Məhkəmə qərarları › İş №2(003)-1662/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1662/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1662/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 saylı qərarı ilə Qusar rayon Gədəzeyxur kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,44 ha torpaq sahəsinə aid torpağa mülkiyyət hüququna dair dövlət aktının ona məxsus olması faktının müəyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 saylı qərarı ilə (Qusar rayon Gədəzeyxur kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,44 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Döyət Torpaq və Xəritəçəkmə Komitəsində qeydə alınmışdır və TN-0511 KOD 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Baxmayaraq ki, uzun müddətdir ki, ona ayrılmış torpaq sahəsi istifadəsindədir, ancaq hazırda ona məlum oldu ki, qərarda adı düzgün göstərilməmişdir. Adı “Nigar” olan halda sənəddə adı “Zərnigar” kimi qeyd olunmuşdur. Hansı səbəbdən bu səhvə yol verilmişdir ona məlum deyildir. Qeyd etdiyi ziddiyyəti başqa qaydada aradan qaldıra bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli qərarı ilə Qusar rayon Gədəzeyxur kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,44 ha torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququna dair verilmiş JN — 0511 nömrəli (kod ********) 02.10.2002-ci il tarixli dövlət aktının Əzizbəyov (indiki Xəzər) Rayon Polis İdarəsi tərəfindən verilmiş 07.09.2005-ci il tarixli seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verərək, təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayonu Gədəzeyxur icra nümayəndəliyi tərəfindən verilmiş 23.11.1959-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1938-ci ildə Qusar rayonunun Gədəzeyxur kəndində doğulmuşdur. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 12.09.1960-cı ildə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüquqna dair JN-0511 nömrəli (kod ********) Dövlət aktından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25.12.1999-cu il tarixli 14/3 saylı qərarı ilə X1 0,44 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən dövlət aktında Migar Zərnigar olaraq qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 17.02.2021-ci il tarixli **********99 nömrəli məktubunda qeyd edilmişdir ki, DT və XK-si tərəfindən verilmiş JN-0511 KOD 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi ldarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. iş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Polis İdarəsi tərəfindən 07.09.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə Qusar rayonunun Qedezeyxur kəndində doğulmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçiyə məxsus olan doğum haqqında şəhadətnamədə, evlənmək haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində adı Nigar kimi, lakin Qusar rayon Aqrar İslahat Komissiyasının 25.12.1999-cu il tarixli 14/3 saylı qərarı ilə ərizəçiyə verilmiş olan 0,44 ha torpaq sahəsinə dair JN-0511 nömrəli (kod ********) dövlət aktında adı Zərnigar kimi qeyd edilmişdir. Mövcud sənədlərdə ad fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin adının “Nigar” olduğu halda “Zərnigar” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət, vərəsəlik) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli qərarı ilə Qusar rayon Gədəzeyxur kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,44 ha torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququna dair verilmiş JN — 0511 nömrəli (kod ********) dövlət aktının Əzizbəyov (indiki Xəzər) Rayon Polis İdarəsi tərəfindən verilmiş 07.09.2005-ci il tarixli seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qusar rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli qərarı ilə Qusar rayon Gədəzeyxur kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,44 ha torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququna dair verilmiş JN — 0511 nömrəli (kod ********) dövlət aktının Əzizbəyov (indiki Xəzər) Rayon Polis İdarəsi tərəfindən verilmiş 07.09.2005-ci il tarixli seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar