Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1625/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 cəlb edilməklə xx.xx.1999-cu il tarixli, 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” Abşeron Rayon İcra Hakimiyyəti üzrə çıxarışın və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli, 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” əmrdən çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozunda fərdi yaşayış evinin tikintisi məqsədilə ona torpaq sahəsi ayrılmışdır. 0,05 a torpaq sahəsi ərizəçinin, yəni Ərizəçi adına ayrılmışdır. Həmin torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə yaxınlaşmış və arxiv sənədlərində Ərizəçi M. oğlu qeyd olunduğundan ona sənədlərdə uyğunsuzluq olduğu bildirilmişdir. Bu səbəbdən də evin sənədləşdirilməklə ərizəçinin adına sənədin verilməsi mümkün deyil. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 xx.xx.2024-cü il tarixli, 1-2-28/2- 383/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli, 28 saylı əmrə əsasən fərdi mənzil tikintisi üçün 1-2243 saylı kodla Ərizəçi 0,05 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Verilən cavabdan görünür ki, texniki səhv olaraq atasının adı M. qeyd edilmişdir. xx.xx.1999-cu il tarixli, 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamından görünür ki, Ərizəçi, yəni ərizəçiyə 0,05 ha hektar torpaq sahəsi ayrılmışdır. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, onun atasının adı arxiv sənədlərində səhvən “M.” kimi qeyd edilmişdir. Lakin ona məxsus bütün sənədlərdə şəxsiyyəti Ərizəçi qeyd edilmişdir. Odur ki, ərizəsinin təmin edilməsi və sözügedən sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X-ЖГ № 307237 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X6 olan Ərizəçi xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Havuş kəndində anadan olmuş və bu barədə 27 iyul 1984-cü il tarixdə 28 saylı akt qeydi ilə qeyd olunmuşdur. İş materiallarında olan İİİ-ЖГ № 250566 saylı, 25 aprel 1983-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2 arasında nikah xx.xx.1983-cü ildə Naxçıvan MSSR, İliç rayonu, Axura kənd icra nümayəndəliyində 04 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ər “Abbasov”, arvad “Abbasova” soyadını götürmüşlər. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 130 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış massivində qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 25 iyun 2024-cü il tarixli, 1-2-28/2-383/2024 saylı məktubdan görünür ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük sovxozu) 21 may 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən fərdi mənzilin tikintisi üçün 1- 2243 saylı kodla Ərizəçi M. oğluna 0,05 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim edilən sənədlərdə Ərizəçi, arxivdə isə Ərizəçi M. oğlu qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində ata adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli, 28 saylı əmrdən çıxarışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncam, Tərəvəzçilik-Südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi 0,05 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti qərara aldı: - Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cü il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislər verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınsın. - Vətəndaş Ərizəçi 0,05 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilik-Südçülük Sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cü il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın. - Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,05 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 12 mart 2025-ci il tarixli, 1-2-28/2-114/2025 saylı məktubdan görünür ki, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük sovxozu) 21 may 2003-cü il tarixli, 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolundan çıxarışın, arxiv kitabında Ərizəçi M. o-nun adı qeyd olunmuş səhifənin (32-ci səhifədə 2-ci sətir) surəti təqdim edilmişdir. Həmin sənəddə 2243. Abasov Yadigar M. o. 0,05 qeydi edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin adı, soyadı və ata adı doğum haqqında şəhadətnamədə, eləcə də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük sovxozu) 21 may 2003cü il tarixli, 28 saylı əmri və Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamında Ərizəçi kimi göstərilsə də, lakin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 kitabının 32-ci səhifəsinin 2-ci sətirində Ərizəçi M. o. kimi qeyd edilmişdir. Ərizəçinin adının, soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının ata adında olması Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 kitabının 32-ci səhifəsinin 2-ci sətirində olması Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük sovxozu) 21 may 2003-cü il tarixli, 28 saylı əmri və Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamının Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Məhkəmə qeyd edir ki, həm doğum haqqında şəhadətnamədə, həm Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük sovxozu) 21 may 2003-cü il tarixli, 28 saylı əmrdə, eləcə də Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamında ərizəçinin adı, soyadı və atasının adı Ərizəçi kimi qeyd olunmuşdur. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, xx.xx.1999-cu il tarixli, 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” Abşeron Rayon İcra Hakimiyyəti üzrə çıxarışın və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli, 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” əmrdən çıxarışın Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixli, 096 nömrəli “vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında” Abşeron Rayon İcra Hakimiyyəti üzrə çıxarışın və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli, 28 nömrəli “vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” əmrdən çıxarışın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1625/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1625/2025
07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver