Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1647/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 63-ə aid Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1973-cü il tarixli “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 63-ə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1973-cü il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport mərhum əri X8 məxsus olmuşdur. Bakı şəhəri 31 saylı DNK-nın 04 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, 0*.02.199*-ci il tarixdə vəfat etmiş X7 miras qalmış ünvan 1 ünvanında fərdi yaşayış evinə və onun həyatyanı torpaq sahəsinə dair vərəsə Ərizəçidır. Mərhumun adına hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi xahiş olunmuşdur. DƏDRX-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportda hüquq sahibi barədə məlumat qeyd olunmamış, İdarənin arxivində mövcud olan texniki pasportun nüsxəsində isə ata adı qeyd olunmamışdır. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin mərhum ərinə məxsus olmaşı faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Minarə gəlin gəldiyi gündən onu tanıyır, 14 yaşından orda yaşayır, Minarəni.*3 ildir tanıyır Mərhum Məmmədəli ilə qonşu olub, mərhum cavan rəhmətə gedib. Ərizəçi *0 ildən çoxdur ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, 1978-ci ildə Ərizəçi qonşusudur. X17 tanıyıb. Məmmədəli Məmmədov cavan yaşlarında ölüb. Ərizəçi *0 ildən çoxdur ki, i qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 18*.*-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 30*.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respubliası Əmlak X22 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, hüquq sahibi mərhum X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 63 yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə tərəflərindən baxılmış, müraciətlə əlaqədar olaraq bildirirlər ki, təqdim edilən Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportda hüquq sahibi barədə məlumat qeyd olunmamışdır, həmçinin, idarənin arxivində mövcud olan texniki pasportun nüsxəsində isə ata adı qeyd edilməmişdir. Bundan başqa fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmadığını bildirmişdirlər. İş materiallarında olan Azərbaycan Respubliası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavinin ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli R-29-092 saylı məktubundan aydın olur ki, 2487 saylı, xx.xx.1999-cu il tarixli sərəncamda atanızın adı Cəmşid əvəzinə Cümşüd kimi düzəliş edilməsi barədə Xəzər Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizənizə baxılmışdır. Bildirir ki, ərizəyə əlavə edilmiş arxiv sənədindən əlavə digər 2 nüsxədən ibarət təsdiq olunmuş sərəncam olmadığından, eyni zamanda arxiv sənədində şəxsi məlumatlar həqiqəti əks etdirmədiyindən və qeyd olunan sərəncam ilə ayrılmış torpaq sahəsinin harada yerləşməsi ilə bağlı məlumat olmadığından müraciətinizdə qeyd edilən məsələyə baxılması mümkün olmamışdır. İş materiallarında olan Artyomov rayonu xx.xx.1966-cı il tarixli müqavilədən görünür ki, Artyomov rayon X* İcraiyyə komitəsinin kommunal təsərrüfat şöbəsi, 3 yanvar 1966-cı il tarixdə Artyomov rayon X* İcraiyyə komitəsi tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərən şöbə müdiri Mirzəyev R.K. təmsilçiliyi ilə Artyomov rayon X* İcraiyyə komitəsinin 24 dekabr 196*-ci il tarixli qərarına müvafiq olaraq “İnşaatçı” X8 Binə qəsəbəsi, Əfəndiyev küçəsi, *1 ünvanda yerləşən, ön tərəfdən 2,0 m., arxa sərhəd 2,0 m., sağ sərhəd 19,30 m., sol sərhəd 19,30 m., ümumi sahəsi 42* (dörd yüz iyirmi beş) kv.m. olan, təsdiq edilmiş 22.2.1966-cı il tarixli 1-12*-2a nömrəli layihəyə tam şəkildə uyğun olaraq həyətyanı tikililərlə birlikdə 378,37 kv. m. ölçülü 2 otaqlı, bir mərtəbəli daş evin tikintisi üçün əlavə edilmiş planda aydın göstərilmiş torpaq sahəsindən müddətsiz istifadə hüququ verir. İş materiallarında olan evlənmək (nikah) haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Məmmədəli Xanəli oğlu ilə xx.xx.1970-ci ildə Bakı şəhəri Əzizbəyov Rayon VVAQ bürosunda rəsmi nikaha daxil olmuşlar və bu nikah 13 sayla qeydə alınmışdır. İş materillarında olan Əzizbəyov Rayon Zəhmətkkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 29 noyabr 1972-ci il tarixli “Binə qəsəbə X* İcraiyyə komitəsinin “fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında qərarın müddətinin uzadılması barədə” qərarının təsdiq edilməsi haqqında” qərarından çıxarışdan görünür ki, Əzizbəyov rayon X11 İcraiyyə Komitəsi qeyd edir ki, vətəndaş X8 fərdi yaşayış evinin ükilməsi üçün 24 dekabr 196*-ci il tarixdə 21 nömrə ilə torpaq sahəsi ayrılmışdır. Maddi çətinliklər səbəbindən o, yaşayış evinin tikintisini bitirə bilməmişdir. Əzizbəyov rayon X11 İcraiyyə Komitəsi Binə qəsəbə X* İcraiyyə Komitəsinin xx.xx.1972-ci il tarixli və 27.11. tarixli 21 və 22 nömrəli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə qərarın müddətinin uzadılması haqqında” qərarı təsdiq edilsin. Məmmədov Məmnmədəli xanəli oğluna 24.12.196*-ci il tarixli 21 nömrəli qərara müvafiq olaraq fərdi yaşayış evinin tikintisini xx.xx.1973-cü il tarixədək bitirməsinə icazə verilməsi, tikintiyə nəzarət Binə qəsəbə X* İcraiyyə komitəsinin nümayəndəsinə və RDİŞ həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 0*.02.199*-ci il tarixdə sağ ayağının diabetik qanqrenası səbəbindən ölmüşdür. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun sürətindən görünür ki, Əzizbəyov rayonu, Binə qəs., Efendiyev küç., ev 63 ünvanında yerləşən evin sahibi X23. İş materiallarında olan elektron məlumat çıxarışından görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 03.1978-ci il tarixində başlanmış ünvan 4 ünvanında yerləşən evin Ev X3 adına açılmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.*). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1973-cü il tarixli “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X1 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1973-cü il tarixli “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun xx.xx.1939-cu ildə Lənkaran rayonunda doğulmuş X8 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 30*, 307, 3*8, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1973-cü il tarixli “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X1 məxsus olması fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1647/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1647/2022
10.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver