Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1647/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məcburi pay almaq hüququndan məhrumetmə tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01.07. 2017-ci il tarixli RX Siriyalı ******* nömrəli dövlət reyestrindən “Cıxarış”a əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Onun doğma övladları olan ocavabdehlər həmin mənzildə doğulmuşlar, mənzil və mülki qanunvericiliyin müdəalarına görə mənzildən istifadə hüququna malikdirlər. Son zamanlar onun iddiaçılarla birgə yaşaması qeyri-mümkün olmuşdur. Cavabdehlər onun mülkiyyət hüquqlarına qəsd ediblər, hədə-qorxu gələrək onu mənzilinə buraxmırlar, mütəmadi olaraq onu döyüb fiziki və mənəvi işgəncələr verməklə onu evindən didərqin salmışlar. O, dəflərlə polisə şiklayət edib cavabdehlərin qanunsuz əməllərinin qarşısının alınması tətbiq görülməsini xahiş etmiş, lakin hec bir ciddi tədbir görülməmişdir. Lakin, sonda məhkəmənin qərarına əsasən cavabdehlər yalnız inzibati məsuliyyətə cəlb edilmişlər. Cavabdehlər inzibati məsuliyyətə cəlb edilsələr də bundan nəticə çıxarmamışlar, islah olunmamışlar, mülkiyyət hüquqlarını pozmaqda davam etmişlər, bu günə kimi evimə qayıda bilmir. Cavabdehlər ona qarşı etdikləri qanunsuz əməllərinə görə, yəni ləyaqətsiz vərəsələr olduqları görə mən onları vərəsəlik hüququndan bütövlüklə məhrum etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlərr. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı etiraf etməməklə bildirmişlər ki, əvvəllər ataları ilə münasibətləri yaxşı olmuşdur. Anaları öldükdən sonra bibiləri Zöhrə ataları ilə münasibətini yaxşılaşdırmış və bibilərinin təzyiqi altında ataları onları evdən məhrum etmək istəyir. Bilirlər ki, ataları Rostov şəhərində yaşayır. Mübahisəli evdən məcburi pay almaq hüquqları olduğu halda onları bundan məhrum etmək niyyətindədir. İnzibati həbslə bağlı hadisə olmuşdur həmin hadisə ilə bağlı inzibati qaydada həbs edilmişlər. Lakin bunların hamısı bibiləri Zöhrə tərəfindən təşkil edilmişdir. Atalarını evə hər zaman buraxmışlar yalnız iki bibilərini evə daxil olmalarına maneə yaratmışlar. İnzibati qaydada həbsdə olan vaxtı bibisi evdə olan avadanlıqları evdən çıxarmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan əlyazma vəsiyyətnamənin surətindən görünür ki, həmin vəsiyyətnamə İddiaçı tərəfindən 24.12.2017-ci il tarixdə saat 13:19-da tərtib edilmişdir. Həmin vəsiyyətnamədə göstərilmişdir ki, ünvan 2-də yaşayan İddiaçı harada və nədən ibarət olmasından asılı olmayaq onun ölümü anına məxsus olan əmlakını ünvan 2 ünvanda yaşayan X4, Rusiya Federasiyası, Rostov-na-Donu şəhəri, Bolşaya Sadovaya küçəsi, ev 8, mənzil 1a ünvanda yaşayan Rusiya Federasiyasının vətəndaşı, X5, Rusiya Federasiyası, Bataysk şəhəri, Reçnaya küçəsi, ev 111, mənzil 284 ünvanda yaşayan X3, Rusiya Federasiyası, Rostov-na-Donu şəhəri, Puşkinskaya küçəsi, ev 77, mənzil 20 ünvanda yaşayan X1 vəsiyyət etmiş, oğulları Cavabdeh2 Valentin oğlu və Cavabdeh1 Valentin oğlunu isə mirasdan məhrum etmişdir. İş materiallarında olan 01.07.2017-ci il tarixdə DƏDRX tərəfindən verilmiş RZ seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli 3(003)-37/2018 və 3(003)-38/2018 saylı qərarlarının surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycam Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələrində təqsirli bilinərək barələrində 30 gün müddətə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçının övlad kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyini, ona qarşı laqeydlik nümayiş etdirdiyini və onu döydüyünü irəli sürməklə onların məcburi pay almaq hüququndan məhrumedilməsini tələb etməkdədir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının öz iddiasının hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 1203-cü maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13.12.2011 -ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. miras əmlakdan aşağıdakı hallardan biri mövcud olduqda məhrum edə bilər: əgər varis miras qoyanın, onun həyat yoldaşının və ya digər varisin həyatına qəsd edərsə; vərəsə qəsdən miras qoyana və yaxud onun həyat yoldaşına münasibətdə sərt rəftar edərsə (bu o halda qəbul olunur ki, vərəsə miras qoyan şəxsin nəslinin nümayəndəsi olsun); vərəsə miras qoyana və yaxud onun həyat yoldaşına münasibətdə cinayətdə və yaxud hər hansı digər hüquqa zidd əməldə təqsirli sayılarsa; vərəsə miras qoyanın saxlanılması ilə əlaqədar qanunla onun üzərinə qoyulmuş vəzifələrini kobudcasına pozarsa; vərəsə miras qoyanın iradəsinə zidd olaraq şərəfsiz və əxlaqsız həyat sürərsə. Göründüyü kimi, Mülki Məcəllənin 1203- cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələblə bağlı müvafiq subyektiv hüquqa malik olduğu kimi, oğullarının, yəni hazırki iş üzrə cavabdehlərin ona qarşı yol verdiyini iddia etdiyi əməllər yəni qanuni qüvvədə olan sonuncuların iddiaçını (atalarını) döymələrinə dair İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi (157-ci maddə döymə) ilə təqsirli bilinmələri və təhbeh tədbirlərinin barələrində tətbiq edilməsi barədə məhkəmə qərarları ilə təsdiq olunmuşdır. Bu isə iddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir. Belə olan halda məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı münasibətdə məcburi pay almaq hüququndan məhrum edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı münasibətdə məcburi pay almaq hüququndan məhrum edilsinlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1647/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1647/2021
01.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver