Məhkəmə qərarları › İş №2(003)-16/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-16/2024

09.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-16/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi, ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Şağan qəsəbəsi, bağ № 2281 v ünvanında yerləşən mülkiyyətində olan bağ sahəsi ilə Cavabdeh məxsus bağ sahəsi arasında olan divara bitişik tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həsənova X1 Aybəniz Məmi qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan ünvanda yerləşən mülkiyyətində olan bağ sahəsi ilə İddiaçı məxsus bağ sahəsi arasında olan divara kimi bitişik tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, tərəflər mülki işi barışıq sazişi ilə tamamlanması qərarına gələrək aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X4 bildirmişdir ki, tərəflər barışıblar, aralarında barışıq sazişi bağlayıblar. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş barışıq sazişini, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh Rüstəm qızı arasında bağlanmış xx.xx.2024-cü tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar:

1. Cavabdeh Rüstəm qızı hazrda mübahisə predmeti olan, mülkiyyətində olan bağ sahəsində inşa etdiyi tikilinin divarını sökərək İddiaçı mülkiyyətində olan bağın hasarından və evdən 80 santimetr geri çəkəcəyini öz öhdəsinə götürtür.

2. İddiaçı Cavabdeh Rüstəm qızına qarşı qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsindən, Cavabdeh Rüstəm qızına qarşı evin sökülməsi barədə qarşılıqlı iddia ərizəsindən imtina edir.

3. Məhkəməyə çəkilən xərclər tərəflərin özlərinə aid edilir. Ekspertizanın keçirilməsi ilə bağlı olan xərcin ödənilməsi təşəbbüskar olmuş tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1). Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir (maddə 191.2). Hakim iş üzrə tərəflərə MPM-in 262-ci maddəsinin tələblərini izah etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi MPM-in 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-ə müvafiq olaraq tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (maddə 262.5). Göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

İddiaçı ilə Cavabdeh Rüstəm qızı arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh Rüstəm qızı hazrda mübahisə predmeti olan, mülkiyyətində olan bağ sahəsində inşa etdiyi tikilinin divarını sökərək İddiaçı mülkiyyətində olan bağın hasarından və evdən 80 santimetr geri çəkəcəyini öz öhdəsinə götürtür.

2. İddiaçı Cavabdeh Rüstəm qızına qarşı qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsindən, Cavabdeh Rüstəm qızına qarşı evin sökülməsi barədə qarşılılı iddia ərizəsindən imtina edir.

3. Məhkəməyə çəkilən xərclər tərəflərin özlərinə aid edilir. Ekspertizanın keçirilməsi ilə bağlı olan xərcin ödənilməsi təşəbbüskar olmuş tərəfin üzərinə düşür. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi, ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı tikilinin sökülməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar