Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-160/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçı2 hüquqi varisi X6, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı1 və İddiaçı2 cavabdeh Qədimov (Qədimbəyli) İlham Ənvər oğluna qarşı alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin və həmin torpaq sahəsində olan evin əmlakları ilə birlikdə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 xəbəri və razılığı olmadan saxta sənədlərə əsasən X19 ilə İddiaçı1 arasında ünvan 3ədə yerləşən 0,12 ha torpaq sahəsinin alqı-satqısına dair 13 fevral 2007-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin və həmin torpaq sahəsində olan evin əmlakları ilə birlikdə iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci il tarixdə Mərdəkan qəsəbə Soveti tərəfindən dəniz kənarından B774 saylı sahədə ona 12 sot torpaq sahəsi ayrılıb verilmişdir. O, orada kənd təsərrüfatı məhsulları əkib-becərmişdir. 1990-cı ildə Dərnəgül yolundakı Asfaltbeton zavodundan 2 otaqdan bir eyvandan, ümumi sahəsi 30 kv.metrdən ibarət olan 2 otaqlı taxtadan ev alıb həmin torpaq sahəsinə qoymuşdur. Sonradan həmin evin qabağına talvar, torpaq sahəsinin ətrafında isə mişar daşından hasar tikdirmişdir. Evin içərisinə 3 çarpayı, yorğan-döşək, 1 şkaf, qab-qacaq və digər məişət əşyaları alıb-qoymuşdur. Bir müddət sonra dostu X1 xahişi ilə həmin bağ evini müvəqqəti olaraq yaşamaq üçün ona vermişdir. Bundan təxminən 7-8 ay keçmiş Məzahir onu yolda görüb soruşmuşdur ki, bağın sənədi varmı? O, bildirdirmişdir ki, var. Məzahir ona demişdir ki, bağa gedib-gələndə polisin post-patrul xidmətinin əməkdaşları ondan sənəd tələb edirlər, onu bezdirirlər və sənədi ona verməyisini xahiş etmişdir. O da heç nədən şübhələnmədən onun xahişi ilə bağ evinin sənədini Mərdəkan qəsəbə X9 vermişdir. Bundan sonra səhhətinin pisləşməsi (göz problemləri, infarkt keçirmə) atasının, anasının və qardaşlarının rəhmətə getmələri ilə əlaqədar başı qarışmış və bağ evi ilə maraqlana, Əhmədov Məzahirlə əlaqə saxlaya bilməmişdir. Ancaq bir neçə dəfə oradan keçəndə görmüşdür ki, bağ və hasarı yerindədir. İnfarkt keçirməsi ilə əlaqədar, həkimin məsləhəti ilə bağda yaşamaq üçün və dəniz havası qəbul etmək üçün 2016-cı ilin təxminən fevral-mart aylarında dəniz kənarına getmiş və fürsətdən istifadə edib bağa getmiş, bağda tamam başqa, tanımadığı adamların yaşadığını görmşüdür. Onun sualına cavab olaraq həmin adamlar özlərini təqdim etməmişlər və bildirmişdirlər ki, onlar 2015-ci ilin noyabr ayından bağda yaşayırlar, bağa aid sənədləri var, ancaq təqdim etməmişlər. O bağ qonşusu olan Gülbala ilə gedib Məzahirlə görüşmüş və bağı, bağın o verdiyi sənədlərin qaytarmasını tələb etmişdir. Məzahir cavab vermişdirki, güya o bağ evini ona bağışlamış, o da bağı başqa bir nəfərə bağışlamışdır. Onlarda öz növbələrində başqa birisinə bağışlamışlar. Bağın o verdiyi sənədini isə verməmiş və bildirmişdir ki, güya Mərdəkan qəsəbə Soveti onun özünə bağa aid sənəd vermişdir. O, Məzahirə bildirmişdir ki, ona bağı bağışlamamış, bağışlama notarial qaydada olur. O isə heç bir notariusa getməmişəm və heç bir bağışlama müqaviləsini imzalamamışdır. O, Əhmədov Məzahirə bildirmişdir ki, onun bağını saxta sənədlərlə başqa şəxsə satmış və buna görədə ondan prokurorluğa şikayət yazacaq. Bundan sonra o, 13.05.2016-cı ildə şikayət ərizəsi ilə Əzizbəyov rayon prokurorluğuna müraciət etmiş və onun şikayət ərizəsi üzrə Əzizbəyov RPİ-nin 1-ci Polis Bölməsində araşdırma aparılmış və araşdırma nəticəsində məlum olmuşdurki, X16 ona məxsus torpaq sahəsini saxta sənədlərlə dələduzluq yolu ilə satmışdır. Beləki, M.P.Əhmədov 1-ci PB-nin təhqiqatçısına evi satdığı-güya Mərdəkan qəsəbə Sovetinin vermiş olduğu 27.12.1994-cü il tarixli 328 saylı arayışı təqdim etmişdir. Həmin arayış saxtadır. Beləki, həmin dövrdə Azərbaycan Respublikasında latın qrafikalı əlifba qüvvədə olduğu halda, arayışın künc ştampı və məzmunu kiril əlifbası ilə yazılmış, möhürü isə latın əlifbası ilə olmuşdur. Möhür əvvəlcədən ağ, təmiz kağıza vurulduğu üçün, arayışın məzmunundan və imzadan xeyli aşağıda vurulmuşdur, bu da arayışın saxta olduğunu təsdiq edir. Həmin arayışda ştamp, Mərdəkan Qəsəbə soveti olmadığı halda Qəsəbə Soveti yazılmış, arayışı isə güya Əzizbəyov RİH-nin Mərdəkan qəsəbə nümayəndəsi X13 imzalamışdır. X13 izahatında göstərmişdir ki, həmin arayışı o verməmişdir, arayış saxtadır, arayışdakı imza da onun imzası deyildir. O, belə bir arayışa möhür vurmamışdır və belə bir arayış qeydiyyatda yoxdur. Toplanmış materialda cinayət tərkibi olduğuna görə, material 04.07.2016-cı il tarixdə cinayət işi başlanılmış, istintaq aparılması üçün Əzizbəyov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Əzizbəyov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Anar Bəxtiyarov, material üzrə heç bir araşdırma aparmadan 29.08.2016-cı il tarixdə materialda cinayət tərkibinin olmadığı qənaətinə gələrək, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul etmişdir. Həmin Qərardan o Xəzər rayon prokurorluğuna şikayət ərizəsi yazmış və Xəzər rayon prokuroru 28.09.2016-cı il tarixli Qərarı ilə material üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmadığı müəyyən edildiyindən həmin Qərarı ləğv edib, göstərişlə istintaq aparılması üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərmişdir. Göstərişdə əlavə araşdırma zamanı AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən mütəvəssis dəvət edib GPS vasitəsilə baxış keçirilərək, DƏDRX-nin ******* saylı 11.06.2007-ci il tarixli çıxarışında göstərilmiş torpaq sahəsinin onun göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, onların eyni və yaxud ayrı-ayrı ərazilərdə yerləşibyerləşməməsi xüsusatının yoxlanması, Xəzər rayon İcra Hakimiyyətinə və Mərdəkan qəsəbə İcra Nümayəndəliyinə verilmiş sorğulara cavab alınması, ona torpaq sahəsinin ayrılıb-ayrılmaması xüsusatlarının araşdırılması və araşdırma zamanı ortaya çıxan digər məsələlərin də həll edilməsi göstərişi verilmişdir. Material üzrə göstərilən göstərişin icra olunması Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X17 həvalə edilmişdir. X4 həmin göstərişin heç bir bəndini icra etməmiş, material üzrə əlavə heç bir araşdırma aparmadan, 10 oktyabr 2016-cı il tarixdə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul etmişdir. Onu da qeyd etmişdir ki, müstəntiq E.Əliyevin həmin material üzrə Qərarları dəfələrlə ləğv edilmişdir. Xəzər rayon prokurorluğunun və RPİ-nin əməkdaşlarının bu materialın araşdırılmasında qərəzli və “maraqlı” olduqlarını nəzərə alaraq o özü və vəkili müstəqil araşdırma aparmışlar və müəyyən etmişlər ki, ona məxsus Mərdəkan qəsəbəsi, B-774 saylı sahəni, Bakı şəhəri, Albalılıq dayanacağı, 1586”S” Nli bağ sahəsində daimi qeydiyyatda olan X5 sənədlərlə öz adına keçirmişdir və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.07.2007-ci il tarixli ******* N-li saxta Çıxarış verilmişdir. Beləki, araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsini X3 Rəşad Arif oğlundan almışdır və alqı-satqı müqaviləsi Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 02 noyabr 2017-ci il tarixli 05/01-608/14 saylı məktubu ilə vermiş olduğu Bakı şəhəri 7 saylı notariat kontorunda 13 fevral 2007-ci il tarixli 4Ə/1-64 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surətindən görünür ki, guya 13 fevral 2007-ci il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda İddiaçı1 ünvan 3ədə yerləşən 0,12 ha torpaq sahəsini 13044 manata satmışdır. Notariat işinə o da əlavə edilmişdir ki, guya İddiaçı1 arvadı X8 öz dəst-xətti ilə deyil, mexaniki çap makinasında ərizə yazaraq ərinə məxsus olan və Mərdəkan qəsəbəsi, b-774 saylı sahədə 1200 kv.metr torpağın satılmasına etiraz etmir və həmin ərizəni də guya Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq etdirmişdir. Halbuki İddiaçı1 və onun arvadı X8 notariat qaydada təsdiq olunmuş Xəzər rayon Məhkəməsinə ünvanladıqları ərizələrində göstərmişlər ki, Mərdəkan qəsəbəsi B-774 saylı sahədə onların və ailə üzvlərinin heç birinin heç vaxt torpaq sahələri və evləri olmamışdır. Hal-hazırda da yoxdur. X14 tanımırlar, ona heç vaxt torpaq sahəsi və ev satmamışlar, onunla aralarında heç vaxt heç bir alqı-satqı müqaviləsi bağlamamışlar və torpaq, ev alqı-satqısı üçün heç bir notariat kontoruna, o cümlədən də Mərdəkan qəsəbəsində yerləşən 7 saylı dövlət notariat kontoruna və yerləşdiyi yeri də bilmədikləri Bakı şəhəri 18 saylı dövlət notariat kontoruna getməmişlər, orada olmamışlar, heç bir sənədi imzalamamışlar. Göründüyü kimi ona məxsus torpaq sahəsi və torpaq sahəsində olan evi və evdə olan əmlakları X19, X16 tərəfindən Bakı şəhəri 7 saylı və 18 saylı dövlət notariat kontorunun notariusları ilə cinayət əlaqəsinə girilərək saxta sənədlərlə mənimsənilmişdir. Buna görədə onun və İddiaçı1 xəbəri və razılığı olmadan saxta sənədlərə əsasən X19 ilə İddiaçı1 arasında ünvan 3ədə yerləşən 0,12 ha torpaq sahəsinin 13 fevral 2007-ci il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin və torpaq sahəsində olan evin əmlakları ilə birlikdə İddiaçı2 qaytarılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edirlər. İşin baxılması zamanı İddiaçı2 öldüyündən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən o, hüquqi varisi X18 ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı2 hüquqi varisi X18 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi əvvəllər onun atası İddiaçı2 məxsus olmuş, lakin sonradan müəyyən edilmişdir ki, həmin torpaq sahəsinə dair İddiaçı1 adına çıxarış verilmiş və torpaq sahəsi iş üzrə cavabdehin adına özgəninkiləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi əvvəllər İddiaçı2 məxsus olmuşdur. İddiaçı2 həmin torpaq sahəsi 1988-ci ildə Mərdəkan qəsəbəsi soveti tərəfindən verilmiş və o, həmin torpaq sahəsində ev tikmişdir. Bir müddət həmin əmlakı o, həmin zamanlar dostu olan Məzahir adlı şəxsin müəyyən müddətə istifadəsinə vermiş, sonradan Məzahirin xahişi əsasında, torpaq sahəsinə dair sənədləri də ona vermişdir. Uzun müddət İddiaçı2, müəyyən üzürlü səbəblərdən həmin torpaq sahəsi ilə maraqlana bilməmiş, lakin 2016-cı ildə həmin torpaq sahəsində başqa şəxslərin yaşadıqlarını bilmiş və araşdırma aparıldıqdan sonra həmin torpaq sahəsinə dair İddiaçı1 adına çıxarışın olduğu və həmin çıxarış əsasında torpaq sahəsinin cavabdehə satıldığını bilmişdir. İddiaçı1 mülkiyyətində ünvan 3ədə yerləşən 0,12 ha torpaq sahəsi olmamış və həmin torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsi saxtadır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, mübahisə predmetinə daxil olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B-774 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev İddiaçı2 məxsusdur. Həmin torpaq sahəsinə dair onun adına çıxarış alınmış və sonra alqı-satqı müqaviləsi əsasında cavabdehin adına özgəninkiləşdirilmişdir. O, cavabdehlə alğı-satqı müqaviləsi bağlamamış alğı-satqı müqaviləsini imzalamamışdır. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsini cavabdeh alğı-satqı müqaviləsi əsasında İddiaçı1 almışdır. Cavabdeh tərəfindən İddiaçı1 13044 manat pul vəsaiti verilmişdir. Əmlak cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilmədən əldə edilmişdir. Həmçinin bildirirəm ki, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qaldırılmış iddia üzrə iddia müddəti iddiaçılar tərəfindən ötürülülmüşdür və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ 234005 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 06.01.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 29.08.2016-cı il tarixli, 10.10.2016-cı il tarixli və 20.04.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarların surətlərindən görünür ki, İddiaçı2 ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılmasına rədd edilməsi qərara alınmışdır. Həmin qərarlardan görünür ki, toplanmış materiala əlavə edilmiş AR Milli arxiv idarəsinin məktubuna əsasən 1987-1989-cu illərə dair arxiv sənədləri Dövlət arxiv idarəsinin Bakı şəhər filialına təhvil verilməmiş, İddiaçı2 bağ sahəsi ayrılmaya dair məlumat aşkar olunmamışdır. Həmin sözügedən torpaq sahəsi 7 saylı DNK-nun 13.02.2007-ci il tarixli 4Ə/1-64 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçir, ******* saylı DƏDRX-nin çıxarışı ilə onun mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 2211 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı1 Mərdəkan qəsəbəsində B-774 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 7 saylı Dövlət Notariat ofisində 13.02.2007-ci il tarixdə 4Ə/1-64 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi B-774 saylı sahə (0,12 ha ibarət olan torpaq sahəsi) Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli çıxarışa əsasən sahibi İddiaçı1dur. Həmin notariat işində olan İddiaçı1 ünvan 2 ünvanlanmış ərizəsindən görünür ki, o, ona məxsus ünvan 3əni 13044 manat satılması barədə razılığa gəldiklərini bildirmişdir. Həmin notariat işində olan X10 ünvan 2 ünvanlanmış ərizəsindən görünür ki, o, İddiaçı1 məxsus əmlakın 13044 manat satılması barədə razılığa gəldiklərini bildirmişdir. Həmin notariat işində olan İddiaçı1 ilə X19 arasında bağlanılmış AN-İ ******* nömrəli 13.02.2007-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə, İddiaçı1 tərəfindən mülkiyyətində olan ünvan 3ədə yerləşən 0,12 ha torpaq sahəsini 13044 manata X2 haqqında bağlanılmışdır. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 14.01.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 4Ə/1-64 saylı notariat işinin 3-5-ci vərəqələrində İddiaçı1 adından X10 adına bağlanılmış olan 13.02.2007-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin 1-2-ci vərəqələrində “satıcı” qrafasındakı imzalar, 3-cü vərəqəsində “satıcı” hissəsindəki “müqavilə ilə razıyam” yazılan və “imzası, soyadı” qrafasındakı imza “İddiaçı1A” yazıları- İddiaçı1 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, İddiaçı1 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri ilə ********* nömrəsi ilə qeydiyyata alınmış ona məxsus, seriya MH ******* olan **********83 reyestr nömrəli, 05 oktyabr 2006-cı il tarixində qeydiyyata alınmış torpaq sahəsini Bakı şəhəri 7 nömrəli notariat kontorunda AN-İ ******* nömrəli 13 fevral 2007-ci il tarixli alğı-satqı müqaviləsi ilə 13044 manat pul vəsaiti müqabilində alıcı, iş üzrə Cavabdeh satmışdır. Əmlakı heç bir qanun pozuntusuna yol vermədən, müvafiq əqdə əsasən əldə etmiş, bununla da həmin əmlaka qanunda nəzərdə tutulmuş qaydada mülkiyyət hüquq qazanmış şəxs vicdanlı alıcı hesab edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən mübahisələndirilən, Bakı şəhəri 7 nömrəli notariat kontorunda rəsmiləşdirilmiş AN-İ 00104528 nömrəli 13 fevral 2007-ci il tarixli alğı-satqı müqaviləsinin iddia müddətinin axımı 13 fevral 2013-cü il tarixində bitmişdir və iddia müddəti hansı üzürlü səbəblərə görə təxminən səkkiz il müddətində ötürüldüyü ilə əlaqədar iddiaçılar tərəfindən məhkəməyə heç-bir sübut təqdim edilməmişdir.Oudr ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbinə əsaslanaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-13/2021 saylı 18.01.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı saxta alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin və torpaq sahəsində olan evin boşaldılması, saxtakarlıq cinayət ünsürlü hərəkərtlər barədə xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Həmin iş üzrə iddia ərizəsi 13.02.2018ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İşin araşdırılmış hallarından görünür ki, mübahisə predmetinə daxil olan Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi B-774 saylı sahə (0,12 ha ibarət olan torpaq sahəsi) əvvəllər iş üzrə İddiaçı1 məxsus olmuş, həmin torpaq sahəsi notarial qaydada bağlanılmış alğısatqı müqaviləsi əsasında cavabdeh Qədimov “Qədimbəyli” İlham Ənvər oğluna satılmış, iş üzrə keçirilmiş xətşünaslıq ekspertizasına əsasən həmin alğı-satqı müqaviləsində olan imza İddiaçı1 məxsusdur. İşin mübahisələndirilən halları isə ondan ibarətdir ki, mübahisə predmetinə daxil olan ünvan 3ə əvvəllər Mərdəkan qəsəbə soveti tərəfindən 1987-ci ildə İddiaçı2 verilmiş, sonradan həmin torpaq sahəsi İddiaçı1 adına rəsmiləşdirilmiş və İddiaçı1 razılığı və məlumatı olmadan həmin torpaq sahəsi cavabdehə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsin əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsiə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə, həmin əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əşyanın alğı-satqısı müqaviləsi isə satıcı mülkiyyətində olan daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi barədə öhdəlik götürməsindən, alıcının isə əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməsi barədə öhdəlik götürməsindən ibarətdir. İş üzrə İddiaçı1 tələbinin əsası mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olmamasından və cavabdehlə arasında həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmamasından ibarət olmasına baxmayaraq işin araşdırılmış hallarından görünür ki, dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi B-774 saylı sahə, 12 sot olan torpaq sahəsi ona məxsus olmuş və o, həmin torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən iş üzrə cavabdehə satmış, həmin alğı-satqı müqaviləsində olan imza, iş üzrə keçirilmiş ekspert rəyinə əsasən onun tərəfindən imzalanması təsdiq olunmaqla, onun həmin alğı-satqı müqaviləsinin bağlanılmasında iradə ifadəsinin olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə İddiaçı1 ilə cavabdeh İlham Qədimov arasında Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi B-774 saylı sahəyə dair qanunvericiliyə uyğun qaydada AN- İ ******* nömrəli 13.02.2007-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Eyni zamanda aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, AN-İ ******* nömrəli 13.02.2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün qeyd olunan maddələrdə göstərilmiş şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə AN-İ ******* nömrəli 13.02.2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Belə ki, mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə - Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmçinin məhkəmə qeyd olunan maddələrin tələblərini nəzərə alaraq qeyd edir ki, AN-İ ******* nömrəli 13.02.2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün həmin müqavilənin bağlanması üçün məcbur edilməsi, aldadılması, yanlış məlumat verilməklə fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədilə, zorakılıq və ya hədələmə yolu ilə məcbur etmə, yanılmanın təsiri altında bağlanılması halları da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi B-774 saylı sahəyə dair AN-İ ******* nömrəli 13.02.2007-ci il tarixli alğı-satqı müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müəyyənləşdirilmiş şərtlərinin pozmaqla bağlanılması müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı2 hazırki iddia tələbinin qaldırması üçün müvafiq subyektiv hüquqa da malik deyildir. Belə ki, ona aid hissədə iddia tələbi mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olması ilə əsaslandırılsada həmin torpaq sahəsinin ona məxsus (əvvəllər ona məxsus) olması barədə hər hansı bir hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmiş və işin araşdırılması zamanı da müəyyən edilməmişdir. Qeyd olunanlardan başqa məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2ci maddəsinin tələblərinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsi ilə əlaqədar aşağıdakılar qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. Belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Çünki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti isə tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən onunla cavabdeh arasında bağlanılmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırması üçün həmin müqavilənin etibarsızlığı ilə bağlı hüququnun həyata keçirilməsi ilə bağlı müddəti (hüquq sahibinin hərəkətsiz qalması ilə) ötürmüşdür. Belə ki, mübahisə predmetinə daxil olan torpaq sahəsinə dair alğı-satqı müqaviləsi İddiaçı1 ilə X19 arasında 13.02.2007-ci il tarixdə bağlanılmış, həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə əvvəl 13.02.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir (həmin iddia ərizəsi məhkəmə qərardadı ilə baxılmamış saxlanılmışdır). Bu hal özü də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərinin təsiri altına düşür. Odur ki, iddia tələbi iddia bu baxımdan da təmin edilə bilməz. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı1 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh Qədimov (Qədimbəyli) İlham Ənvər oğluna qarşı alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin və həmin torpaq sahəsində olan evin əmlakları ilə birlikdə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı1 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-160/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-160/2022
19.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver