Məhkəmə qərarları › İş №2(003)-1554/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1554/2023

02.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1554/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abasov X23 atası X10 adından verilmiş vəsiyyətnamənin və Cavabdeh ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış əqdin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh BalaƏli oğlunun adına verilmiş RX seryalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 qardaşları İddiaçı2, Cavabdeh Balaəli oğlu və bacısı X6 ünvan 1 ünvanında doğulduqları andan qeydiyyatda olmaqla yaşamışlar və orda böyüyüyb başa çatmışlar. Onun bundan daha əvvəl cavabdehlə hər hansı bir mübahisəsi olmamış, firavan şəkildə bir həyətdə, lakin ayrı-ayrı tikililərdə yaşamışlar. Sonradan o, ailə quraraq ata evindən köçsə də, mütəmadi olaraq ata evi olan mübahisəli evə gedib-gəlmiş, həmçinin orada qalmışdır da. Ailə həyatı qursa da, gəlin köçdüyü evin sənədləri olmadığından, o həmin evə qeydiyyata düşməmişdir. Cavabdeh - Abasov X27 qardaşı Səlimi və onu müvafiq dövlət və məhkəmə orqanlarında onların adından çıxış edərək hüquqlarını müdafiə etməsi məqsədi ilə inandıraraq, notarial qaydada “etibarnamə” alınmasının zəruri olduğunu bildirmişdir. Bu fikirlə razılaşdıqdan sonra, Sadıq İddiaçı2 və onu Bakı şəhəri 7 saylı xüsusi notarıat ofisinə apararaq, onlardan müvafiq sənədlərə imza atmaqlarını tələb etmişdir. Deməsinə görə, bu sənəd etibarnamə xarakterli olmuş və yalnız özü tərəfindən müvafiq məhkəmə orqanlarında onların hüquqlarını müdafiə etmək məqsədi ilə istifadə ediləcəkmiş. Sonradan 28 fevral 2017-ci ildə Cavabdeh Balaəli oğlu qardaşı İddiaçı2 Balaəli oğlunu, bacısı X4 və iddiaçını Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə apararaq, hansısa sənədə imza etdirərək, bildirmişdir ki, ata evindən bizi heç vaxt çıxarmayacaq, hətta ev satıldığı zaman bizə düşən payı müqabilində həmin paya münasib məbləğdə pulu verəcək. Qardaşının onlara qarşı heç bir fənd işlətmədiyini, səmimi olduğunu fikirləşib imza etdiyikləri sənədin mahiyyətini anlamadan, heç bir hüquqlarını pozulmayacağına arxayin olduqdan sonra Notarius tərəfindən təqdim olunmuş sənədə imza etdilər. Abbasov Sadıq onların savadsızlığından, qanunu bilmədiyiklərindən istifadə edərək ata evini olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinin R.Qasımov küçəsindəki 33 saylı evi ,03.2017-ci il tarixdə öz mülkiyyətinə keçirmişdir. Bildirmək istəyir ki, sənədə imza etdikləri vaxt Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu Nadir Vədətov tərəfindən bizə hüquq və vəzifələrini izah olunmamışdır. Bir sözlə, Abbasov Sadıq və Notarius əlbir olaraq onların savadsızlıqlarından istifadə edərək, mahiyyətini dərindən başa salmayaraq sənədə imza etdirmişlər. X15 Xəzər Rayon Məhkəməsinə müraciət edərək qeydiyyatda olduqları ata evləri olan ünvan 1 ünvanından onun, 2 qızının və oğlunun istifadə hüquqlarının itirilməsi tələbi irəli sürmüşdür. Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Abbasov Sadıqın cavabdehlər X2, İddiaçı1 Balaəli qızına və X3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Halbuki o və qızları ata evində qeydiyyatda olmaqla bərabər həmin evdən istifadə də edirlər. X9 heç bir zaman Abasov X23 vəsiyyətnamə verməmişdir. Atasının imzası vəsiyyətnamədə qeyd olunan imza deyil. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seryalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi ev 33 Sadiq Abasovun xüsusi mülkiyyətinə Qasımov küçəsi ev 33 ünvanında yerləşən fərdi yaşayış evi Sadiq Abbasovun xüsusi mülkiyyətin xx.xx.2017-ci il tarixdə keçirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş (1124986/1739 saylı, xx.xx.2017-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür Ki, cavabdehlər mübahisə predmeti olan mənzildə qeydiyyatdadırlar. Onlar doğulduqları andan həmin ünvanda yaşamaqla tam hüquqlu mülkiyyətçisinə çevrilmişdirlər. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İddiaçı2 və İddiaçı1 tərəfindən Sadiq Abasovla notarial qaydada əqd bağlanarkən, onlara sənədin etibarnamə xarakterli olduğu və yalnız müvafiq məhkəmə orqanlarında istifadə ediləcəyi bildirilmişdir. Tərəflər arasında bağlanmış əqd barədə notariat hərəkətlərini həyata keçirən (notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxs), hazırki iş üzrə 3cü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu Nadir Vədətov tərəfindən hər-hansı bir məlumatlandırma xarakterli söhbət aparılmamış və tərəflər aralarında bağlanan əqd barədə yalnış məlumatlı olmuşdurlar. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etdi və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Bakı şəhəri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 33 saylı ev onun mərhum atası X22 tərəfindən 17 mart 2003-cü il tarixdə vəsiyyətnamə əsasında ona verilmişdir. O həmin vaxt mərhum atasından qalan evi vəsiyyətnamə üzrə öz adına sənədləşdirdiyi zaman iddiaçılar evin onun adına keçirilməsinə razılıq vermişlər. Hazırda onların belə iddia ilə çıxış etməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3317/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdehlər İddiaçı1, Dadaş-zadə Lamiə Firdofsi qızına və X3 qarşı qarşı “yaşayış sahəsində istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddiası təmin edilərək, İddiaçı1, Dadaş-zadə Lamiə Firdofsi qızının və X1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 33 saylı evdən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi ev 33 Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi ev 33 Cavabdehnın mülkiyyətindədir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2013-cü il tarixdə “ölmüş- Cavabdeh vərəsəsi kimi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,8 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,08652 ha torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli vərəsəlikdə miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı1, İddiaçı2 Balaəli oğlu və X8 onlara miras qalmış Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində yerləşən 33 saylı evindən və mülkiyyətində olan 0,08652 ha torpaq sahəsindən onlara düşən 1/8 hissə vərəsəlik paylarını Cavabdeh bağışlamışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2003-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X5 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Ramin Qasımov (K.Bolşevik) küçəsində yerləşən 33 saylı evi Cavabdeh vəsiyyət etmişdir. İşə əlavə edilmiş 36 saylı xx.xx.2013-cü il tarixli arayışın sürətindən görünür ki, X5 vəfat etdiyi zaman İddiaçı1, İddiaçı2 Balaəli oğlu, X8, Cavabdeh və digərləri Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsində yerləşən 33 saylı evdə qeydiyyatda olmuşlar. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar və cavabdeh, miras əmlakın öz payına düşən hissəsinə dair notariat orqanına müraciət etmiş, əmlakın 1/8 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan başqa mübahisəli əmlak mərhum tərəfindən Cavabdeh vəsiyyət edilmişdir. Göstərilən haldan, həmçinin hazırkı iddiadan aşkar görünür ki, cavabdehin miras əmlakdan iddiaçıların payına düşən hissəyə münasibətdə hər hansı mübahisəsi olmamışdır. Daha sonra iddiaçılar onlara aid miras payını cavabdehə bağışlamışlar. Mübahisəli əmlakın hüquqi statusundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və mülki qanunvericiliyə uyğun olaraq Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçılar hüquqi savadsızlıqlarını və notariat orqanı tərəfindən görülmüş prosessin formallığın ağlabatan olmamasını səbəb gətirmiş, lakin iddiaçı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məhkəmə hesab edir ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçılar bağışlama müqaviləsinin bağlanmasına məcbur edilməmələri, aldadılaraq, zorakılığa və ya hədə qorxuya əsasən müqaviləni bağlamalarına dair halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də tərəflər arasında bağlanmış əqd etibarsız hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX seryalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilə bilməz, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa iddia tələbinin “Abasov X23 atası X10 adından verilmiş vəsiyyətnamənin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə bildirir ki, iddia bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Abasov X23 atası X10 adından verilmiş vəsiyyətnamənin və Cavabdeh ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış əqdin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Abasov X21 adına verilmiş RX seryalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və işin məhkəmə iclasında tədqiq olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vəsiyyətnamənin, əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi”nə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vəsiyyətnamənin, əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar