Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-159/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borcalan Cavabdeh arasında 19 aprel 2019-cu il tarixli, 100810-308689/3 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı MMC tərəfindən Cavabdeh illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi 19 aprel 2019-cu il tarixli, 100810-308689/3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə 08.07.2021-ci il tarixli, 001/007/3423/2021 nömrəli Bildiriş ipoteka qoyan Cavabdeh 09.07.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 16.07.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X5 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit Müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması, qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Cavabdeh tərəfindən öz öhdəliyini yerinə yetirməməsi bağlanmış kredit müqaviləsinin 4.4-cü bəndinin pozulmasını özündə şərtləndirmişdir. Həmin bəndin tələbinə əsasən, müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada əsas borcu və faiz borcunu ödəmək Borc alanın (Cavabdeh) öhdəliyidir. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində onun banka 09 avqust 2021-ci il tarixə kredit müqaviləsi üzrə əsas borc məbləği — 14171.58 manat, kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği — 4429.72 manat, cəmi — 18601,30 manat təşkil edir. Cavabdeh 19 aprel 2019-cu il tarixli, 100810-308689/3 nömrəli kredit müqaviləsi üzrə əsas borc — 14171,58 manat, əsas borca hesablanmış faiz borcu -4429,72 manat olmaqla, cəmi 18601,30 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 130 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq "Expressbank” ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh tam mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında 19 aprel 2019-cu il tarixli, 100810-308689/3 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə İddiaçı MMC tərəfindən Cavabdeh illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə ipoteka qoyan və borclu Cavabdeh arasında bağlanmış 19 aprel 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu Cavabdeh arasında bağlanmış 19 aprel 2019-cu il tarixli 100810-308689/3 saylı əsas kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22.04.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.04.2019-cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları 25.09.2012-ci ildən 19.04.2019-cu ilədək “vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və bu dövrdə Cavabdeh nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 09.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09.08.2021-ci il tarixə kredit öhdəliyi üzrə 14171,58 manat əsas borc, 4429,72 manat faiz borcu olmaqla, cəmi 18601,30 manat borcu vardır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsininbazar dəyərinin müəyyənləşdirilməsi üzrə keçirilmiş 01.11.2021-ci il tarixli hesabatla qeyd edilən əmlakın bazar dəyərinin 104130,0 manat, likvid dəyərinin 98.925,0 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 10 manat dövlət rüsumu və xidmət haqqı kimi 120 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı cavabdehi tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələri əsasında kredit təşkilatından kredit alaraq üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü etmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Cavabdeh bu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia qeyd edilən hissələrdə təmin edilməlidir. Belə ki, iddiaçı onunla Cavabdeh arasında bağlanmış 19 aprel 2019-cu il tarixli, 100810-308689/3 nömrəli kredit müqaviləsinə əsasən 14171,58 manat əsas borc, 4429,72 manat olmaqla, cəmi 18601,30 manat məbləğində borcun tutulmasını tələb edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3644/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/9007 saylı, 21.01.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 aprel 2019cu il tarixli tarixli 100810-308689/3 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 09.08.2021-ci il tarixədək (sualda göstərilən tarixə) İddiaçı ASC-yə olan borcu 18627,33 AZN məbləğində müəyyən edilir. Həmin rəydən görünür ki, Cavabdehnun əsas borcu 14171,58 manat və faiz borcu isə 4455,75 manat məbləğində təşkil edir. Həmçinin hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 19 aprel 2019-cu il tarixli 100810-308689/3 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunu hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərəkhesabedirki, ekspertrəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Lakin, məhkəmə ekspert rəyinin 4455,75 manat məbləğində faiz borcuna dair hissəsini ona görə qəbul etmir ki, iddiaçının iddia tələbi faiz borcunun cavabdehdən tutulması hissəsində ekspertin müəyyən etdiyi hissədən az məbləğ, yəni 4429,72 manat məbləğində təşkil edir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının tələb etdiyi faiz borc məbləği cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla əsas borc hissəsində razılaşır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən 14171,58 manat əsas borc, 4429,72 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaklara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və əsas verən Qanunda nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklar yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3644/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının həvalə olunduğu "xxxx" MMC-nin 05.11.2021-ci il tarixli rəyindən aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən daşınmaz əmlak qiymətləndirilmiş həmin əmlakın likvid dəyəri 98925 (doxsan səkkiz min doqquz iyirmi beş) manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Belə olan halda məhkəmə tərəflər arasında qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti barədə razılıq olmamasını, qiymətləndirmə aparmış "xxxx" MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, onun tərəfindən aparılmış qiymətləndirməni Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti olaraq qəbul edilməsini mümkün hesab edir. Bu baxımdan ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməli olduğundan və qeyri-yaşayış sahəsinin likvid dəyəri 98925 manat olduğundan mübahisəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 98925,0 manat müəyyən edilməklə açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti İddiaçı ASC-yə olan borcun qaytarılmasına ödənilsin. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh həmin əmlakdan çıxarılması və həmin sahənin boşaldılması tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak(lar) ipoteka müqavilə(lər)si üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qızı Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.mdən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxarılmalı və həmin əmlak boşaldılmalıdır. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun və xidmət haqqına görə 120,0 manat məbləğinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumununu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pul cavabdehdən alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. İşə əlavə edilmiş "xxxx" MMC-nin məktubundan aydın olur ki, qiymətləndirmə işinin dəyəri 500 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan iş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 500,0 manat məbləğində pul cavabdehdən alınaraq "xxxx" MMC –nin (VÖEN **********, MuganBank progress filialı, KOD 512275 VÖEN ********** Müxbir hesab (AZ41NABZ********************) Cari Hesab (AZ37MUGA**********00274AZM70) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 14171,58 manat, əsas borca hesablanmış faiz borcu 4429,72 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 10 manat dövlət rüsumunun və xidmət haqqı kimi ödənilmiş 120 manat pul və 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 18761,7 manat (on səkkiz min yeddi yüz altmış yeddi manat, yetmiş qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 98925,0 (doxsan səkkiz min doqquz iyirmi beş) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti İddiaçı ASC-yə olan borcun qaytarılmasına ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti 9 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılsın və boşaldılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pul cavabdehdən alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 500,0 manat məbləğində pul cavabdehdən alınaraq "xxxx" MMC –nin (VÖEN **********, MuganBank progress filialı, KOD 512275 VÖEN ********** Müxbir hesab (AZ41NABZ********************) Cari Hesab (AZ37MUGA**********00274AZM70) Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-159/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-159/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver