Məhkəmə qərarları › İş №2(003)-1609/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1609/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1609/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs* maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs* maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək AZ-İİ seriyalı, 396470 nömrəli ölüm haqqında şəhadətnamənin, İ-ИЕ seriyalı, 34*867 nömrəli evlənmək haqqında şəhadətnamənin əri, xx.xx.*935-ci il təvəllüdlü Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.*945-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. *4 sentyabr *962-ci il tarixdə o, Maraqlı şəxs2 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onun həyat yoldaşı 24.**.2023-cü il tarixdə ölmüşdür. Bu ölüm haqqında akt qeydləri kitabında 05.*2.2023-cü il tarixdə **28 № ilə qeyd edilmişdir. O, maraqlı şəxsə müraciət edərək subaylıq haqqında arayış almaq istəmişdir. Lakin maraqlı şəxs qeyd edilən sənədi ona verməkdən imtina edərək bildirmişdir ki, onunərinin doğum haqqında akt qeydləri kitabında soyadı “Sətdarov”, nikah haqqında akt qeydində “Subhanov”, ölüm haqqında akt qeydində “Sübhanov” yazılmışdır. Ona bildirilmişdir ki, təqdim olunan aktlar arasında ziddiyyət olduğundan şöbə tərəfindən müvafiq süzəlişin edilməsi mümkün deyil. Onun mərhum ərinin şəxsiyyət vəsiqəsində və ölüm haqqında akt qeydində soyadı Sübhanov kimi qeyd edilmişdir. AZ-İİ seriyalı, 396470 nömrəli ölüm haqqında şəhadətnamənin və İ-ИЕ seriyalı, 34*867 nömrəli evlənmək haqqında şəhadətnamənin onun ərinin şəxsiyyət vəsiqəsinə uyğunlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) *85.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.*935-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*945-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Vənəndaşlıq vəziyyəti aktları qeydiyyatı bürosu tərəfindən verilmiş İ-ИЕ seriyalı, 34*867 nömrəli evlənmək haqqında şəhadətnamənin və Bakı şəhəri Maraqlı şəxs* tərəfindən verilmiş AZ-İİ seriyalı, 396470 nömrəli ölüm haqqında şəhadətnamənin Maraqlı şəxs2 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı bürosu tərəfindən verilmiş İ-ИЕ seriyalı, 34*867 nömrəli evlənmək haqqında şəhadətnamənin və Bakı şəhəri Maraqlı şəxs* tərəfindən verilmiş AZ-İİ seriyalı, 396470 nömrəli ölüm haqqında şəhadətnamənin xx.xx.*935-ci il tarixdə doğulmuş, 24.**.2023-cü il tarixdə vəfat etmiş Maraqlı şəxs2 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 2*6-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı bürosu tərəfindən verilmiş İ-ИЕ seriyalı, 34*867 nömrəli evlənmək haqqında şəhadətnamənin və Bakı şəhəri Maraqlı şəxs* tərəfindən verilmiş AZ-İİ seriyalı, 396470 nömrəli ölüm haqqında şəhadətnamənin xx.xx.*935-ci il tarixdə doğulmuş, 24.**.2023-cü il tarixdə vəfat etmiş Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar