Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1661/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ona məxsus Xəzər rayonu, Maştağa-Buzovna yolu, ünvan 1 ünvanda yerləşən ev üzrə (abonent kodu: **********00003) hesablanmış 165,2 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, əvvəllər təbii qazın sayğacı SMART kartla idi, 2024-cü ilin may ayında cavabdeh Azəriqaz” İB tərəfindən sayğac dəyişdirilmiş və sayğac küçəyə quraşdırılmışdır. Həmin ünvanda yaşayış olmadığını ancaq yay aylarında orda yaşadıqlarını buna görə də yazılmış 165,2 manat borcun əsassız olduğunu bildirdi. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X2 məhkəmə iclasında göstərdi ki, sözügedən ev və sayğac Sabunçu rayonunda yerləşdiyi üçün aidiyyət üzrə Xəzər Rayon Məhkəməsində baxılmalı deyil. Bununla bağlı abonent saldosunda və Cavabdeh İB-nin bildirişində ünvanın ünvan 2rdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İş materiallarında olan abonent saldosunun surətindən görünür ki, sözügedən ev və sayğac Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsi – 6710 – 0003 ünvanında yerləşir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, **********00003 nömrəli abonentin ünvanı ünvan 3 İş materiallarına daxil olan xx.xx.2024-cü il tarixli Azəriqaz bildirişindən görünür ki, abonentin ünvanı ünvan 4r. Bununla da məhkəmə hesab edir ki, borcun silinməsi tələb olunan sayğac Sabunçu rayonuna aiddir. Eyni zamanda həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, borcun silinməsi tələb olunan sayğac Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsi – 6710 – 0003 ünvanında yerləşdiyi üçün 2(003)-1661/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 35, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1661/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1661/2025
18.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver