Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1658/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 3001.65 manat məbləğin abonentin hesab kodundan silinməsinə və borca görə tutulmuş 608.0 manat məbləğin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 rayonu, Binə qəsəbəsi, Xaqani küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla yaşayır, ünvan 1ında yerləşən fərdi yaşayış evi isə iddiaçının qonşusuna aiddir. 2012-ci ildə «Azərlqaz» İB tərəfindən iddiaçının ünvanına onun iştirakı ilə küçədə G-4 itron-smart tipli sayğac quraşdırılmış, lakin müqavilə bağlanmamış, yalnız xx.xx.2018-ci ildə onlar arasında müqavilə bağlanılmışdır. Müqavilə bağlandıqdan 1 gün sonra, Cavabdeh İB tərəfindən abonentin, onun ailə üzvlərinin və ya qonşularının iştirakı olmadan guya, sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, guya həmin xətt ləğv edilmiş və qeyd olunan faktla bağlı itirilmiş qazın dəyərinin hesablanmasına dair ******* №- li akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə məxsus olmamışdır. ******* №-li akt ünvan 2 ünvanına aid olsa da, əsassız olaraq iddiaçının abonent koduna borc hesablanmışdır. 2018-ci ildə Cavabdeh İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək 4579.00 manat məbləğin X2 tutulması xahiş edilsə də, Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)- 1056/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş və yalnız 447.80 manatın ondan tutulması qət edilmişdir. Cavabdeh İB daha sonra xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2020-ci ilə qədər abonentin iştirakı təmin edilmədən guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair ümumilikdə 21 akt tərtib etmiş, həmin aktlarda abonentin imza etməkdən imtina olunması qeyd olunmuşdur. Abonentin iştirakı təmin edilməyibsə, o, Aktları imzalamaqdan necə imtina edə bilər? Cavabdeh qaz xəttinə abonent tərəfindən sayğacdan kənar qoşulma faktını sübut etmədən abonentin hesab koduna əsassız olaraq 3001.65 manat borc yazılmışdır. Halbuki iddiaçı tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş, heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə və sayğacın işlək vəziyyətdə olmasına abonent nəzarət etmir və əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları hər ay qaz xəttinə baxış keçirir və belə bir halın nəzarətçinin gözündən yayınması da mümkün deyil. Həmin aktlar abonentin, onun ailə üzvlərinin və ya qonşularının iştirakı olmadan tərtib edilmiş, onlar tərəfindən imzalanmamış, aktın surəti onlara təqdim olunmamış və ümumiyyətlə onların bu aktlardan xəbəri olmamışdır. Ona görə həmin aktlar mötəbər, əhəmiyyətli sübut sayıla bilməz. Qeyd olunmalıdır ki, təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, o zaman qaz kəmərinə birləşmə olmalı idi və həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə də aşkar olunmalıdır, yəni qaynaq izləri qalmalıdır. Cavabdeh İB tərəfindən tərtib olunmuş 21 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalı olduğundan, bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Bundan əlavə guya uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) cavabdehin bu fakt barədə tədbir görmədən, hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni Aktlar tərtib etməsi də həmin aktların mötəbərliyi barədə şübhə yaradır. İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilə qədər 12500 m3 təbii qazdan istifadə etmiş, 1377 manat ödəniş etmiş, ödədiyi məbləğlərdən əsasız borca görə 608 manat tutulmuşdur. Göründüyü kimi Cavabdeh İB imzasız, qeyri-qanuni tərtib etdiyi aktlarla abonentdən dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Ona görə iddia tələbi tam təmin edilməlidir.
3. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında, Azəriqaz tərəfindən hesablanmış borcun əsassız olması, əvvəl də eyni mövzu ilə əlaqədar məhkəməyə müraciət edildiyini, məhkəminin qətnaməsi ilə 4100 manat məbləğində borcun silindiyini, daha sonra Qaz idarəsinə getdiyini və ona 1100 manat məbləğində əlavə borcunun olması deyildiyini, sonrakı 5 ay müddətində həmin borc barədə ona bildiriş gəldiyini, amma 6-cı ay 3400 manat məbləğində borcunun olması barədə ona bildiriş gəldiyini, eyni mövzu ilə əlaqədar yenə qaz idarəsinə getdiyini, borcun yaranma səbəbi olaraq ona qıraqdaki borc olduğunun deyildiyini, idarənin əməkdaşlarının heç özlərinin də borcun yaranma səbəbini başa düşmədiklərini əlavə etmişdir. O, hər dəfə karta qazdan istifadə etmək üçün ödəniş etdiyini, lakin ödənişin yarısının borca çıxdığını, ondan 608 manat pul tutulduğunu, bundan öncə də eyni mövzu ilə əlaqədar 1-ci instansiya məhkəməsində və Apellyasiya məhkəməsində onun xeyrinə qərar çıxarıldığını bildirmişdir.
5. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbinin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. O, izahatında həmçinin, iddiaçıya məxsus fərdi yaşayış evində yerləşdirilmiş sayğaca və qaz xəttinə mütəxəssislər tərəfindən baxış keçirilərkən qanunsuz qoşulma hallarının aşkar edildiyini, kənar xəttin qaynaq vasitəsilə ayrıldığını, bu faktların aktlarla rəsmiləşdirildiyini, aktların iddiaçı tərəfindən imzalamaqdan imtina edildiyini, keçirilmiş ekspertizanın rəyi ilə razı olmadığını, ekspertin işə səthi yanaşdığını, birliyin əməkdaşlarının ekspertizanın keçirilməsinə cəlb olunmadığını, rəyin qeyri-obyektiv olduğunu bildirmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. 13.02.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********20000, ünvan ünvan 3ipi Zenner G-4T Smart, nömrəsi **********067 və həmin abonent koduna 02/2025-ci il tarixinə 3001,65 manat borc mövcuddur.
7. xx.xx.2018-ci il tarixli (0150515 saylı) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın (bundan sonra – Akt) və həmin tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin (bundan sonra – tələbnamə) surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 16 günlük hesabat aparılaraq 758 m3 qaz itkisinə görə 388.8 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
8. 20.04.2018-ci il tarixli (0153964 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 gün hesabat aparılaraq 1422 m3 qaz itkisinə görə 284.4 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
9. 31.07.2018-ci il tarixli (0176282 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 60 günlük hesabat aparılaraq 1332 m3 qaz itkisinə görə 266.4 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
10. xx.xx.2018-ci il tarixli (0187330 saylı) Akt və xx.xx.2018-ci il tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 90 günlük hesabat aparılaraq 1998 m3 qaz itkisinə görə 199.8 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
11. 30.11.2018-ci il tarixli (0190818 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 1422 m3 qaz itkisinə görə 142.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
12. 28.12.2018-ci il tarixli (0193912 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 1422 m3 qaz itkisinə görə 142.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imza yoxdur).
13. 31.01.2019-cu il tarixli (0198306 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 1422 m3 qaz itkisinə görə 142.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
14. 28.02.2019-cu il tarixli (0204841 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 1422 m3 qaz itkisinə görə 142.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
15. 29.03.2019-cu il tarixli (0210043 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 1422 m3 qaz itkisinə görə 142.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
16. 30.04.2019-cu il tarixli (0216212 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 1422 m3 qaz itkisinə görə 142.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
17. 30.05.2019-cu il tarixli (0218148 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 324 m3 qaz itkisinə görə 32.4 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
18. 28.06.2019-cu il tarixli (0227154 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 324 m3 qaz itkisinə görə 32.4 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
19. 31.07.2019-cu il tarixli (0228888 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 324 m3 qaz itkisinə görə 32.4 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
20. 30.08.2019-cu il tarixli (0235330 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 324 m3 qaz itkisinə görə 32.4 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
21. 30.09.2019-cu il tarixli (0238822 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 324 m3 qaz itkisinə görə 32.4 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
22. 30.10.2019-cu il tarixli (0238959 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 324 m3 qaz itkisinə görə 32.4 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
23. 29.11.2019-cu il tarixli (0252407 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 1422 m3 qaz itkisinə görə 142.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
24. 30.12.2019-cu il tarixli (0263711 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 2952 m3 qaz itkisinə görə 295.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
25. 30.01.2020-ci il tarixli (0198306 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 2952 m3 qaz itkisinə görə 295.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
26. 28.02.2020-ci il tarixli (0270968 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 2952 m3 qaz itkisinə görə 295.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
27. xx.xx.2020-ci il tarixli (0275888 saylı) Akt və tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 2952 m3 qaz itkisinə görə 295.2 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamışdır (imzalamaqdan imtina etdiyi qeyd edilib).
28. Foto-şəkillərdən görünür ki, qaz sayğacının və qaz boru xəttinin fotoşəkilləri akta əlavə edilmişdir. Lakin Aktlar fərqli tarixlərə aid olsa da, onların hamısına eyni fotoşəkillər əlavə edilmişdir.
29. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində görünür ki, iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2016-2018-ci illərə dair vurulan zərərə görə 4579 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4609 manat borcun tutulmasını tələb etmiş, lakin qətanmə ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 437.80 manat borc və 10 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 447.80 manat pul tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir.
30. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1658/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadında görünür ki, ünvan 4 ünvanında (kod **********20000) yerləşən mənzilə təbii qazın verilməsinin dayandırılması və Smart-kartdan tutulmaların aparılması Cavabdeh İB-nə qadağan edilmişdir.
31. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/624 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahdə edilməmişdir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
33. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
34. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
37. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:
38. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
39. 4.1-ci maddəsinə əsasən, istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir.
40. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:
41. 1.3 və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
42. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
43. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
44. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
45. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
46. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.
47. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin möqeyi:
48. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
49. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən xx.xx.2018–xx.xx.2020-ci il tarixləri aralığında müxtəlif tarixli Akt və tələbnamələr əsasında iddiaçıya sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə edildiyi əsası ilə borc hesablanmış və bu borc məbləğləri iddiaçının abonent saldosuna daxil edilmişdir. İddiaçı qaz sayğacına və qaz xəttinə heç bir müdaxilə edilmədiyini, qaz sayğacının küçədə yerləşdiyini, yoxlama zamanı və aktlar tərtib edilərkən ümumiyyətlə onun və ya ailə üzvlərinin iştirakının təmin edilmədiyini, yoxlama barədə ona heç bir məlumat verilmədiyini, yalandan aktı imzalamqdan imtina etdiyinin qeyd edildiyini, həmin aktların surətinin ona təqdim edilmədiyi və onlardan xəbəri olmadığını, həmin aktların mötəbər, əhəmiyyətli sübut sayıla bilməyəcəyini, qaz kəmərinə birləşmə olmuşdusa həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik iz və zədə də aşkar olunmalı olduğunu, halbuki belə bir müdaxilənin olmadığının keçirilən məhkəmə ekspertizası ilə də təsdiq olunduğunu, qaz xəttinə abonent tərəfindən sayğacdan kənar qoşulma faktını sübut etmədən əsassız olaraq borc yazıldığını, abonent saldosuna daxil edilmiş borc məbləği barədə cavabdeh quruma müraciət etdiyini, lakin Cavabdeh İB-nin əməkdaşlarının da hesablanmış borc məbləğinin yaranması ilə əlaqədar ağlabatan məlumat vermədiklərini, sayğacdan kənar qaz xəttinin çəkilməsi halının həqiqətən mövcud olduğu sübuta yetirilibsə, bu faktın iddiaçı tərəfindən həyata keçirilməsi və onun təqsirliliyi sübuta yetirilmədən əsassız və qanunsuz olaraq borc hesablandığını iddia edərək, həmin borcun silinməsini və borca görə ondan tutulmuş məbləğin qaytarılmasını xahiş edir.
50. Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni Cavabdeh İB-nin üzərinə düşür.
51. Əvvəla, qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə təqdim etməlidir. Halbuki, cavabdeh tərəfindən tərtib olunmuş aktın bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. (§ 37) Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. (§ 46) Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktların heç birində iddiaçının imzası yoxdur və bütün aktlarda onun adının qarşısında “imtina etdi” qeyd edilmişdir. (§ 7-27) Habelə cavabdeh məhkəmə iclasında iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini sübuta yetirə bilməmişdir. Habelə aktlar fərqli tarixlərə aid olsa da, onların hamısına eyni fotşəkil əlavə edilmişdir. (§ 29) Beləliklə, məhkəmə araşdırması ilə abonentin (iddiaçının) keçirilən yoxlamalardan və tərtib edilən aktlardan məlumatlı olmadığı müəyyən edilir.
52. Digər tərəfdən, iddiaçı barəsində cavabdeh tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək olan müddət ərzində 21 akt tərtib edilmişdir. Hətta bu aktlardan 18 ədədi davamlı olaraq hər ay üzrə tərtib edilmişdir (xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək) (§ 10-27) və bütün aktlarda da abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi qeyd olunmuşdur. Halbuki cavabdeh qurum qanunvericiliyin tələbinə uyğun olaraq təbii qazdan sayğacdankənar istifadə faktı aşkar edilərkən öz statusuna görə bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qaldırmaq. Göründüyü kimi, təbii qazdan sayğacdan kənar istifadə faktı aşkar edildiyi təqdirdə cavabdeh qurum zəruri tədbirlər görməyə borclu olduğu halda, bunları etməmişdir.
53. Bununla yanaşı, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)- 1056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində görünür ki, iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2016-2018-ci illərə dair vurulan zərərə görə 4579 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4609 manat borcun tutulmasını tələb etmiş, lakin qətanmə ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 437.80 manat borc və 10 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 447.80 manat pul tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. (§ 29) Yəni iddiaçı tərəfindən daha əvvəlki dövr üzrə (2016-2018-ci illər üzrə) sayğacdan kənar qanunsuz istifadə halının olmadığı həmin qətnamə ilə də təsdiq edilmişdir.
54. İş üçünü mühüm əhəmiyyət kəsb edən və məhkəmə tərəfindən qiymətləndirilməli olan işin digər faktiki halı sayğacdan kənar qanunsuz qaz xəttinin qoşulub-qoşulmadığıdır. Çünki cavabdeh tərəfindən xx.xx.2018–xx.xx.2020-ci il tarixləri aralığında tərtib olunmuş akt və tələbnamələrlə istehlakçının təbii qazdan sayğacdan kənar çəkilmiş qaz xətti vasitəsilə istifadə etməsi halına istinad edilərək mübahisələndirilən borc məbləği hesablanmışdır. Qeyd edilən faktın müəyyən edilməsi üçün məhkəmə tərəfindən təyin edilərək keçirilmiş məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi halı müşahdə edilməmişdir. (§ 31) Hər nə qədər cavabdeh ekspert rəyi ilə razı olmadığını və təkrar ekspertiza keçirilməli olduğunu qeyd etsə də, ekspert rəyinin əsassızlığına dair hər hansı əsaslı dəlil gətirilməmiş və məhkəmə araşdırması ilə də eksert rəyinin mötəbərliliyini və həqiqiliyini şübhə altına alan hər hansı hal aşkar edilməmişdir. Ona görə ekspert rəyi iş üzrə mötəbər və mümkün sübut kimi qəbul edilməlidir. Həmin ekspert rəyi ilə də iddiaçı (abonent) tərəfindən qaz xəttinə qanunsuz müdaxilə etməsi və sayğacdan kənar xətlərin çəkilməsi halının olmadığı təsdiq olunmuşdur.
55. Beləliklə, cavabdeh qurum tərəfindən iddiaçıya məxsus ünvanda təbii qaz xəttinə kənar qanusuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz iddiaçı tərəfindən edildiyi və iddiaçının təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də qeyd edilən hallar aşkar edilməmişdir. Əksinə, cavabdeh qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar, tələbnamələr və onlara əlavə edilmiş fotoşəkillər (bütün aktlara eyni fotoşəkil əlavə edilib § 29) qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi və yuxarıda qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Belə olan halda şəxsin təqsirli olmadığı əmələ və vurmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu səbəblə məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş həmin akt və tələbnamələr əsasında iddiaçıya hesabanmış zərər (borc) məbləği əsassızdır. Ona görə də iddia tələbi 3001.65 manat məbləğin abonent hesabından silinməsi hissəsində əsaslıdır.
56. Əsassız hesablanmış borca görə iddiaçıdan tutulmuş 608.0 manat məbləğin iddiaçıya qaytarılması tələbinə münasibətdə qeyd olunmalıdır ki, Cavabdeh İB tərəfindən İddiaçı barəsində xx.xx.2018–xx.xx.2020-ci il tarixlərində tərtib olunmuş və iş materiallarına əlavə edilən “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr üzrə hesablanmış və abonent saldosuna qeyd edilmiş borcun məbləği, ümumilikdə 3510 manat (üç min beş yüz on manat) təşkil edir. (§ 7-27) İddiaçının abonent hesabında 02/2025-ci il tarixinə mövcud olan borcu isə cəmi 3001,65 manat təşkil edir. Göründüyü kimi, həmin əsassız akt və tələbnamələr əsasında hesablanmış borca görə iddiaçının etmiş olduğu ödənişlərdən ümumilikdə 508.35 manat (3510–3001.65=508.35) məbləğində pul vəsaiti tutulmuşdur. Qeyd olunan akt və tələbnamələr əsassız olduğu üçün onların əsasında tutulan məbləğlər də əsassız aparılmış sayılmalı və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əsassız hesablanmış borca görə ondan tutulmuş 608 manat məbləğin qaytarılması hissəsində iddia tələbi qismən, yəni məhkəmə araşdırması ilə müəyyən edilən 508.35 manat məbləğ hissəsində təmin olunmalıdır.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, mdəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən əsassız hesablanmış 3001.65 manat (üç min bir manat altmış beş qəpik) borc məbləği abonentin hesab kodundan silinməli və həmin borca görə tutulmuş 508.35 manat (beş yüz səkkiz manat otuz beş qəpik) pul vəsaiti İddiaçı qaytarılmalıdır.
59. Bununla yanaşı, MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia tələbi qismən edildiyinə və iddia tələbinin təmin edilən hissəsinin qiyməti 3510 manat (3001.65+508.35=3510) olduğuna görə dövlət rüsumunun məbləği 55.1 manat (əlli beş manat on qəpik) təşkil edir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi nəzərə alınaraq ödənilməli olan 55.1 (əlli beş manat on qəpik) manat məbləğində dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
60. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 AZN (altmış dörd manat) da Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********20000) təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış 3001.65 AZN (üç min bir manat altmış beş qəpik) məbləğində borc silinsin. Əsassız hesablanmış borca görə tutulmuş 508.35 AZN (beş yüz səkkiz manat otuz beş qəpik) məbləğində pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 55.1 AZN (əlli beş manat on qəpik) dövlət rüsumunun məbləği Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 AZN (altmış dörd manat) Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X4, kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov