Məhkəmə qərarları › İş №2(003)-1590/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1590/2020

25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1590/2020 25.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi nümayəndəsi Həsənov Həsənağa Əlövsət oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx xxxx 1959-cu il tarixli Xəzər rayon Qeydiyyat şöbəsində 461 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onun doğum haqqında qeydiyyat vərəqəsində atasının adı X17, milliyyəti azərbbaycanlı olaraq göstərilməşdir. Anasının adı isə X9 və milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. xx.xx.1953-cü il tarixində o zamankı Maştağa Rayon Sovetinin İcraiyyə Komitəsi tərəfindən atası X4 ev tikmək üçün həyətyanı torpaq sahəsinin verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Maştağa Rayon Zəhmətkeş X8 komitəsinin 25 saylı iclas protokolunda öz əksini tapmışdır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin Bakı filialının təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 1460 sayılı arayışında bu protokol haqqında məlumat verilmişdir. O və ailəsi hazırda da, həmin torpaq sahəsində tikdirdikləri evdə – ünvan 1 ünvanında yaşamaqdadırlar. Tikdirdikləri evə dair Azərbaycan Respublikasın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evi üçün tərtib edilmiş Daşınmaz Əmlakın Texniki Pasportunu da əldə etmişlər. Həmçinin həmin əraziyə aid Azərbaycan Respublikasının Bakı şəhəri, Xəzər rayonu, İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İ.Muqbilov tərəfindən təsdiqlənmiş inzibati ərali bölgüsü sənədləri də mövcuddur. Ancaq bu günə qədər yuxarıda göstərilən torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi çıxarışı ala bilmirlər. Buna səbəb isə atasının adının müxtəlif sənədlərdə səhvən müxtəlif şəkillərdə yazılması səbəb olmuşdur. Belə ki, mərhum atasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı o və bacısı X13 xx.xx.2018 ci il tarixli ərizəsi ilə Bakı şəhəri 7 sayılı xüsusi notariat kontoruna müraciət ünvanlamışlar. Bu müraciətlərinə əsasən Bakı şəhəri 7 sayılı xüsusi notariat kontorunun xüsusi notariusu ataları X10 xx.xx.1969-cu il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq bacısı X5 və onu Ərizəçi mərhumun vərəsələri olaraq müəyyən etmiş və bununla əlaqədar olaraq da, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə aid çıxarış verilməsi üçün xx.xx.2018 ci il tarixli, 486 sayılı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şahəri ərazi İdarəsinə müraciət etmişdir. O xx.xx.1984-cü il tarixində Həsənov Əlövsət Məmmədağa oğlu ilə nikaha daxil olmuşdur. Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayon VVADQ (Qeydiyyat Şöbəsi) Şöbəsinin tərtib etdiyi xx.xx.2007-ci il tarixli AZ-İ 328050 saylı təkrar arayışda bu nikah öz təsdiqini tapmışdır. Bu nikahdan sonra onun soyadı Rəsulovadan Həsənova olaraq dəyişdirilmişdir. xx.xx.1953-cü il tarixində o zamankı Maştağa Rayon Sovetinin İcraiyyə Komitəsi tərəfindən atası üçün torpaq sahəsinin ayrılmasına dair protokol sənədində atasının adı X14 olaraq göstərildiyi halda, atasının xx.xx.1969-cu il tarixində vəfat etməsinə dair Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, AZ–l 939949 sayılı ölüm haqqında şəhadətnamədə mərhum atasının adı X6raq göstərilmişdir. Onun atasının doğum tarixi, yeri və ailə tərkibinə dair yazılı müraciətinə cavab olaraq, xx.xx.2019-cu il tarixli, H-7 sayılı arxiv araryışında “Azərbaycan Respublikasının Dövlət Tarix Arxivininin arxiv arayışında bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Mərdəkan kənd məscidinin sənədlərində X2 doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1890-cı il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Valideynləri: atası – X15, anası – Ziyarət xanım”. Qeyd edilənlənlərə əsasən müəyyən ediməsi barədə qətnamə çıxarılmasını xahiş etdimişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Həsənov Həsənağa Əlövsət oğlu ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, göstərilən faktın müəyyən edilməsi ona əmlakın sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1959-cu ildə doğulmuşdur. Ata qarafasında X20 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1983-cü il tarixli 1028 nörməli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Əlövsət Məmmədağa oğlu X7 ilə nikaha daxil olmuşdur. Nikahdan sonar arvada Həsənova göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2019-cu il tarixli, H-7 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Mərdəkan kənd məscidinin sənədlərində X2 doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1890-cı il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Valideynləri: atası – X15, anası – Ziyarət xanım”. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 1460 nömrəli Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş Maştağa Rayon Zəhmətkeş X8 komitəsinin 25 saylı iclas protokoluna dair arxiv çıxarışından görünür ki, torpaq sahəsinin ayrılması barədə sənəddə X1 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasınını Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli, invertar nömrəsi 11/1321 və 5/801 olan texniki pasportda Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 9 hüquqi subyekti X16 qeyd edilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1969-cu il tarixdə ölmüşdür. Sənəddə məhrumunun adı X16 kimi qeyd edilmişdir. Göründüyü kimi, şəxsə məxsus olan sənədlərdə şəxsi soyadı və at adı fərqli göstərilmişdir. Şəxsin ölüm haqqında şəhadətnamədə adı “X16” qeyd edildiyi halda, ona məxsus olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arxiv çıxarışında “X21” oğlu, Maştağa Rayon Zəhmətkeş X8 komitəsinin 25 saylı iclas protokolunda isə “X23” oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivininin xx.xx.2019-cu il tarixli, H–7 saylı arxiv araryışında göstərilən X2, Maştağa Rayon Zəhmətkeş X8 Komitəsinin xx.xx.1953-cü il tarixli, 25 saylı protokolda göstərilən X3 Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, AZ-l 939949 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X12 eyni şəxs olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivininin xx.xx.2019-cu il tarixli, H–7 saylı arxiv araryışında göstərilən X2, Maştağa Rayon Zəhmətkeş X8 Komitəsinin xx.xx.1953-cü il tarixli, 25 saylı protokolda göstərilən X3 Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, AZ-l 939949 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X12 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar