəti, şərqində Əliyev Babanın həyəti və çıxış yolu, qərbində isə Mirəhmədov Davudun həyətinin olduğu müəyyən olunmuşdur. Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu. Buzovna qəsəbəsi, Aydın Xələfov küçəsində yerləşən torpaq sahəsinin bir hissəsi X17na məxsus olmuşdur. X17 vəfat etdikdən sonra isə övladları və qohumları arasında bölünmüş, həmin torpaq sahəsinin müəyyən hissəsi vərəsəlik hüququ əsasında Cavabdeh1 çatmışdır. Maştağa rayonu Buzovna qəsəbəsinin qəsəbə sovet icraiyyə komitəsinin baş yer quruluşçusu İ.B.Sadiqov, Buzovna qəsəbəsinin qəsəbə sovetinin icraiyyə komitəsinin sədri A.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.1956-ci il tarixli aktla Maştağa rayon Sovet icrakomunun xx.xx.1956-cı il tarixli, 60 №-li qərarına əsasən Bakı şəhəri Krasin küçəsində yaşayan X25 fərdi yaşayış evi tikdirməkdən ötrü Buzovna qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 329 №-li evdə X1 329/2 №-li 400 kv.m-dən ibarət artıq torpaq sahəsi təhkim edilmişdir. Həmin torpaq sahəsi şimaldan Mirəhmədov Mirfətullamn həyəti, cənubdan Ağayva Teyubanın həyəti, şərqdən şərqi kənd yolu, qərbdən Mirəhmədov Davudun həyəti ilə qonşudur. Təhkim olunan torpaq sahəsinin üzərində 2 otaq, 10 ədəd üzüm meynəsi və 2 ədəd meyvə ağacının olduğu qeyd olunmuşdur. Həmin akt Maştağa rayon icraiyyə komitəsinin baş yer quruluşçusu Sadıqov, Buzovna qəsəbəsinin qəsəbə sovet icrayə komitəsinin sədri A.İslamov və torpaq təhkim olunan Q.Əhmədov tərəfindən imzalanmışdır. Müraciətin səbəbi yuxarıda qeyd olunan torpaq sahəsi ilə bağlı Cavabdeh2, Cavabdeh1 ilə araларынda yaranmış torpaq sahəsindən istifadə hüququnun pozulması, torpaq sahəsinin zəbt olunması yolu ilə həyətyanı torpaq sahəsinə gedən yolun bağlanmasıdır. Belə ki, X25 məxsus olan Maştağa rayonu Buzovna qəsəbəsində yerləşən 329/2 №-li 400 kv.m ərazidən ibarət olan torpaq sahəsi X28 vəfat etdikdən sonra vərəsəlik hüququ əsasında onun övladları və qohumları arasında bölünmüşdür. Torpaq sahəsinin miras qaldığı şəxslərdən biri də Cavabdeh1dir. Uzun illərdir ki, həmin torpaq sahəsinə getməsə də, faktiki olaraq mirasqoyan tərəfindən torpaq sahəsi ona qalmışdır. X16 Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında Buzovna qəsəbəsi, Dostluq (indiki Aydın Xələfov) küçəsi 39 ünvanında yerləşən həmin yaşayış sahəsini vərəsəlik hüququ əsasında X21 qalan 0.02 ha. torpaq sahəsini, eyni zamanda həmin ərazi ilə birgə torpaq sahəsinin Cavabdeh1 məxsus olan 0.02 ha. sahədən də öz torpaq sahəsi kimi istifadə etməkdədir. İddiaçı ilə Cavabdeh2 arasında mübahisəyə əsas torpaq sahəsinin sərhədlərinin və plan-ölçüsünün tam müəyyən olunmaması, həmçinin həyət darvazasının özünə aid olmayan, lakin istifadəsində olan, faktiki olaraq isə Cavabdeh1 məxsus olan torpaq sahəsinin olduğu ərazidə yerləşməsidir. Ümumi həyət darvazasının hamı üçün əlverişli gediş-gəlişi təmin edən yer əvəzinə həmin şəxsin ərazisində yerləşməsi, İddiaçı mütəmadi olaraq həmin ərazidən keçmək məcburiyyətində qalması onun mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hüquqların həyata keçirilməsində ciddi təhlükələr yaradır. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında yaranmış mübahisənin həll edilməsi, hər üç şəxsə məxsus olan torpaq sahələri arasındakı sərhədləri müəyyən etmək və əlverişli vəziyyət yaratmaq, qonşulaр arasında olan münasibətləri tənzimləmək və iddiaçıya məxsus olan yaşayış sahəsinə yolun verilməsini təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus 0.02 ha. torpaq sahəsinin, Cavabdeh2 məxsus torpaq sahəsinin sərhədləri müəyyənləşdirlməli, iddiaçıya məxsus torpaq sahəsinin qonşu torpaqlarla sərhədləri müəyyənləşdirilməklə yaşayış evinə gediş yolunun verilməsi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun torpağının sərhədlərinin harda olması konkret müəyyən edilməlidir, hazırda onun torpağa aid çıxarışı yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmiş və bildirmişdir ki, iddiaçı onun qohumudur. İddiaçıya giriş yolunun verilməsinə etirazı yoxdur. Həmçinin qeyd etmişdir ki, o, hazırki iş üzrə cavabdeh kimi işə cəlb edilsə də, onun mübahisəli torpağa dair heç bir sənədi yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisi X30 bildirmişdir ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və həmin ərazidə Cavabdeh2 və Cavabdeh1 Qafarovicin istifadəsində olan torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. “Bildirilir ki, İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış evinin arxiv texpasportunda (1994) və sonuncu texniki pasportunda (2015) həyətyanı sahənin giriş qapısı qərb hissədən olub, həmin hissə hal-hazırda digər şəxsin mülkiyyətindədir. Müstəqil tələb irəli sürməyən üçüncü Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin xəzər rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan Maştağa rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin xx.xx.1953-cü il tarixli 6/66 №-li “Evi olmayan işçi qulluqçulara ev tikdirməkdən ötən həyətyanı torpaq verilməsi barədə” qərarının surətindən aydın olur ki, X6 Buzovna qəsəbəsində 400 kv. metr torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, Mirfətulla Mirəhmədovun ərizəsi əsasında Maştağa rayon kənd sovetinin xx.xx.1953-cü il tarixli aktı ilə Maştağa rayon kənd təsərrüfatı şöbəsinin torpaq tədqiqatçısı Mikayılovun, kənd məclisinin sədri və nümayəndəsi A.İslamovun iştirakı ilə Maştağa rayon kənd sovetinin xx.xx.1953-cü il tarixli 6/66 №-li qərarı əsasında X6 fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m- torpaq sahəsi ayrılmış və aktla təhkim olunmuşdur. Aktla həyətyanı sahənin şimaldan dövlət fondunun torpağı, cənubdan Əhmədova Püstəxanımın (İddiaçı ulu nənəsi, Cavabdeh1 ata tərəfdən nənəsi, Cavabdeh2 ana tərəfdən nənəsi) həyətyanı sahəsi, şərqdən kənd yolu ilə, qərbdən isə Mirəhmədov Mirfeyzullanın (İddiaçı babasının əmisi) həyətyanı sahəsi ilə qonşudur. İş materiallarından görünür ki, Maştağa rayonu Buzovna qəsəbəsinin qəsəbə sovet icraiyyə komitəsinin baş yer quruluşçusu İ.B.Sadiqov, Buzovna qəsəbəsinin qəsəbə sovetinin icraiyyə komitəsinin sədri A.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.1956-ci il tarixli aktla Maştağa rayon Sovet icrakomunun xx.xx.1956-cı il tarixli, 60 №-li qərarına əsasən Bakı şəhəri Krasin küçəsində yaşayan X25 fərdi yaşayış evi tikdirməkdən ötrü Buzovna qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 329 №-li evdə X1 329/2 №-li 400 kv.m-dən ibarət artıq torpaq sahəsi təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X7 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmiş və qeydiyyat vəsiqəsi almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, X11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 116.3 kv.m, yaşayış sahəsi 36.9 kv.m, yardımçı sahəsi 79.4 kv.m olan 2 otaqlı fərdi yaşayış evi, 52.2 kv.m olan tövlə və 31.2 kv.m olan hamamı (həyətyanı tikili) İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli, RX ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanında ümumi sahəsi 109.5 kv.m. fərdi yaşayış evinin yerləşdiyi, 0.01854 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Buzovna qəsəbəsi, Dostluq (indiki Aydın Xələfov) küçəsi 39 ünvanında yerləşən Ö/t X12 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publuk hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və həmin ərazidə Cavabdeh2 və Cavabdeh1 Qafarovicin istifadəsində olan torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. “Bildirilir ki, İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış evinin arxiv texpasportunda (1994) və sonuncu texniki pasportunda (2015) həyətyanı sahənin giriş qapısı qərb hissədən olub, həmin hissə hal-hazırda digər şəxsin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3043 nömrəli rəyindən aydın olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publuk hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və həmin ərazidə Cavabdeh2 və Cavabdeh1 Qafarovicin istifadəsində olan torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Həmçinin bildirilir ki, İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış evinin arxiv texpasportunda (1994) və sonuncu texniki pasportunda (2015) həyətyanı sahənin giriş qapısı qərb tərəfdəki hissədən oлub, həmin hissə hal-hazırda digər şəxsin mülkiyyətindədir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, истифадя вя мцлкиййят щцгугу цзря тяряфляря мяхсус торпаг сащяляри гоншу торпаг сащяляридир. İддиачы тялябини она вя ъавабдещ Cavabdeh2я мяхсус torpaq sahəsinin sərhədlərinin, plan-ölçüsünün tam müəyyən olunmaması, həyət darvazasının isə ъавабдещ Cavabdeh1 məxsus torpaq sahəsinin olduğu ərazidə yerləşməsi иля ясасландырса да, торпаг сащяляриня даир дашынмаз ямлакын Дювлят рейестриндя юзцнцн вя ъавабдещлярин адына апарылмыш гейдиййаты мцбащисяляндирмямишдир. Иш цзря сцбутларла торпаг сащяляринин фактики вязиййятинин мювъуд гейдиййатла зиддиййят тяшкил етмяси мцяййян едилмямишдир. Иш цзря сцбутларла щямчинин, мювъуд гейдиййата ясасян иддиачыйа мяхсус торпаг сащясиня giriş qapısıнын digər şəxsin mülkiyyətində олан сащядян олмасы мцяййян едился дя, иддиачы щямин шяхсин адына апарылмыш гейдиййаты мцбащисяляндирмядян щазыркы тялябля мцраъият етмишдир. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-ъы маддясиня ясасян reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Азярбайъан Республикасы Конститусийа Мящкямяси Пленумунун Н.Манафовун шикайяти цзря Азярбайъан Республикасы Али Мящкямясинин Мцлки ишляр цзря мящкямя коллеэийасынын 06 август 2008-ъи ил тарихли гярарынын Азярбайъан Республикасынын Конститусийасына вя ганунларына уйьунлуьунун йохланылмасына даир 13 ийул 2009-ъу ил тарихли гярарында гейд едилмишдир ки, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-ъы маддясиня ясасян рейестрин мязмунунун гейри-дягиглийи сцбута йетирилмяйинъя, щямин мязмунун щягигилийи вя тамамлыьы презумпсийасы гцввядядир”. …“Мцлкиййят щцгугунун, о ъцмлядян торпаьа мцлкиййят щцгугунун мцдафияси, ганунла мцяййян едилмиш мящдудиййятляр истисна олмагла манеясиз щяйата кечирилмяси, бу щцгугларын мцдафияси иля иътимаи мянафеляр вя дювлят мараглары арасында ядалятли таразлыьын тямин едилмяси щцгуги дювлятин гаршысында дуран ян мцщцм вязифялярдяндир”. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Məhkəmə ону гейд етмяйи зярури сайыр ки, ня гядяр ки, тяряфляря мяхсус торпаг сащяляриня даир апарылмыш гейдиййат гцввядядир, онларын ilkin sənədlər əsasında ölçüləri və sərhədləri мцяййян едиля билмяз, ейни заманда иддиачы ъавабдещ Cavabdeh1 məxsus torpaq sahəsinдяки həyət darvazasının сюкцлмясини тяляб етмяк цзря субйектив щцгуга малик дейил. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Мящкямя ейни заманда ону гейд етмяйи зярури сайыр ки, мцбащисянин бу гайдада щялли, иддиачыны щцгуг мцяййянедиъи сянядляриндя нязярдя тутулан эириш-чыхыш йолунун йерляшдийи сащянин digər şəxsin mülkiyyətinə верилмясини ганунла мцяййян едилмиш мцддятдя мцбащисяляндирмяк вя йа keçidin daha az zərər vurduğu qonşudan зярури кечiдин верилмяси иля баьлы аидиййяти цзря мящкямяйя мцраъият щцгугуну истисна етмир. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinəəsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinəəsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması iləəlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinəəsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən 100,0 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100,0 (bir yüz) manat məbləğində pul İddiaçı tutulub X15, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinəəsasən məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Xəzər rayon şöbəsi) qarşı “qapının sökülməsi və torpaq sahəsinə giriş yolunun verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100,0 (bir yüz) manat məbləğində pul İddiaçı tutulub X15, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-155/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-155/2022
15.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver